Regionlarda səhiyyə xidməti yüksək səviyyədə təşkil olunub
01.11.2016 [09:34]
Səhiyyə Nazirliyi Lənkəran, Lerik və Astara rayonlarına press-tur təşkil edib
Azərbaycanda səhiyyənin inkişafı sosial siyasətin başlıca istiqamətlərindən biridir. Səhiyyə ilə bağlı mühüm Dövlət proqramlarının hazırlanaraq həyata keçirilməsi əhalinin sağlamlığının daha etibarlı şəkildə qorunmasında müstəsna əhəmiyyətə malikdir. Məhz dövlətin diqqət və qayğısı sayəsində təkcə paytaxtda deyil, regionlarda da əhalinin tibbi xidmətlərlə lazımınca keyfiyyətli şəkildə təmin olunması üçün bütün növ müayinə və müalicəni, əməliyyatları uğurla həyata keçirməyə imkan verən yeni səhiyyə müəssisələri yaradılıb. Son illərdə bu sahənin daha da təkmilləşdirilməsi, müasir tibb ocaqlarının inşası və mövcud səhiyyə müəssisələrinin əsaslı bərpası geniş vüsət alıb. Elə Səhiyyə Nazirliyi də regionlarda fəaliyyət göstərən tibb müəssisələrinin şəraiti ilə tanış olmaq və real vəziyyətlə bağlı əhalini məlumatlandırmaq məqsədilə Lənkəran Müalicə-Diaqnostika Mərkəzinə (MDM), Lerik və Astara mərkəzi rayon xəstəxanalarına növbəti press-tur təşkil edib.
Press-tur çərçivəsində jurnalistlər ilk olaraq Lənkəran MDM-ə baş çəkiblər. Media nümayəndələrinin suallarını cavablandıran xəstəxananın baş həkim müavini Ağəli Əliyev bildirib ki, Lənkəran və ətraf rayonların əhalisinə xidmət edən səhiyyə müəssisəsi ən müasir tibbi avadanlıqla təchiz edilib: “Burada dializ, stasionar əməliyyat, cərrahiyyə, reanimasiya, şüa-diaqnostika, poliklinika şöbələri xidmət göstərir. Mərkəzdə müalicə və müayinə ilə yanaşı, müxtəlif əməliyyatlar, o cümlədən açıq ürək əməliyyatları da həyata keçirilib. Lənkəran Müalicə-Diaqnostika Mərkəzinə Respublika Müalicəvi Diaqnostika Mərkəzindən ezam olunan həkim heyəti tərəfindən əhalinin müayinə və müalicəsi aparılıb. Bunun nəticəsi olaraq, əhali müalicə və müayinə üçün paytaxt Bakıya getmək zərurəti ilə üzləşmir, birbaşa yaşadığı ərazidə keyfiyyətli səhiyyə xidməti ilə təmin edilib”.
KİV nümayəndələrinin növbəti dayanacağı isə Lerik Mərkəzi Rayon Xəstəxanası olub. Jurnalistlərə açıqlamasında xəstəxananın baş həkimi Mübariz Ağayev bildirib ki, səhiyyə ocağında əhaliyə nümunəvi tibbi xidmət göstərmək üçün hər cür şərait yaradılıb: “Xəstəxana 2010-cu ildə əsaslı təmir olunaraq istifadəyə verilib. Tibb ocağı 81,6 min nəfərlik əhaliyə yüksək səviyyədə tibbi xidmət göstərir. 90 çarpayılıq xəstəxanada poliklinika, terapiya, cərrahiyyə, doğum, uşaq xəstəlikləri, təcili və təxirəsalınmaz tibbi yardım şöbələri fəaliyyət göstərir”.
Press-tur çərçivəsində media nümayəndələri Astara Mərkəzi Rayon Xəstəxanasında da olublar. Xəstəxananın baş həkimi Əlövsət Əliyev jurnalistlərə müsahibəsində vurğulayıb ki, Astara rayonunda əhaliyə tibbi xidmətin ən müasir tələblər səviyyəsində təşkilinə nail olmaq üçün mühüm işlər görülüb.
Xatırladaq ki, əsaslı təmir və yenidənqurmadan sonra açılış mərasimində Prezident İlham Əliyevin iştirak etdiyi Astara Mərkəzi Rayon Xəstəxanası yüksək beynəlxalq standartlara cavab verən müasir tibbi avadanlıq və ixtisaslı kadrlarla təmin olunub. Xəstəxananın həkim və tibb işçilərindən ibarət səyyar briqadalarının rayonun ən ucqar dağlıq kəndlərində yerli əhalinin tibbi müayinə və müalicəsini apardığını vurğulayan Ə.Əliyev respublikanın tanınmış və yüksəkixtisaslı tibb mütəxəssislərinin də rayona dəvət edildiyini, onların yerli əhalinin tibbi müayinə və müalicəsində iştirakının gözəl ənənəyə çevrildiyini, Səhiyyə Nazirliyinin təşkilatçılığı ilə tibb ocağında ilk dəfə olaraq böyrəkköçürmə əməliyyatının aparıldığını diqqətə çatdırıb.
Müşfiqə BAYRAMLI
Xəbər lenti
Hamısına baxMaraqlı
10 İyul 19:50
Dünya
10 İyul 19:23
Dünya
10 İyul 19:07
Maraqlı
10 İyul 18:39
Dünya
10 İyul 18:03
Dünya
10 İyul 17:55
Dünya
10 İyul 17:23
Dünya
10 İyul 16:49
Dünya
10 İyul 16:20
YAP xəbərləri
10 İyul 15:50
İqtisadiyyat
10 İyul 15:39
İqtisadiyyat
10 İyul 15:38
Dünya
10 İyul 15:32
Dünya
10 İyul 15:06
Sosial
10 İyul 14:54
Sosial
10 İyul 14:43
Dünya
10 İyul 14:40
Dünya
10 İyul 14:19
Sosial
10 İyul 14:06
İqtisadiyyat
10 İyul 14:06
Elanlar
10 İyul 14:05
Sosial
10 İyul 14:04
YAP xəbərləri
10 İyul 14:03
Dünya
10 İyul 13:51
Dünya
10 İyul 13:35
Sosial
10 İyul 12:43
Sosial
10 İyul 12:43
Elm
10 İyul 12:42
Dünya
10 İyul 12:26
Dünya
10 İyul 12:10
Gündəm
10 İyul 11:50
Gündəm
10 İyul 11:48
İqtisadiyyat
10 İyul 11:47
Gündəm
10 İyul 11:35
İqtisadiyyat
10 İyul 11:35
Siyasət
10 İyul 11:25
Siyasət
10 İyul 11:14
MEDİA
10 İyul 11:13
İqtisadiyyat
10 İyul 11:05
Sosial
10 İyul 10:42
İqtisadiyyat
10 İyul 10:40
Dünya
10 İyul 10:19
Xəbər lenti
10 İyul 10:17
YAP xəbərləri
10 İyul 09:54
Analitik
10 İyul 09:52
Dünya
10 İyul 09:45
Analitik
10 İyul 09:45
Sosial
10 İyul 09:40
Sosial
10 İyul 09:35
Sosial
10 İyul 09:17
Dünya
10 İyul 08:50
İdman
10 İyul 08:22
Dünya
09 İyul 23:32
Sosial
09 İyul 23:17
Dünya
09 İyul 22:45
İqtisadiyyat
09 İyul 22:19
Dünya
09 İyul 22:03
İdman
09 İyul 21:59
İdman
09 İyul 21:50
Hərbi
09 İyul 21:24
Sosial
09 İyul 21:09
Sosial
09 İyul 20:43
Dünya
09 İyul 20:43
Dünya
09 İyul 20:18
Dünya
09 İyul 19:52
Dünya
09 İyul 19:25
Dünya
09 İyul 19:07
Müsahibə
09 İyul 18:37
İqtisadiyyat
09 İyul 17:20
Dünya
09 İyul 17:19

