/ / “Dini radikalizmlə mübarizə, milli mənəvi dəyərlərimizin təbliği” adlı layihənin icrası başa çatıb
“Dini radikalizmlə mübarizə, milli mənəvi dəyərlərimizin təbliği” adlı layihənin icrası başa çatıb
11.08.2016 [10:12]
Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə dini radikalizm və ekstremizmə qarşı yönəlmiş maarifləndirici tədbirlər çərçivəsində “Gələcək və İnkişaf” Gənclər İctimai Birliyi tərəfindən keçirilən “Dini radikalizmlə mübarizə, milli mənəvi dəyərlərimizin təbliği” adlı layihənin icrası yekunlaşıb.
AZƏRTAC xəbər verir ki, layihə Ağdam, Naftalan, Goranboy və Bərdədə reallaşdırılıb. Layihə zamanı iştirakçılara “Dini radikalizmə qarşı maarifçilik yolu ilə mübarizənin aparılması”, “Dini ekstremizmin törətdiyi fəsadlar” və “Zərərli vərdişlərin yaratdığı boşluq: problemlər və mülahizələr” kimi mövzularda seminarlar keçirilib.
Tədbirlərdə “Gələcək və İnkişaf” Gənclər İctimai Birliyinin fəalları və könüllüləri ilə yanaşı, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin müvafiq bölgələr üzrə şöbə müdirləri, rayon icra hakimiyyətləri başçıları aparatının ictimai-siyasi və humanitar məsələlər şöbələrinin müdir müavinləri - dini qurumlarla işin təşkilatçıları, ziyalılar, din xadimləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.
Layihənin icrası zamanı iştirakçılara radikal dini qrupların və qeyri-ənənəvi təriqətlərin zərərli təbliğatının qarşısının alınması, onlara qarşı effektiv mübarizə aparılması və dini maarifçilik işinin düzgün metodlarla təşkili istiqamətində məlumat verilib, həmçinin gənclərin milli mənəvi ruhda tərbiyə edilməsi və düzgün maarifləndirilməsinin əhəmiyyətindən, onları radikal təsirlərdən qorumağın yollarından bəhs olunub.
Çıxış edənlər son illər dini radikalizmin müxtəlif formalarda təzahürünün, xüsusən Yaxın Şərqdə cərəyan edən proseslərin İslam dünyasında böyük narahatlıqlar doğurduğunu bildiriblər. Vurğulanıb ki, dini radikalizm gənclərin ənənəvi İslam dəyərlərindən uzaqlaşmasına və onlarda radikal meyillərin yaranmasına gətirib çıxarır.
Dini radikalizmin qarşısının alınmasında ən mühüm addımın maarifləndirmə olduğunu qeyd edən natiqlər gənclərin radikalizmdən uzaqlaşdırılması, onlara vətənpərvərlik və dövlətçilik hissinin aşılanması, milli mənəvi dəyərlərimizin qorunması və gələcək nəsillərə çatdırılması istiqamətində bu cür layihələrin reallaşdırılmasının vacibliyindən danışıblar.
Layihə çərçivəsində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sifarişi əsasında çəkilən, dini radikalizmlə mübarizənin dini, psixoloji, hüquqi, siyasi və mənəvi tərəflərinin işıqlandırıldığı “Fitnə” sənədli filmi nümayiş edilib və film ətrafında müzakirələr aparılıb.
Tədbir iştirakçılarına maarifləndirici kitabçalar verilib. Layihənin sonunda iştirakçılara sertifikatlar təqdim edilib.
Xəbər lenti
Hamısına baxXəbər lenti
15 İyul 10:19
Ədəbiyyat
15 İyul 10:01
Dünya
15 İyul 09:58
Ədəbiyyat
15 İyul 09:37
YAP xəbərləri
15 İyul 09:33
MEDİA
15 İyul 09:30
İdman
15 İyul 08:46
Dünya
14 İyul 23:29
Dünya
14 İyul 23:10
Dünya
14 İyul 22:45
YAP xəbərləri
14 İyul 22:23
YAP xəbərləri
14 İyul 22:19
Dünya
14 İyul 22:19
Sosial
14 İyul 21:50
İqtisadiyyat
14 İyul 21:24
İqtisadiyyat
14 İyul 21:10
YAP xəbərləri
14 İyul 20:48
Dünya
14 İyul 20:43
Gündəm
14 İyul 20:33
Dünya
14 İyul 20:32
Müsahibə
14 İyul 20:18
Dünya
14 İyul 19:58
Maraqlı
14 İyul 19:22
Dünya
14 İyul 19:09
Dünya
14 İyul 18:26
Sosial
14 İyul 18:12
Dünya
14 İyul 17:33
Dünya
14 İyul 17:19
Dünya
14 İyul 16:57
Dünya
14 İyul 16:19
Dünya
14 İyul 15:31
Gündəm
14 İyul 14:58
İqtisadiyyat
14 İyul 14:41
Sosial
14 İyul 14:40
Sosial
14 İyul 14:40
Elm
14 İyul 14:37
YAP xəbərləri
14 İyul 14:31
YAP xəbərləri
14 İyul 14:28
YAP xəbərləri
14 İyul 14:24
Dünya
14 İyul 14:20
Gündəm
14 İyul 14:18
Dünya
14 İyul 13:53
Dünya
14 İyul 13:47
Dünya
14 İyul 13:25
Dünya
14 İyul 12:38
Gündəm
14 İyul 12:26
Siyasət
14 İyul 12:17
Sosial
14 İyul 12:17
Siyasət
14 İyul 12:12
Dünya
14 İyul 12:10
Gündəm
14 İyul 11:56
Elm
14 İyul 11:38
İqtisadiyyat
14 İyul 11:37
Dünya
14 İyul 11:24
YAP xəbərləri
14 İyul 11:18
Sosial
14 İyul 11:15
Siyasət
14 İyul 11:10
Gündəm
14 İyul 11:06
Gündəm
14 İyul 11:01
Gündəm
14 İyul 10:50
Siyasət
14 İyul 10:35
İqtisadiyyat
14 İyul 10:32
Gündəm
14 İyul 10:15
Analitik
14 İyul 10:11
Gündəm
14 İyul 10:08
MEDİA
14 İyul 10:07
Ədəbiyyat
14 İyul 09:56
Siyasət
14 İyul 09:56
Turizm
14 İyul 09:43
Maraqlı
14 İyul 09:38

