“Əlində silah olan şəxslər var idi” – şahid Nardarandakı silahlı şəxslərin sayını dəqiq bilmir
02.09.2016 [09:55]
Dünən Bakı Ağır Cinayətlər Məhkəməsində Taleh Bağırov, Fuad Qəhrəmanlı və digərlərinin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib. APA-nın məlumatına görə, hakim Əlövsət Abbasovun sədrliyi ilə keçirilən prosesdə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşı Ceyhun İmamverdiyev şahid qismində sualları cavablandırıb. O bildirib ki, təqsirləndirilən şəxslərə saxlanılan zaman və istintaq müddətində işgəncə verilməyib.
Vəkil Yalçın İmanov Taleh Bağırovun olduğu evin həyətinə əlavə mühafizə qüvvələrinin daxil olub-olmamasını soruşub.
O, əlavə qüvvələr görmədiyini deyib. Şahid Etibar İsmayılovun əlində xəncər olduğunu, üzərindən qumbara çıxdığını bildirib. E.İsmayılov isə üzərində silah olmadığını deyib.
Taleh Bağırov isə şahidin ifadələrinə müdaxilə edərək, “Burada insanların həyatı həll olunur. Necə ola bilər ki, qaçan adamın başında olan ağ tükləri də görmüsünüz?” - deyə bildib.
C.İmamverdiyev nəyi görübsə, onu da söylədiyini deyib.
İclasda təqsirləndirilən Şamil Abduləliyevin vəkili onun ev dustaqlığına buraxılması, vəkil Nemət Kərimli isə şahid Elçin Tağıyevin psixiatrik ekspertizadan keçirilməsi barədə vəsatət qaldırıb. Bildirib ki, E.Tağıyev suallara cavabları xatırlamadığını deyib. Dövlət ittihamçısı isə vəsatətlərin təmin edilməməsini istəyib. Bildirib ki, E.Tağıyev geniş ifadə verib. Ziddiyyət hissələrdə ifadəsi elan edilib. Nəyisə xatırlamırsa, bunu belə qiymətləndirmək düzgün deyil. Bu, təbii haldır. Şamil Abduləliyevlə bağlı olan vəsatətə münasibət bildirərkən isə prokuror bildirib ki, onunla bağlı ekspertiza təyin edilib. Həmin ekspertizanın rəyi alınmadığı halda vəsatət təmin edilə bilməz.
Məhkəmə müşavirəyə gedib. Müşavirədən sonra hakim vəsatətləri təmin etmədiyini deyib.
Daha sonra prosesdə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşı Şahlar Cəfərov ifadə verib. O, ifadəsində bildirib ki, daxil olmuş məlumat əsasında Nardaranda T.Bağırovun yaşadığı evdə əməliyyat tədbiri keçiriblər. Onun sözlərinə görə, əməliyyat zamanı xəbərdarlıq edilməsinə baxmayaraq evdə olan şəxslər onlara tabe olmayıblar və atışma baş verib. O, əlində silah olan Cabbar Cabbarovu zərərsizləşdirib.
Zərərçəkmiş şəxs qismində tanınmış Şahlar Cəfərov ibtidai istintaqa ifadəsində göstərib ki, T.Bağırovun tərəfdaşları ilə birlikdə həyətdə girişdən sağ tərəfdə yerləşən evdə olması tam yəqin edildikdən sonra o və əməliyyat qrupunun digər üzvləri həyətə daxil olublar. Bu zaman evdə və həyətdə olan şəxslər həyətə daxil olmaqlarından xəbər tutaraq onlara atəş açmağa başlayıblar. Həmin şəxslərə atəş açmamaları barədə bir neçə dəfə xəbərdarlıq ediblər. Lakin buna baxmayaraq, onlar tabesizlik göstərərək avtomat və tapançalardan polisləri atəşə tutmalarını davam etdiriblər. O, həyətdə polisləri tapança ilə atəşə tutmuş şəxsi yaxalamaq istədikdə həmin şəxs əl-qol hərəkətləri ilə müqavimət göstərməyə başlayıb. Buna görə də həmin şəxsə qarşı fiziki güc tətbiq edildikdən sonra onun müqavimətini qıraraq onu zərərsizləşdirib. Əlində olan bir ədəd tapançanı alıb, tapançanın sandıqçasına baxdıqda içərisinin boş olduğunu müşahidə edib. Atışma qurtardıqdan sonra isə hadisə yerinə hal şahidləri dəvət edilib və onun tərəfindən saxlanılmış şəxsin şəxsiyyəti müəyyənləşdirilərkən Cabbarov Cabbar Əmirxan oğlu olması məlum olub. Cabbar Cabbarov tapançanın özünə məxsus olduğunu, polisə qarşı istifadə etmək üçün əlində saxladığını, polisə silahlı müqavimət göstərmək barədə göstərişi isə onlara Taleh Bağırov verdiyini bildirib. 26 noyabr 2015-ci il tarixdə Nardaran qəsəbəsində keçirilən əməliyyat zamanı heç bir xəsarət almayıb.
Daha sonra o, proses iştirakçılarının suallarını cavablandırıb. Prokuror ondan atəş açan şəxslərin sayını bilib-bilməməsini, əlində silah olan adam görüb-görməməsini soruşub. Şahid bildirib ki, silahlı şəxslərin sayını dəqiq bilmir. Əlində silah olan şəxs isə görüb. Prokuror ondan C.Cabbarovu necə zərərsizləşdirməsini soruşub. Şahid bildirib ki, C.Cabbarovun gülləsi qurtardığı üçün yaxınlaşıb onu zərərsizləşdirib. C.Cabbarov ona deyib ki, silah özünə məxsusdur.
Vəkillərin suallarını cavablandıran Ş.Cəfərov bildirib ki, heç kimə işgəncə verməyib.
Təqsirləndirilən şəxslər isə onlara işgəncə verən şəxslərdən birinin Ş.Cəfərov olduğunu iddia ediblər. Şahid onların dediklərini təkzib edib və heç kimə işgəncə vermədiyini bildirib.
Proses sentyabrın 7-də davam edəcək.
Xəbər lenti
Hamısına baxDünya
11 İyul 23:30
Siyasət
11 İyul 22:38
Siyasət
11 İyul 21:17
Sosial
11 İyul 20:29
Gündəm
11 İyul 19:44
Gündəm
11 İyul 18:45
Gündəm
11 İyul 17:59
Sosial
11 İyul 17:33
Hadisə
11 İyul 16:44
Gündəm
11 İyul 15:59
Gündəm
11 İyul 15:32
Gündəm
11 İyul 15:07
Dünya
11 İyul 14:25
Dünya
11 İyul 13:32
Gündəm
11 İyul 12:55
Gündəm
11 İyul 12:20
Siyasət
11 İyul 11:56
Gündəm
11 İyul 11:32
Sosial
11 İyul 11:18
Gündəm
11 İyul 11:05
Hərbi
11 İyul 10:52
Gündəm
11 İyul 10:45
Siyasət
11 İyul 10:39
YAP xəbərləri
11 İyul 10:23
Sosial
11 İyul 10:13
İqtisadiyyat
11 İyul 09:58
Analitik
11 İyul 09:30
MEDİA
11 İyul 09:17
Ədəbiyyat
11 İyul 08:53
Ədəbiyyat
11 İyul 08:35
İqtisadiyyat
10 İyul 23:21
İqtisadiyyat
10 İyul 22:45
Dünya
10 İyul 22:19
Dünya
10 İyul 21:50
İqtisadiyyat
10 İyul 21:26
Dünya
10 İyul 21:13
Gündəm
10 İyul 20:49
Elm
10 İyul 20:41
Dünya
10 İyul 20:35
İqtisadiyyat
10 İyul 20:18
Maraqlı
10 İyul 19:50
Dünya
10 İyul 19:23
Dünya
10 İyul 19:07
Maraqlı
10 İyul 18:39
Dünya
10 İyul 18:03
Dünya
10 İyul 17:55
Dünya
10 İyul 17:23
Dünya
10 İyul 16:49
Dünya
10 İyul 16:20
YAP xəbərləri
10 İyul 15:50
İqtisadiyyat
10 İyul 15:39
İqtisadiyyat
10 İyul 15:38
Dünya
10 İyul 15:32
Dünya
10 İyul 15:06
Sosial
10 İyul 14:54
Sosial
10 İyul 14:43
Dünya
10 İyul 14:40
Dünya
10 İyul 14:19
Sosial
10 İyul 14:06
İqtisadiyyat
10 İyul 14:06
Elanlar
10 İyul 14:05
Sosial
10 İyul 14:04
YAP xəbərləri
10 İyul 14:03
Dünya
10 İyul 13:51
Dünya
10 İyul 13:35
Sosial
10 İyul 12:43
Sosial
10 İyul 12:43
Elm
10 İyul 12:42
Dünya
10 İyul 12:26
Dünya
10 İyul 12:10

