III Beynəlxalq multikulturalizm məktəbinin iştirakçıları Nicdə udilərin qonağıdır
20.07.2016 [09:47]
Prezident İlham Əliyevin tövsiyəsi ilə Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi və Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun birgə təşkilatçılığı ilə keçirilən “Multikulturalizm Azərbaycanda həyat tərzi kimi: milli və dini dəyərlər” adlı növbəti beynəlxalq multikulturalizm yay məktəbi iyulun 19-da Qəbələdə öz işini davam etdirib.
Bakı Slavyan Universitetinin “Azərbaycan multikulturalizmi” kafedrasının müdiri Ülviyyə Abbasovanın moderatorluğu və xarici ölkələrdə “Azərbaycan multikulturalizmi” fənnini tədris edən İrina Kunina, Roza Şəfiyeva və Maya Cəfərquliyevanın iştirakı ilə “Azərbaycançılıq və etnik rəngarənglik” mövzusunda “dəyirmi masa” təşkil olunub.
Ülviyyə Abbasova Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Himayəçilər Şurasının sədri, akademik Kamal Abdullayevin ideya və dərs proqramının müəllifi olduğu “Azərbaycan multikulturalizmi” fənninin xarici və ölkədaxili universitetlərdə tədrisi layihəsinin əhəmiyyətindən söz açıb və bu layihə vasitəsilə beynəlxalq ictimaiyyətin ölkəmizin multietnik və çoxkonfessiyalı durumu haqqında bilgi əldə etmək imkanı olduğunu vurğulayıb: “Bu fənn hazırda ölkəmizin 28, dünyanın 13 nüfuzlu universitetində tədris edilir. Fənnin tədrisində məqsəd Azərbaycanı dünyaya başqa rakursdan təqdim etmək, xalqımızın tolerantlıq ənənələrini, multikultural dəyərlərini beynəlxalq ictimaiyyətə tanıtmaqdır. Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi Prezident İlham Əliyevin Azərbaycan multikulturalizmini dünyada tanıtmaq istiqamətində müəyyənləşdirdiyi hədəflərin gerçəkləşməsinə öz layiqli töhfələrini verir. Bu layihə çərçivəsində gələcəkdə Azərbaycan multikulturalizmi fənninin tədris olunduğu xarici ölkə universitetlərinin sayının daha da artacağına inanırıq”.
“Azərbaycan multikulturalizmi” fənnini İtaliyanın Sapienza Universitetində tədris edən İrina Kunina “dəyirmi masa”da “Azərbaycançılıq və etnik rəngarənglik” adlı təqdimatla çıxış edib. O, eyniadlı videosüjetin müşayiəti ilə tələbələrə Azərbaycanın multikultural durumu, etnik mənzərəsi haqqında məlumat verib: “Azərbaycan polietnik dövlətdir. Xalq titul etnosdan - Azərbaycan türklərindən və avtoxton milli azlıqlardan - udinlərdən, ingiloylardan, qrızlardan, xınalıqlardan, buduqlardan, tatlardan, talışlardan, ləzgilərdən və başqa azsaylı xalqlardan təşkil olunub. Bu xalqlar Azərbaycan türkləri ilə birlikdə vahid polietnik Azərbaycan xalqını təşkil edir. Bu xalqlardan başqa ölkəmizdə respublikada ruslar, ukraynalılar, beloruslar, kürdlər, yəhudilər, yunanlar, almanlar və tatarlar yaşayırlar. Bu milli azlıqların hər birinin müvafiq olaraq tarixi vətəni var və Azərbaycan ərazisində yaşayan alloxton milli azlıqlara aid edilirlər. Təkcə Bakıda iyirmidən çox müxtəlif mədəni icma fəaliyyət göstərir. Bunların sırasında rusların, ukraynalıların, kürdlərin, ləzgilərin, slavyanların, tatların, tatarların, gürcülərin, ingiloyların, talışların, avarların, Axıska türklərinin, Avropa və dağ yəhudilərinin, gürcü yəhudilərinin, alman və yunanların cəmiyyətləri var. Ümumiyyətlə, etnik azlıqların kompakt şəkildə yaşadıqları bütün rayonlarda belə icmalar mövcuddur”.
Portuqaliyanın Lusofona Humanitar Elmlər və Texnologiya Universitetində “Azərbaycan multikulturalizmi” fənnini tədris edən Maya Cəfərquliyeva qeyd edib ki, sözügedən fənni öyrənənlərin Azərbaycanın multikulturalizm siyasəti sahəsində təcrübəni dərindən dərk etmək istəyi var. Ən çox Azərbaycanın etnik və dini müxtəlifliyi, ölkəmizdə min illər boyu birgə yaşayan müxtəlif etnik qruplar, dünya etnik xəritəsində yalnız Azərbaycanda olan Xınalıq kəndi və xınalıqlılar barədə maraqlanırlar, çoxlu suallar verirlər.
“Azərbaycan multikulturalizmi” fənnini Çexiyanın Karl Universitetində tədris edən Roza Şəfiyeva bildirib ki, semestr boyu bu fənnə böyük maraq və istək nümayiş etdirən tələbələr bu dərslər vasitəsilə Azərbaycanın etnik mənzərəsi, multikultural dəyərləri, tolerantlıq ənənələri ilə yaxından tanış olmaq imkanı əldə ediblər.
“Dəyirmi masa”da Türkiyə, İndoneziya, Çin, Bolqarıstan, Rusiya, Gürcüstan, Litva və Almaniyadan olan tələbələr Azərbaycan multikulturalizmi, ölkəmizdə əsrlərdir yanaşı yaşayan etnik qruplar, azsaylı xalqlarla bağlı fikir və düşüncələrini bölüşüblər.
Yay məktəbinin iştirakçıları tədris vaxtından sonra Nic qəsəbəsinə yola düşüblər. Tələbələr yerli əhali ilə-udilərlə görüşüblər. Yay məktəbinin iştirakçıları yerli udi gənclərinin müşayiəti ilə qəsəbəni gəziblər. Tələbələrə Nic qəsəbəsinin, buradakı Alban kilsəsinin və udi xalqının tarixi ilə bağlı ətraflı məlumat verilib. Bildirilib ki, Qəbələ-Oğuz avtomobil yolunun kənarında Alazan-Həftəran vadisində ən iri yaşayış məskəni olan Nic ərazisinə görə Qəbələdə birincidir. 2005-ci ildən Nic kəndinə şəhər tipli qəsəbə statusu verilib. Nicdə ilk udi məktəbi 1854-cü ildə açılıb, müəllimlər içərisində yerli sakinlərdən -udilər də var idi. İndi Nic qəsəbəsində Udi Mədəniyyət mərkəzi fəaliyyət göstərir. Qəsəbə ərazisində Alban kilsəsi və digər qədim tarixi abidələr var. İbtidai sinif şagirdləri üçün udi dili də tədris olunur.
Sonra tələbələr qəsəbədəki “Cotari” Alban kilsəsini ziyarət ediblər.
Alban-Udi xristian dini icmasının rəhbəri Robert Mobili və icmanın üzvləri tələbələrlə görüş zamanı udi xalqının keçmişindən, Alban kilsəsinin tarixindən söz açıblar. Qeyd edilib ki, altı mindən çox əhalisi olan qəsəbədə 4 min nəfərə yaxın udi yaşayır. Dünyada yaşayan udilərin sayı isə 10 minə yaxındır. Qəsəbədə udilər öz dilini, dinini, adət-ənənələrini 2500 ildir ki, qoruyub saxlayırlar. Dünyanın etnik xəritəsində udi adlı etnos bu gün yalnız Azərbaycan ərazisində mövcuddur. Alban-udi kilsəsi Qafqaz Albaniyasında xristianlığın ilk təbliğatçılarından (I-II əsrlər) olub. Kilsə İsa peyğəmbərin həvarilərindən (apostol) olmuş müqəddəs Yeliseyin şərəfinə tikilib. Qəsəbədə daha iki qədim Alban kilsəsi var.
Udi icmasının nümayəndələri tələbələrə Azərbaycanda dini ayinlərin icrası üçün yaradılan şəraitdən, dövlətin diqqət və qayğısından danışıblar. Diqqətə çatdırılıb ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda dövlət-din münasibətləri demokratik prinsiplərə və beynəlxalq hüquq normalarına uyğun tənzimlənir, hər kəsin dini etiqad azadlığını təmin olunur. Çıxış edənlər Azərbaycanda mövcud zəngin mədəni irsin qorunub saxlanılmasını yüksək qiymətləndiriblər. Qeyd ediblər ki, Nic kilsəsinin bərpasından sonra udilərin müqəddəs bayramlarını layiqincə qeyd etmələri tolerantlığa gözəl nümunədir.
Yerli udi gəncləri ilə səmimi çay süfrəsi və Udi Folklor Ansamblının təqdimatında konsert proqramı tələbələrdə xoş təəssürat yaradıb. Əcnəbi tələbələr “Yallı” sədaları altında rəqs ediblər.
“Öz xalqını təqdim et” adlı musiqili axşam çərçivəsində Azərbaycan, Almaniya, Bolqarıstan və Yəməndən olan tələbələr təqdimatla çıxış ediblər.
Xəbər lenti
Hamısına baxAnalitik
29 Avqust 10:55
Ədəbiyyat
29 Avqust 10:21
Dünya
29 Avqust 10:07
Analitik
29 Avqust 09:45
Gündəm
29 Avqust 09:30
Sosial
29 Avqust 09:17
Ədəbiyyat
29 Avqust 08:53
Ədəbiyyat
29 Avqust 08:31
Gündəm
29 Avqust 08:15
Dünya
28 Avqust 23:25
İqtisadiyyat
28 Avqust 22:43
Sosial
28 Avqust 22:19
Dünya
28 Avqust 21:36
Siyasət
28 Avqust 20:49
Siyasət
28 Avqust 20:12
Dünya
28 Avqust 19:14
İdman
28 Avqust 18:27
Dünya
28 Avqust 17:22
Dünya
28 Avqust 16:14
Mədəniyyət
28 Avqust 15:48
Elm
28 Avqust 15:36
Sosial
28 Avqust 14:18
İqtisadiyyat
28 Avqust 13:24
Elanlar
28 Avqust 12:49
Gündəm
28 Avqust 11:16
İqtisadiyyat
28 Avqust 10:54
İqtisadiyyat
28 Avqust 10:25
Gündəm
28 Avqust 09:30
Sosial
28 Avqust 09:17
Ədəbiyyat
28 Avqust 08:51
Sosial
28 Avqust 08:38
Dünya
27 Avqust 23:21
Sosial
27 Avqust 22:30
Hadisə
27 Avqust 21:19
Dünya
27 Avqust 20:35
Dünya
27 Avqust 19:22
Dünya
27 Avqust 18:40
YAP xəbərləri
27 Avqust 18:35
Dünya
27 Avqust 17:27
Dünya
27 Avqust 16:34
Siyasət
27 Avqust 15:53
Gündəm
27 Avqust 15:42
YAP xəbərləri
27 Avqust 15:34
Dünya
27 Avqust 15:29
Dünya
27 Avqust 15:10
Dünya
27 Avqust 14:41
Dünya
27 Avqust 14:18
Dünya
27 Avqust 13:58
Dünya
27 Avqust 13:20
YAP xəbərləri
27 Avqust 13:07
YAP xəbərləri
27 Avqust 13:06
Siyasət
27 Avqust 12:47
Dünya
27 Avqust 12:45
Dünya
27 Avqust 12:17
Hadisə
27 Avqust 11:52
Siyasət
27 Avqust 11:46
Sosial
27 Avqust 11:24
YAP xəbərləri
27 Avqust 10:54
Siyasət
27 Avqust 10:41
İqtisadiyyat
27 Avqust 10:13
İqtisadiyyat
27 Avqust 09:45
Analitik
27 Avqust 09:22
Siyasət
27 Avqust 09:06
Ədəbiyyat
27 Avqust 08:50
MEDİA
27 Avqust 08:38
İdman
27 Avqust 07:44
Dünya
26 Avqust 23:58
Dünya
26 Avqust 23:47
Dünya
26 Avqust 23:39
İdman
26 Avqust 23:03

