Badamdar qəsəbəsinin içməli su təchizatı və kanalizasiya sistemləri yenidən qurulur
31.08.2016 [09:19]
“Azərsu” Açıq Səhmdar Cəmiyyəti “Bakı şəhəri və onun qəsəbələrinin sosial-iqtisadi inkişafı Dövlət Proqramı” çərçivəsində yaşayış məntəqələrində içməli su və kanalizasiya sistemlərinin yenidən qurulması layihələrinin icrasını davam etdirir.
ASC-nin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Azərbaycan Respublikası Hökuməti və Səudiyyə İnkişaf Fondunun birgə maliyyələşdirdiyi “Bakı ərazisi üzrə su təchizatı və kanalizasiya sisteminin yenidən qurulması və genişləndirilməsi” layihəsi əsasında Badamdar qəsəbəsində yeni infrastrukturun yaradılması işləri intensiv şəkildə həyata keçirilir.
Məlumata əsasən, Badamdar qəsəbəsinin içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsi 2035-ci ilədək perspektiv inkişaf nəzərə alınmaqla reallaşdırılır. Qəsəbəni dayanıqlı içməli su ilə təmin etmək üçün “Alatava” mərkəzi su anbarının imkanlarından istifadə olunacaq.
Həmin anbardan suyun Badamdar qəsəbəsində yeni inşa olunmuş anbara çatdırılması üçün 1000 millimetr diametrli polad borularla 9,8 kilometr uzunluğunda magistral su xəttinin çəkilməsi layihələndirilib və indiyə qədər kəmərin 4 kilometrlik hissəsində tikinti-quraşdırma işləri başa çatdırılıb.
Magistral kəmərin uzunmüddətli istismarını təmin etmək üçün tikintidə istifadə olunan boruların üzəri korroziyaya qarşı izolyasiya olunub. Kəmərlə axıdılacaq içməli suyun keyfiyyət göstəricilərinin sabit saxlanılması üçün borular daxildən qida sənayesində istifadəsinə icazə verilən xüsusi boyalarla izolyasiya edilib. Kəmərin inşası ilə paralel “Alatava” su anbarındakı mövcud nasos stansiyasında əsaslı yenidənqurma işləri həyata keçirilir.
Hazırda qəsəbə ərazisində içməli su və kanalizasiya şəbəkələrinin tikintisi işləri də davam etdirilir. Tikinti şirkəti tərəfindən indiyədək 25 kilometr su, 16 kilometr kanalizasiya xəttinin çəkilişi başa çatdırılıb, 474 kanalizasiya quyusu quraşdırılıb, ünvanlara birləşmələr verilib. Növbəti mərhələdə su şəbəkəsinə qoşulmaların verilməsi və sayğacların quraşdırılması işlərinin aparılması nəzərdə tutulur.
Layihə üzrə tikinti-quraşdırma işlərinin 2017-ci ildə başa çatdırılması planlaşdırılır. Bununla da Badamdar qəsəbəsində istehlakçıların fasiləsiz su təminatı mümkün olacaq, eyni zamanda mərkəzləşdirilmiş qaydada su və kanalizasiya şəbəkələrinə qoşulmayan əhalinin bu xidmətlərindən istifadəsi imkanı yaranacaqdır.
Həmçinin qeyd olunub ki, Azərbaycan Respublikası Hökuməti və Səudiyyə İnkişaf Fondunun birgə layihəsi çərçivəsində Xırdalan şəhərinin su təchizatı və kanalizasiya sistemləri də yenidən qurulacaq. Artıq layihə üzrə tender elan olunub və yaxın vaxtlarda tikinti-quraşdırma işlərinə başlanılacaq.
Xəbər lenti
Hamısına baxDünya
15 İyun 23:36
Hadisə
15 İyun 23:03
Siyasət
15 İyun 22:20
YAP xəbərləri
15 İyun 21:46
Dünya
15 İyun 20:18
Siyasət
15 İyun 19:39
Siyasət
15 İyun 19:11
Hərbi
15 İyun 18:00
Dünya
15 İyun 17:42
Dünya
15 İyun 16:20
Dünya
15 İyun 15:33
Dünya
15 İyun 14:18
Siyasət
15 İyun 13:58
Dünya
15 İyun 13:29
Dünya
15 İyun 12:35
Dünya
15 İyun 11:24
Dünya
15 İyun 10:31
Dünya
15 İyun 09:52
Dünya
15 İyun 09:17
Hadisə
15 İyun 08:59
Dünya
15 İyun 08:25
Gündəm
15 İyun 07:54
Dünya
15 İyun 07:35
Gündəm
15 İyun 00:14
Gündəm
14 İyun 23:28
Siyasət
14 İyun 23:16
Xəbər lenti
14 İyun 21:52
Dünya
14 İyun 19:26
Xəbər lenti
14 İyun 18:43
Maraqlı
14 İyun 17:19
Dünya
14 İyun 16:34
Dünya
14 İyun 15:22
Dünya
14 İyun 14:40
Dünya
14 İyun 13:18
YAP xəbərləri
14 İyun 13:00
Hadisə
14 İyun 12:29
Dünya
14 İyun 11:47
YAP xəbərləri
14 İyun 11:40
Dünya
14 İyun 11:35
İdman
14 İyun 10:40
Hadisə
14 İyun 10:09
YAP xəbərləri
14 İyun 09:58
Sosial
14 İyun 09:32
Sosial
14 İyun 09:17
Sosial
14 İyun 08:52
Hadisə
14 İyun 08:39
Mədəniyyət
14 İyun 07:31
Gündəm
13 İyun 23:20
Hadisə
13 İyun 22:19
Sosial
13 İyun 21:37
Sosial
13 İyun 21:07
YAP xəbərləri
13 İyun 20:19
YAP xəbərləri
13 İyun 20:17
Xəbər lenti
13 İyun 19:50
YAP xəbərləri
13 İyun 18:58
YAP xəbərləri
13 İyun 18:15
YAP xəbərləri
13 İyun 16:21
Sosial
13 İyun 15:20
YAP xəbərləri
13 İyun 14:59
İdman
13 İyun 14:33
YAP xəbərləri
13 İyun 13:48
YAP xəbərləri
13 İyun 13:44
Gündəm
13 İyun 13:32
Gündəm
13 İyun 12:50
Siyasət
13 İyun 12:29
Gündəm
13 İyun 11:58
İqtisadiyyat
13 İyun 11:24
İqtisadiyyat
13 İyun 10:57
Siyasət
13 İyun 10:35
Sosial
13 İyun 10:13

