Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / Azərbaycanlı sahibkarlar Qlobal Sahibkarlıq Konqresinə dəvət olunurlar

Azərbaycanlı sahibkarlar Qlobal Sahibkarlıq Konqresinə dəvət olunurlar

01.09.2016 [09:46]

Qlobal Sahibkarlıq Şəbəkəsinin (GEN) Azərbaycanda rəsmi nümayəndəsi olan “Vətəndaş Cəmiyyətində Debat” İctimai Birliyi (DVC) sahibkarları və startapçıları Cənubi Afrika Respublikasının Yohannesburq şəhərində keçiriləcək “Qlobal Sahibkarlıq Konqresi-2017”də iştiraka dəvət edir. Konqresə Azərbaycanla yanaşı, 160 ölkəni təmsil edən sahibkarlar, investorlar, tədqiqatçılar və siyasətçilər qatılacaq.
DVC-dən AZƏRTAC-a bildiriblər ki, gələn il martın 13-16-da təşkil olunacaq Konqresdə rəsmi tədbirlər və görüşlərlə yanaşı, dünyanın aparıcı ekspert və biznes qurumları tərəfindən master-klaslar keçiriləcək, işçi qruplar təşkil olunacaq. Bir sıra sessiyaların iştirakçısı olacaq nümayəndələr sənaye liderlərindən uğurlu biznes təşəbbüsləri və təcrübələri haqqında dəyərli məlumatlar qazanmaq imkanı əldə edəcəklər. Həmçinin biznes ətrafının formalaşması üçün səmərəli platformaya çevriləcək konqresdə yeni biznes ideyalar müzakirə olunacaq, investorlar tərəfindən dəyərləndiriləcək.
Konqresdə Azərbaycanın nümayəndə heyətinin rəhbəri Seymur Hüseynov da iştirak edəcək.

Paylaş:
Baxılıb: 668 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Ədəbiyyat

Elm

Ədəbiyyat

Şənbə üçün nəzm

13 İyun 08:30  

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30