Binəqədili seçicilər Konstitusiyaya təklif olunan əlavə və dəyişikliklərə “HƏ” dedilər
27.09.2016 [10:43]
Binəqədi rayonunda ümumxalq səsverməsi şəffaf və seçicilərin yüksək fəallığı şəraitində keçib
Dünən Azərbaycan Konstitusiyasına əlavə və dəyişikliklərlə bağlı ümumxalq səsverməsi (referendum) keçirildi. Və Azərbaycan vətəndaşlarının, həmçinin, Binəqədi sakinlərinin səsvermə prosesində nümayiş etdirdikləri aktivlik xalqımızın Referendum Aktına müsbət münasibətinin təzahürü kimi səciyyələndirilə bilər. Məlumat üçün bildirək ki, ümumilikdə rayon ərazisində 3 müstəqil - 8 saylı Binəqədi birinici, 9 saylı Binəqədi ikinci, 10 saylı Binəqədi üçüncü və 1 müştərək 12 saylı Qaradağ-Binəqədi Yasamal Seçki Dairəsi fəaliyyət göstərir.
Beləliklə, gün ərzində Binəqədi rayonunda, o cümlədən 10 saylı Binəqədi üçüncü Seçki Dairəsinin ayrı-ayrı məntəqələrində apardığımız müşahidələr də ölkə vətəndaşlarının səsvermədə yüksək fəallıq nümayiş etdirdiklərini göstərdi. Yeri gəlmişkən, Dairə Seçki Komissiyasının sədri İsgəndər Əliyevin bildirdiyinə görə, sözügedən dairə üzrə 49133 seçici seçki siyahısına daxil edilib. Dairənin əhatə olunduğu 36 seçki məntəqəsindən 10-da vebkameralar quraşdırılıb. Bu dairədə 360 yerli müşahidəçi səsvermənin gedişini müşahidə edib. Eyni zamanda, bir sıra beynəlxalq qurumların təmsilçiləri məntəqələrdə olublar. Qeyd edək ki, bu dairə üzrə səsvermədə 32493 seçici iştirak edib.
Beləliklə, ilk baş çəkdiyimiz həmin dairənin 21 saylı seçki məntəqəsində səhər saatlarından etibarən seçicilər mütəşəkkil şəkildə səsverməyə qatılaraq, ölkəmizin gələcək inkişafına səs verirdilər. Məntəqə Seçki Komissiyasının sədri Solmaz Kazımovanın sözlərinə görə, bu məntəqədə 1432 seçici qeydiyyatdadır. O, səsvermənin gedişinin müşahidəçilər tərəfindən izləndiyini və heç bir qanun pozuntusunun qeydə alınmadığını dedi.
Səsvermənin gedişindən, prosesin şəffaf şəkildə aparılmasından razılıq bildirən “Vətəndaş cəmiyyəti” təşviqat qrupunun müşahidəçisi Şamil Muradov seçicilərin sərbəst şəkildə səsvermədə iştirak etdiklərini dedi. Digər müşahidəçilər də heç bir pozuntu hallarına rast gəlinmədiyini, beynəlxalq standartlara uyğun, demokratik və şəffaf səsvermə prosesinin keçirildiyini söylədilər.
Öz növbəsində, səsvermə hüququndan istifadə edən seçici Qorxmaz Əsgərov dəyişikliklərə “HƏ” dediyini bildirdi: “Əlavə və dəyişikliklərlə əyani tanış olduqdan sonra bunun dövlətimizin və xalqımızın sabahı üçün nəzərdə tutulduğu aydın olur”.
Səsvermədə iştirak edən vətəndaşlardan Malik Nuriyev, Zülfiyyə Həsənova və başqaları da Referendum Aktını dəstəklədiklərini söylədilər.
Həmin dairənin 9 saylı məntəqəsində də səsvermə mütəşəkkil şəkildə keçib. Məntəqə Seçki Komissiyasının sədri Hüseyn Qədimovun bildirdiyinə görə, 1458 seçicisi olan bu məntəqədə seçicilər yüksək aktivlik göstəriblər.
Öz növbəsində, yaradılan şəraitdən razılığını ifadə edən “Vətəndaş cəmiyyəti” təşviqat qrupunun müşahidəçisi Çiçək Əkbərova bu məntəqədə demokratik şəraitin təmin edildiyini dedi.
Qəzetimizə açıqlama verən Gülsabah Əliyeva, Ramiz Əliyev və digər seçicilər isə Azərbaycan dövlətinin daha da qüdrətli olması üçün dəyişikliklərə səs verdiklərini bildirdilər.
Eyni müsbət ab-havanı 5 saylı seçki məntəqəsində də müşahidə etmək mümkün idi. Məntəqə Seçki Komissiyasının sədri Zivər Abbasovanın sözlərinə görə, məntəqədə 1458 seçici qeydiyyatdadır.
Səsvermədə böyük məmnuniyyətlə iştirak etdiyini deyən seçici Rahib Məmmədov Konstitusiyaya təklif edilən dəyişikliklərin mütərəqqi xarakter daşıdığını söylədi. Seçicilərdən Yaşar Nurəhmədov, Şahrza Ağayev, Yunis İsmayılov, Rəşid Məmmədov və başqaları gələcək inkişafımız naminə dəyişikliklərə “HƏ” dediklərini bildirdilər.
Nadir AZƏRİ
Xəbər lenti
Hamısına baxGündəm
11 İyul 17:59
Gündəm
11 İyul 15:59
Gündəm
11 İyul 15:32
Gündəm
11 İyul 15:07
Gündəm
11 İyul 12:55
Gündəm
11 İyul 12:20
Siyasət
11 İyul 11:56
Gündəm
11 İyul 11:32
Sosial
11 İyul 11:18
Gündəm
11 İyul 11:05
Hərbi
11 İyul 10:52
Gündəm
11 İyul 10:45
Siyasət
11 İyul 10:39
YAP xəbərləri
11 İyul 10:23
Sosial
11 İyul 10:13
İqtisadiyyat
11 İyul 09:58
Analitik
11 İyul 09:30
MEDİA
11 İyul 09:17
Ədəbiyyat
11 İyul 08:53
Ədəbiyyat
11 İyul 08:35
İqtisadiyyat
10 İyul 23:21
İqtisadiyyat
10 İyul 22:45
Dünya
10 İyul 22:19
Dünya
10 İyul 21:50
İqtisadiyyat
10 İyul 21:26
Dünya
10 İyul 21:13
Gündəm
10 İyul 20:49
Elm
10 İyul 20:41
Dünya
10 İyul 20:35
İqtisadiyyat
10 İyul 20:18
Maraqlı
10 İyul 19:50
Dünya
10 İyul 19:23
Dünya
10 İyul 19:07
Maraqlı
10 İyul 18:39
Dünya
10 İyul 18:03
Dünya
10 İyul 17:55
Dünya
10 İyul 17:23
Dünya
10 İyul 16:49
Dünya
10 İyul 16:20
YAP xəbərləri
10 İyul 15:50
İqtisadiyyat
10 İyul 15:39
İqtisadiyyat
10 İyul 15:38
Dünya
10 İyul 15:32
Dünya
10 İyul 15:06
Sosial
10 İyul 14:54
Sosial
10 İyul 14:43
Dünya
10 İyul 14:40
Dünya
10 İyul 14:19
Sosial
10 İyul 14:06
İqtisadiyyat
10 İyul 14:06
Elanlar
10 İyul 14:05
Sosial
10 İyul 14:04
YAP xəbərləri
10 İyul 14:03
Dünya
10 İyul 13:51
Dünya
10 İyul 13:35
Sosial
10 İyul 12:43
Sosial
10 İyul 12:43
Elm
10 İyul 12:42
Dünya
10 İyul 12:26
Dünya
10 İyul 12:10
Gündəm
10 İyul 11:50
Gündəm
10 İyul 11:48
İqtisadiyyat
10 İyul 11:47
Gündəm
10 İyul 11:35
İqtisadiyyat
10 İyul 11:35
Siyasət
10 İyul 11:25
Siyasət
10 İyul 11:14
MEDİA
10 İyul 11:13
İqtisadiyyat
10 İyul 11:05
Sosial
10 İyul 10:42

