KİVDF-nin “Azərişıq” ASC ilə birgə təşkil etdiyi müsabiqənin qalibləri mükafatlandırılıb
20.10.2016 [10:05]
Oktyabrın 19-da Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu (KİVDF) və “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin (ASC) “İstehlakçıların keyfiyyətli enerji təminatı: görülmüş işlər, real vəziyyət və perspektivlər” mövzusunda birgə təşkil etdikləri fərdi jurnalist yazıları müsabiqəsinin qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.
AZƏRTAC xəbər verir ki, ASC-nin “Buzovna-2” yarımstansiyasında keçirilən tədbirdə Fondun icraçı direktoru Vüqar Səfərli, ASC-nin sədr müavinləri Ramil Yusifov və Vüqar Əhmədov, Azərbaycan Mətbuat Şurasının sədri, Milli Məclisin deputatı Əflatun Amaşov, habelə respublikamızın 20-dək aparıcı kütləvi informasiya vasitələrinin rəhbərləri və qalib jurnalistlər iştirak ediblər.
Əvvəlcə tədbir iştirakçıları yarımstansiyasının fəaliyyəti və burada yaradılan iş şəraiti ilə tanış olublar.
Tədbiri açan R.Yusifov son illər istehlakçıların keyfiyyətli enerji təminatı sahəsində kompleks tədbirlərin həyata keçirildiyini, müasir infrastrukturun yaradıldığını, qabaqcıl texnologiyaların tətbiq edildiyini diqqətə çatdırıb. Vurğulanıb ki, dövlətimizin başçısı tərəfindən müəyyənləşdirilmiş strateji vəzifələrə uyğun olaraq ASC istehlakçıların etibarlı və dayanıqlı elektrik enerji ilə təchizatı istiqamətində sistemli iş aparır. Prezident İlham Əliyevin 2015-ci il 10 fevral tarixli Sərəncamı ilə “Bakıelektrikşəbəkə” ASC-nin bazasında “Azərişıq” ASC-nin yaradılması bu sahədə həyata keçirilən islahatların səmərəliliyini və miqyasını daha da artırıb.
R.Yusifov diqqətə çatdırıb ki, respublika üzrə 110 kilovoltluq 44 yarımstansiya tikilərək istifadəyə verilib. 2006-cı ildən etibarən Bakı şəhəri üzrə elektrik enerjisi yükləri 3048 meqavoltamperdən 6440-dək artırılıb, texniki itkilər 16,8 faizdən 8,2 faizə endirilib. O, həmçinin respublikamızın regionlarında həyata keçirilən layihələr barədə ətraflı məlumat verib.
ASC-nin sədr müavini müsabiqənin ölkəmizin elektrik enerjisi təsərrüfatının müasirləşdirilməsi və əhalinin enerjiyə tələbatının ödənilməsi istiqamətində görülən işlərin ictimaiyyətə dolğun şəkildə çatdırılması baxımından əhəmiyyətini xüsusi vurğulayıb.
Tədbirdə çıxış edən V.Səfərli media nümayəndələrinin iştirakı ilə “Azərişıq” ASC-nin Buzovna qəsəbəsində yerləşən yarımstansiyasında keçirilən tədbiri jurnalistlərin bu müəssisənin fəaliyyəti, enerjinin yayımı prosesi, habelə buradakı müasir texniki qurğularla əyani tanışlığı baxımından yüksək dəyərləndirib. O, bütün istiqamətlərdə dinamik inkişaf edən Azərbaycanda enerji təsərrüfatının təkmilləşdirilməsi və müasirləşdirilməsi sahəsində də ardıcıl islahatların həyata keçirildiyini, nəticədə ötən əsrin 90-cı illərində bu sektorda mövcud problemlərin tamamilə aradan qaldırıldığını diqqətə çatdırıb. Hər il oktyabrın 20-nin ölkəmizdə Energetiklər Günü kimi qeyd edildiyini xatırladan V.Səfərli ASC-nin kollektivini media nümayəndələri adından peşə bayramı münasibətilə təbrik edib, onlara işlərində uğurlar arzulayıb.
V.Səfərli bildirib ki, KİVDF-nin əsas fəaliyyət istiqamətlərindən biri də mərkəzi və yerli icra hakimiyyəti orqanları arasında qarşılıqlı faydalı əməkdaşlığın genişləndirilməsidir. Bu məqsədlə Fond müxtəlif dövlət qurumlarında görüşlər, habelə birgə fərdi jurnalist yazıları müsabiqələri təşkil edir. O vurğulayıb ki, “Azərişıq” ASC ilə birgə keçirilmiş bu müsabiqənin məqsədi Azərbaycanda enerji təsərrüfatının inkişafı və infrastrukturun yenidənqurulması sahəsində həyata keçirilən tədbirlərin ictimaiyyətə çatdırılmasında jurnalist əməyini stimullaşdırmaq, media nümayəndələrinin peşəkarlıq səviyyəsini yüksəltmək və onların sosial vəziyyətlərini yaxşılaşdırmaqdır. Sentyabrın 21-dən oktyabrın 14-dək davam edən müsabiqəyə 25 KİV-dən 35 yazı təqdim edilib. Yazıların üç ekspert tərəfindən qiymətləndirildiyini qeyd edən KİVDF-nin icraçı direktoru deyib: “Müsabiqənin elanında göstərilmiş şərtlərə əsasən, 6 jurnalistə əsas, 10 nəfərə həvəsləndirici mükafatların verilməsi qərara alınmışdı. Lakin müsabiqəyə təqdim olunan yazıların çoxluğu, balların oxşarlığı, habelə jurnalistlərin zəhməti nəzərə alınaraq, “Azərişıq” ASC-nin sədri Baba Rzayevlə əldə olunmuş razılığa əsasən, həvəsləndirici yerlərin sayı 19-a çatdırılıb”.
Energetiklərin peşə bayramı münasibətilə “Azərişıq” ASC-nin çoxsaylı kollektivini təbrik edən Ə.Amaşov elektrik enerji təsərrüfatının Azərbaycanın dinamik inkişafı ilə uzlaşdığını, bu sahədə mühüm layihələrin həyata keçirildiyini dıqqətə çatdırıb. O əldə olunan uğurlarda ASC-nin əməkdaşlarının gərgin əməyini və peşəkarlığını xüsusi vurğulayıb.
Müsabiqədə və tədbirdə fəal iştirak edən media nümayəndələrinə minnətdarlığını bildirən V.Əhmədov belə tədbirlərin qarşılıqlı əlaqələrin genişləndirilməsi və aparılan islahatlar barədə ictimaiyyətin ətraflı məlumatlandırılması baxımından əhəmiyyətli olduğunu deyib.
Sonra müsabiqənin qaliblərinə diplom və mükafatlar təqdim edilib.
Qeyd edək ki, təltif olunanlar arasında qəzetimizin əməkdaşı da var.
Xəbər lenti
Hamısına bax17 İyun 12:30
Siyasət
17 İyun 12:27
Sosial
17 İyun 12:19
Elm
17 İyun 11:58
Sosial
17 İyun 11:25
Sosial
17 İyun 11:24
Gündəm
17 İyun 10:51
Sosial
17 İyun 10:48
Sosial
17 İyun 10:48
Gündəm
17 İyun 10:35
Sosial
17 İyun 09:22
Sosial
17 İyun 08:49
Dünya
16 İyun 23:39
İdman
16 İyun 23:10
Dünya
16 İyun 22:56
Siyasət
16 İyun 22:49
Siyasət
16 İyun 22:48
YAP xəbərləri
16 İyun 22:28
Dünya
16 İyun 22:23
Dünya
16 İyun 21:47
Dünya
16 İyun 21:19
Dünya
16 İyun 20:53
İqtisadiyyat
16 İyun 20:25
Dünya
16 İyun 20:09
Dünya
16 İyun 19:42
Dünya
16 İyun 19:33
Dünya
16 İyun 19:17
İqtisadiyyat
16 İyun 17:35
Müsahibə
16 İyun 16:30
Siyasət
16 İyun 16:22
YAP xəbərləri
16 İyun 15:50
Elanlar
16 İyun 15:34
Sosial
16 İyun 15:19
Siyasət
16 İyun 14:55
Sosial
16 İyun 14:37
Dünya
16 İyun 14:22
Siyasət
16 İyun 14:09
Siyasət
16 İyun 14:07
Gündəm
16 İyun 14:05
Sosial
16 İyun 13:03
Elm
16 İyun 12:59
Sosial
16 İyun 12:31
İqtisadiyyat
16 İyun 12:30
Elm
16 İyun 11:33
Sosial
16 İyun 11:15
Müsahibə
16 İyun 10:54
Dünya
16 İyun 10:43
Gündəm
16 İyun 10:41
Gündəm
16 İyun 10:30
Sosial
16 İyun 10:29
Dünya
16 İyun 10:19
Dünya
16 İyun 09:47
Dünya
16 İyun 09:20
Dünya
16 İyun 08:52
Hadisə
16 İyun 08:34
Dünya
15 İyun 23:36
Hadisə
15 İyun 23:03
Siyasət
15 İyun 22:20
YAP xəbərləri
15 İyun 21:46
Dünya
15 İyun 20:18
Siyasət
15 İyun 19:39
Siyasət
15 İyun 19:11
Hərbi
15 İyun 18:00
Dünya
15 İyun 17:42
Dünya
15 İyun 16:20
Dünya
15 İyun 15:33
Dünya
15 İyun 14:18
Siyasət
15 İyun 13:58
Dünya
15 İyun 13:29
Dünya
15 İyun 12:35

