Taleh Bağırov və Fuad Qəhrəmanlıdan məhkəməni pozmaq üçün növbəti cəhd
22.09.2016 [09:44]
Dünən Bakı Ağır Cinayətlər Məhkəməsində Taleh Bağırov, Fuad Qəhrəmanlı və digərlərinin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
APA-nın məlumatına görə, hakim Əlövsət Abbasovun sədrliyi ilə keçirilən prosesdə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin (BMCMİ) əməkdaşı İbrahim Kazımov şahid qismində ifadə verib.
O, Nardaranda keçirilən əməliyyat zamanı Rasim Cəbrayılovu zərərsizləşdirdiyini deyib. Bildirib ki, içəridən Rasimin atəş açdığını görüb və ondan silahı alıb.
Zərər çəkmiş şəxs qismində tanınmış Kazımov İbrahim Nəriman oğlu ibtidai istintaqa ifadəsində göstərib ki, T.Bağırovla bağlı idarəyə daxil olmuş məlumat əsasında əməliyyat tədbirinin keçirilməsinə qərar verilib. Saat 13 radələrində əməliyyat qrupunun üzvləri həyətə daxil olublar. Həmin həyətdə bir nəfər əlində olan tapançadan əməliyyat qrupunun üzvlərinə atəş açmağa başlayıb. Talehin tərəfdarları avtomat və tapançalardan qrup üzvlərini atəşə tutublar. Həmin şəxslərdən biri onların olduğu istiqamətdə əl qumbarası atıb.
Nəticədə polis əməkdaşları Vüqar Nəsibov və İsmayıl Tağıyev irəlidə olduqlarından partlayan qumbaranın ətrafa səpələnən qəlpələri və açılmış atəşlərlə yaralanıblar.
Təxminən 10-15 dəqiqə ərzində baş vermiş atışma zamanı əməliyyat qrupunun üzvləri tərəfindən T.Bağırovun tərəfdarları zərərsizləşdirilib. Polislərə tapançadan atəş açan şəxsin əlindən tapança alınarkən həmin şəxs müqavimət göstərib.
O, həmin şəxsi tərk-silah edərək zərərsizləşdirib, həmin şəxs müqavimət göstərərək silahı vermək istəmədikdə silahın ucu onun alın, təpə və yanaq nahiyələrinə toxunub.
Saxlanılmış şəxsin şəxsiyyəti müəyyənləşdirilərkən məlum olub ki, həmin şəxs Cəbrayılov Rasim Mirzəbaba oğludur. Baxış keçirilərkən R.Cəbrayılovun polis əməkdaşlarına müqavimət göstərərkən alın, təpə və yanaq nahiyələrində sıyrıq və qançır xəsarətlərinin olması aşkar edilib.
Təqsirləndirilən Abbas Hüseynov isə ondan ucadan danışmağı tələb edib və şahidi təhqir edib. Hakim A.Hüseynova xəbərdarlıq edib və xəbərdarlığın protokola qeyd edilməsini istəyib. Daha sonra hakim fasilə elan edib.
Fasilədən sonra hakim bildirib ki, İ.Kazımov başqa vaxt çağırılıb ifadə verəcək.
O, bir daha təqsirləndirilən şəxslərə xəbərdarlıq edib.
Sonra BMCMİ-nin əməkdaşı Kamil Məmmədov şahid qismində ifadə verib. O, Aqil İsmayılovu zərərsizləşdirdiyini, ondan qumbara götürüldüyünü deyib.
Zərər çəkmiş şəxs qismində tanınmış Məmmədov Kamil Bəylər oğlu iş üzrə ibtidai istintaqa verdiyi ifadəsində göstərib ki, Baş İdarəyə “Müsəlman Birliyi Hərəkatı”nın sədri olan, əvvəllər məhkum olunmuş Bağırov Taleh Kamil oğlunun dövlət hakimiyyətini zorla ələ keçirmək, dövlətin Konstitusiya quruluşunu zorla dəyişdirmək məqsədi ilə digər şəxslərlə əlbir olaraq qanunvericilikdə nəzərdə tutulmayan silahlı dəstə yaratması barədə daxil olmuş məlumatların yoxlanılması ilə əlaqədar əməliyyat tədbirinin keçirilməsi üçün əməliyyat qrupu yaradılıb. Saat 13 radələrində o və əməliyyat qrupunun digər üzvləri həyətə daxil olublar. Bu zaman evdə və evin həyətində olan şəxslər həyətə daxil olmalarından xəbər tutaraq onlara atəş açmağa başlayıb. 10-15 dəqiqə ərzində davam edən həmin şiddətli atışma zamanı əməliyyat qrupunun üzvləri tərəfindən T.Bağırovun tərəfdarları zərərsizləşdirilib. Hadisə zamanı həyətin girişindən sağ tərəfdə yerləşən evdə bir nəfəri yaxalamaq istədikdə həmin şəxs əlində olan bir ədəd “nunçaqini” qarşısında sağa-sola hərləyərək ona və digər polis əməkdaşlarına müqavimət göstərib, polisləri ona yaxınlaşmağa qoymayıb. Lakin həmin şəxsə qarşı fiziki güc tətbiq edilib və həmin şəxs onun tərəfindən tutularaq zərərsizləşdirilib. Saxlanılmış şəxsin şəxsiyyəti müəyyənləşdirilərkən İsmayılov Aqil Azər oğlu olması məlum olub. Aqil İsmayılovun üzərinə baxış keçirilərkən şalvarının sağ cibindən bir ədəd alışdırıcısı ilə birlikdə əl qumbarası, əynindəki şalvarın sol cibindən isə Taleh Bağırovun müraciət kitabı aşkar edilərək götürülüb. Əməliyyat zamanı heç bir xəsarət almayıb.
Vəkillər ondan atışma zamanı evə necə girdiklərini soruşub. O da atışma bitəndən sonra evə daxil olduqlarını deyib. Vəkil atışmanın niyə dayandığı barədə soruşanda isə şahid “yəqin ağılları başlarına gəldi” cavabını verib. Bu da təqsirləndirilən şəxslərin etirazına səbəb olub. Abbas Hüseynov hakimə irad tutaraq bildirib ki, şahidə xəbərdarlıq etsin.
Hakim Ə.Abbasov isə A.Hüseynovun zaldan çıxarılmasına göstəriş verib.
Sonra prosesdə fasilə elan olunub.
Fasilədən sonra iclas A.Hüseynovun iştirakı olmadan başlayıb. Hakim bildirib ki, dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, A.Hüseynov qaydalara tabe olmur: “Bu gün ona 3 dəfə xəbərdarlıq edilib. Siz də şahidsiniz onun etdiyi hərəkətlərə. A.Hüseynov yazılı şəkildə məhkəməyə müraciət edib, üzr istəsə və bir daha bu əməllərə yol verməyəcəyinə söz versə, iclasda iştirakı təmin olunacaq”.
T.Bağırov və Fuad Qəhrəmanlı isə A.Hüseynovun bir daha məhkəməyə qarşı hörmətsizlik etməyəcəyinə dair söz veriblər. Hakim isə onun özünün müraciət etməsini istəyib. Təqsirləndirilən şəxslər isə buna etiraz ediblər. Onlar belə olacağı təqdirdə iclasda iştirakdan və vəkillərindən imtina edəcəklərini deyiblər. Daha sonra təqsirləndirilən şəxslər məsləhətləşmək üçün hakimdən vaxt istəyiblər.
Hakim fasilə elan edib. Fasilədən sonra A.Hüseynov iclasda iştirak edib.
A.Hüseynov heç kimə qarşı hörmətsizlik etmədiyini, məhkəmə tərəfindən hüquqlarının qorunmasını istədiyini deyib. Hakim isə onların hüquqlarının qorunduğunu deyib.
Daha sonra Kamil Məmmədov proses iştirakçılarının suallarını cavablandırb. Bildirib ki, A.İsmayılovu mətbəxdə saxlayıb. A.İsmayılov isə onun mətbəxdə yox, həyətdə saxlanıldığını, onu saxlayan şəxsin Kamil Məmmədov olmadığını, üzərində silah olmadığını deyib. Şahid isə onun dediklərini təsdiq etməyib.
Taleh Bağırov isə ondan antiterror əməliyyatın nə üçün BMCMİ tərəfindən keçirilməsinin səbəbini soruşub. Şahid orada silahlı birləşmə olduğu üçün əməliyyatın onlar tərəfindən keçirildiyini deyib. Şahid hadisə zamanı mənəvi zərər çəkdiyini də bildirib.
Proses sentyabrın 22-də davam edəcək.
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
16 İyun 22:28
Dünya
16 İyun 22:23
Dünya
16 İyun 21:47
Dünya
16 İyun 21:19
Dünya
16 İyun 20:53
İqtisadiyyat
16 İyun 20:25
Dünya
16 İyun 20:09
Dünya
16 İyun 19:42
Dünya
16 İyun 19:33
Dünya
16 İyun 19:17
İqtisadiyyat
16 İyun 17:35
Müsahibə
16 İyun 16:30
Siyasət
16 İyun 16:22
YAP xəbərləri
16 İyun 15:50
Elanlar
16 İyun 15:34
Sosial
16 İyun 15:19
Siyasət
16 İyun 14:55
Sosial
16 İyun 14:37
Dünya
16 İyun 14:22
Siyasət
16 İyun 14:09
Siyasət
16 İyun 14:07
Gündəm
16 İyun 14:05
Sosial
16 İyun 13:03
Elm
16 İyun 12:59
Sosial
16 İyun 12:31
İqtisadiyyat
16 İyun 12:30
Elm
16 İyun 11:33
Sosial
16 İyun 11:15
Müsahibə
16 İyun 10:54
Dünya
16 İyun 10:43
Gündəm
16 İyun 10:41
Gündəm
16 İyun 10:30
Sosial
16 İyun 10:29
Dünya
16 İyun 10:19
Dünya
16 İyun 09:47
Dünya
16 İyun 09:20
Dünya
16 İyun 08:52
Hadisə
16 İyun 08:34
Dünya
15 İyun 23:36
Hadisə
15 İyun 23:03
Siyasət
15 İyun 22:20
YAP xəbərləri
15 İyun 21:46
Dünya
15 İyun 20:18
Siyasət
15 İyun 19:39
Siyasət
15 İyun 19:11
Hərbi
15 İyun 18:00
Dünya
15 İyun 17:42
Dünya
15 İyun 16:20
Dünya
15 İyun 15:33
Dünya
15 İyun 14:18
Siyasət
15 İyun 13:58
Dünya
15 İyun 13:29
Dünya
15 İyun 12:35
Dünya
15 İyun 11:24
Dünya
15 İyun 10:31
Dünya
15 İyun 09:52
Dünya
15 İyun 09:17
Hadisə
15 İyun 08:59
Dünya
15 İyun 08:25
Gündəm
15 İyun 07:54
Dünya
15 İyun 07:35
Gündəm
15 İyun 00:14
Gündəm
14 İyun 23:28
Siyasət
14 İyun 23:16
Xəbər lenti
14 İyun 21:52
Dünya
14 İyun 19:26
Xəbər lenti
14 İyun 18:43
Maraqlı
14 İyun 17:19
Dünya
14 İyun 16:34
Dünya
14 İyun 15:22

