CASCFEN ifadə azadlığı mədəniyyəti layihəsini başa çatdırıb
30.08.2016 [09:38]
Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsi (CASCFEN) “Müxtəlif kateqoriyalardan olan qruplar üçün onlayn ifadə azadlığı mədəniyyəti seminarları” layihəsi çərçivəsində sonuncu seminarını keçirib. Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımıyla baş tutan bu seminar da Beynəlxalq Avrasiya Mətbuat Fondunda (BAMF) gerçəkləşdirilib.
Tədbirin açılışında çıxış edən CASCFEN sədri Azər Həsrət dəstəyə görə Azərbaycan dövlətinə, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasına və BAMF-a, onun rəhbərliyinə təşəkkür edib. “Azərbaycan dövlətinin dəstəyi ilə” şüarı altında keçirilən budəfəki seminar maraqlı və dinamik olmasıyla seçilib.
İştirakçılar ilk olaraq layihənin eksperti, Space TV-nin redaktoru, Dr. Nüşabə Hüseynlinin onlayn müstəvidə davranış qaydaları haqqında çıxışını dinləyiblər. Çıxışçı ayrı-ayrı örnəklərlə bu mühitdə olarkən nələrə üstünlük verilməsinə diqqət çəkib. Müəllim, tələbə, jurnalist və QHT fəalları həm öz təcrübələrindən danışıb, həm də bir sıra məsələlərə aydınlıq gətirilməsinə çalışıblar.
Digər ekspert, CASCFEN İdarə Heyətinin üzvü və “Kaspi” qəzetinin müxbiri Lalə Musaqızı da mövzunu davam etdirərək konkret örnəklərə diqqət çəkib. O, təcrübədə rast gəlinən halları örnək göstərərək iştirakçıların onlayn müstəvidə diqqətli və təmkinli olmasının vacibliyini vurğulayıb. Çıxışçı deyib ki, əsəblərini nəzarətdə saxlaya bilməyən onlayn istifadəçilər - netizenlər hər zaman problemlərlə üzləşirlər.
Daha sonra çıxış edən CASCFEN sədri Azər Həsrət netiketin 10 qızıl qaydasını tək-tək izah edib, iştirakçılara onlayn davranış qaydalarının pozulması zamanı yarana biləcək məsuliyyət haqqında danışıb.
Sonda iştirakçılara sertifikatlar təqdim edilib, xatirə şəkli çəkdirilib.
Xəbər lenti
Hamısına baxDünya
14 May 23:41
Dünya
14 May 23:12
Dünya
14 May 22:46
Dünya
14 May 22:30
Dünya
14 May 22:19
Dünya
14 May 21:53
Dünya
14 May 21:25
Dünya
14 May 21:13
Müsahibə
14 May 20:42
Dünya
14 May 20:30
Dünya
14 May 20:18
Dünya
14 May 19:54
Sosial
14 May 19:20
Dünya
14 May 19:05
Mədəniyyət
14 May 18:39
Sosial
14 May 18:07
Dünya
14 May 17:25
İqtisadiyyat
14 May 17:23
İdman
14 May 17:10
Dünya
14 May 17:09
Sosial
14 May 17:07
Sosial
14 May 16:35
Dünya
14 May 16:32
Dünya
14 May 16:14
İqtisadiyyat
14 May 16:10
Sosial
14 May 16:08
Dünya
14 May 15:38
Dünya
14 May 15:31
Sosial
14 May 15:29
Xəbər lenti
14 May 14:39
Dünya
14 May 14:19
Sosial
14 May 13:52
Siyasət
14 May 13:27
Gündəm
14 May 12:59
Sosial
14 May 12:42
Sosial
14 May 12:41
Mədəniyyət
14 May 12:33
Gündəm
14 May 12:26
Sosial
14 May 12:17
Sosial
14 May 12:08
Gündəm
14 May 11:49
YAP xəbərləri
14 May 11:37
Gündəm
14 May 11:31
İqtisadiyyat
14 May 11:20
İqtisadiyyat
14 May 11:19
İdman
14 May 11:18
Gündəm
14 May 11:16
Gündəm
14 May 11:05
Siyasət
14 May 10:52
Dünya
14 May 10:49
Siyasət
14 May 10:48
Siyasət
14 May 10:43
İqtisadiyyat
14 May 10:30
Sosial
14 May 10:28
Analitik
14 May 10:15
Sosial
14 May 09:57
Ədəbiyyat
14 May 09:33
Analitik
14 May 09:14
YAP xəbərləri
14 May 09:00
Müsahibə
14 May 08:50
MEDİA
14 May 08:37
Sosial
13 May 23:21
Dünya
13 May 22:43
Dünya
13 May 22:39
Dünya
13 May 22:16
Mədəniyyət
13 May 21:54
Dünya
13 May 21:20
Xəbər lenti
13 May 21:14
Dünya
13 May 21:05
İqtisadiyyat
13 May 20:43

