Prezident Kitabxanasında özbək alimin kitablarının təqdimatı olub
26.10.2016 [10:04]
Oktyabrın 25-də Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Prezident Kitabxanasında özbək tarixçi-publisisti və görkəmli alim Şuxrat Salamovun “Türküstan və Cənubi Qafqaz XIX-XX əsrlərdə. Daşnaklar: Fərqanədən Qarabağadək” və “Qarabağ: ideyalar müharibəsi” kitablarının təqdimatı olub.
AZƏRTAC xəbər verir ki, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tarix İnstitutunun genişləndirilmiş Elmi Şurasının iclası çərçivəsində keçirilən tədbirdə Prezident Kitabxanasının direktoru Mail Əhmədov özbək alimin müəllifi olduğu kitabların məziyyətlərindən bəhs edib. Bildirilib ki, mühüm elmi və siyasi əhəmiyyət kəsb edən bu kitabların təqdimatının keçirilməsi Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 25-ci ildönümünün ölkəmizdə və xaricdə qeyd olunduğu günlərə təsadüf edir. Məhz müstəqilliyin verdiyi imkanlar sayəsində Azərbaycanın dünya ölkələri, xüsusən də türkdilli dövlətlər ilə əlaqələri genişlənir.
M.Əhmədov diqqətə çatdırıb ki, Ş.Salamovun imzası Azərbaycan ictimaiyyətinə yaxşı tanışdır. O, “Türküstan və Cənubi Qafqaz XIX-XX əsrlərdə. Daşnaklar Fərqanədən Qarabağadək” kitabı üzərində işləyərkən günlərlə Prezident Kitabxanasında çalışıb, lazımi ədəbiyyatla təmin edilib. Prezident Kitabxanasının əməkdaşları tərəfindən yaradılan və uydurma “erməni məsələsi”nin mahiyyətini ortaya qoyan, erməni vandalizminin iç üzünü açan elektron resursların materialları da həmin kitabın ərsəyə gəlməsində müəllifə kömək olub. Özbək alim hazırda Dağlıq Qarabağ münaqişəsinin hüquqi-siyasi aspektlərini əhatə edən yeni kitab üzərində işləyir.
Elmi Şuranın iclasında Azərbaycan və özbək xalqları arasındakı əlaqələrin dərin tarixi köklərə malik olmasından danışan AMEA-nın Tarix İnstitutunun direktoru, akademiyanın müxbir üzvü, Milli Məclisin deputatı Yaqub Mahmudov vurğulayıb ki, təqdim olunan kitabların əsas mövzusu erməni daşnaklarının bütövlükdə türk xalqlarına qarşı yönəlmiş soyqırımlarını aşkara çıxarmaqdır. Azərbaycan xalqına qarşı erməni daşnakları tərəfindən zaman-zaman soyqırımların törədildiyi sənədlər əsasında sübut olunub.
Yaqub Mahmudov bildirib ki, “Qarabağ: ideyalar müharibəsi” kitabında erməni daşnaklarının öz havadarlarının köməyi ilə necə ideyalar irəli sürdükləri, insanları ideoloji müharibəyə necə hazırladıqları barədə tarixi faktlar əksini tapıb. Təkzibolunmaz və çoxsaylı arxiv sənədləri sübut edir ki, XX əsrin əvvəllərində böyük dövlətlərin köməyi ilə terrorçu-ekstremist erməni təşkilatlarının Azərbaycan, Şərqi Anadolu və Mərkəzi Asiyanın türk-müsəlman əhalisinə qarşı həyata keçirdiyi soyqırımları dünya tarixinin ən dəhşətli faciələrindəndir.
Sonra Ş.Salamov “Daşnaksütyun Azərbaycanda və Türküstanda soyqırımların təşkilatçısı kimi” mövzusunda məruzə ilə çıxış edib. Bildirib ki, erməni millətçiləri Azərbaycan torpaqlarında, Gürcüstanda, Özbəkistanda müxtəlif zamanlarda ağır cinayətlər, qırğınlar, terror aktları törədib, soyqırımları həyata keçiriblər. O deyib: “Bolşevik terroru nəticəsində Türküstanda milyonlarla insan öldürülüb. Bu qırğında erməni daşnaklarının rolu böyükdür. Dinc əhalinin vəhşicəsinə qırılması əsl terror, etnik təmizləmə və soyqırımıdır”.
Ş.Salamov qeyd edib ki, “Türküstan və Cənubi Qafqaz XIX-XX əsrlərdə. Daşnaklar: Fərqanədən Qarabağadək” kitabında Ermənistan-Azərbaycan münaqişəsindən də bəhs olunur, ermənilərin bu ölkəyə qarşı ərazi iddiaları irəli sürməsi tutarlı faktlarla ifşa edilir. Həmçinin tarixi Azərbaycan torpağı olan İrəvan xanlığının ərazisində Ermənistan adlı dövlətin yaradıldığı vurğulanır. Alim əminliklə deyib ki, Azərbaycan Ordusu işğal olunmuş bütün torpaqlarını qısa zamanda azad edə bilər. Amma azərbaycanlılar uşaqları, dinc əhalini öldürməzlər. Çünki multikultural dəyərlərə üstünlük verən Azərbaycan xalqı bütün dünyada sülhsevərliyi ilə tanınır.
Tədbirdə çıxış edən Azərbaycan-Özbəkistan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov və başqaları bildiriblər ki, kitablarda böyük regional dövlətlərin öz geosiyasi məqsədlərinə çatması üçün erməni amilindən istifadə etməsi, Türküstanda, Cənubi Qafqazda, Kiçik Asiyada türk etnosuna qarşı aparılan soyqırımı siyasəti tarixi faktlarla sübut olunur. Ermənilərin türk xalqlarına qarşı törətdikləri cinayətlərdən və soyqırımı siyasətindən bəhs edən bu qiymətli əsər Orta Asiyada bu mövzuda yazılan ilk tədqiqat işidir.
Sonda Ş.Salamova Tarix İnstitutunun fəxri doktoru adı verilməsi haqqında Elmi Şuranın qərarı səsləndirilib və özbək alimə fəxri doktor diplomu təqdim olunub.
Xəbər lenti
Hamısına baxDünya
17 May 16:25
Dünya
17 May 15:38
Dünya
17 May 14:19
Sosial
17 May 13:25
Dünya
17 May 12:40
Dünya
17 May 12:19
Gündəm
17 May 12:05
Gündəm
17 May 11:41
Dünya
17 May 11:28
Gündəm
17 May 11:25
Dünya
17 May 11:10
İdman
17 May 10:45
Gündəm
17 May 10:35
Dünya
17 May 10:31
Dünya
17 May 09:54
Dünya
17 May 09:20
Dünya
17 May 08:42
Dünya
17 May 07:25
Siyasət
17 May 07:19
Siyasət
17 May 07:18
Siyasət
17 May 07:18
Siyasət
17 May 07:17
Siyasət
17 May 07:16
Elm
17 May 07:15
Dünya
16 May 23:17
Sosial
16 May 22:23
Sosial
16 May 21:54
Dünya
16 May 21:40
Dünya
16 May 20:29
Dünya
16 May 19:16
Dünya
16 May 18:33
Sosial
16 May 17:22
Sosial
16 May 16:48
Siyasət
16 May 15:50
Sosial
16 May 14:27
Gündəm
16 May 13:05
Gündəm
16 May 12:21
Gündəm
16 May 11:59
Siyasət
16 May 11:36
İqtisadiyyat
16 May 11:14
Sosial
16 May 10:53
Analitik
16 May 10:30
Analitik
16 May 10:17
Ədəbiyyat
16 May 09:58
Analitik
16 May 09:31
Sosial
16 May 09:15
Ədəbiyyat
16 May 08:50
Ədəbiyyat
16 May 08:33
Dünya
15 May 23:35
Dünya
15 May 23:17
Gündəm
15 May 23:14
Sosial
15 May 22:40
Mədəniyyət
15 May 22:31
Dünya
15 May 22:18
Elm
15 May 21:56
Sosial
15 May 21:23
Sosial
15 May 21:10
Dünya
15 May 20:45
İqtisadiyyat
15 May 20:32
Dünya
15 May 20:19
Sosial
15 May 19:53
Sosial
15 May 19:30
Dünya
15 May 19:17
Ədəbiyyat
15 May 18:55
Dünya
15 May 18:45
Sosial
15 May 18:10
Sosial
15 May 17:55
Gündəm
15 May 17:48
Dünya
15 May 17:34
Dünya
15 May 16:58

