M.Abbaszadə: Bu il ali və orta ixtisas təhsili müəssisələrinə 48.905 nəfər qəbul oluna biləcək
16.07.2016 [09:38]
Dövlət İmtahan Mərkəzi Direktorlar Şurasının sədri Məleykə Abbaszadə iyulun 15-də qəbul kampaniyasının gedişinə və “Abituriyent” jurnalının dördüncü buraxılışının təqdimatına həsr olunmuş mətbuat konfransı keçirib.
AZƏRTAC xəbər verir ki, M.Abbaszadə 2016/2017-ci tədris ili üçün Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə tələbə qəbulu müsabiqəsində iştirak etmək üçün ixtisas seçimi elanı, “Abituriyentin elektron ixtisas seçimi ərizəsi”nin doldurulma qaydası, ali təhsil müəssisələrinə qəbul aparılan ixtisaslar, dövlət sifarişi ilə tələbə qəbulunun proqnozunun dərc edildiyi “Abituriyent” jurnalının dördüncü buraxılışı haqqında məlumat verib. İyulun 15-də cari ilin məzunları üçün keçiriləcək qəbul imtahanlarına dair statistik məlumatlar və digər cari tədbirləri mətbuat nümayəndələrinin diqqətinə çatdırıb.
M.Abbassadə bu il Azərbaycanda ali məktəblərə qəbul üçün 41.965 yer təqdim edildiyini və bunun ötən ildəkindən 7,21 faiz çox olduğunu diqqətə çatdırıb.
Qeyd edilib ki, dövlət sifarişli yerlərin sayında bir az fərq var. Burada ötən illə müqayisədə 497 yer artıb və 12.211-ə çatıb. Ötən il dövlət sifarişli yerlərin sayı 11.714 olub. On bir illik təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə (texnikum) isə bu il 6.940 yer ayrılıb. Ötən il isə bu rəqəm 6.133 olub. Beləliklə, 11 illik bazadan texnikumlara ayrılan qəbul yerlərinin sayı ötən illə müqayisədə 13 faiz artıb. Orta ixtisas məktəblərinə 6.940 qəbul yeri var. Plana əsasən 48.905 nəfər ali və orta ixtisas təhsili müəssisələrinə qəbul oluna biləcək.
M.Abbassazə imtahanın respublikanın 11 şəhərində - Bakı, Naxçıvan, Gəncə, Sumqayıt, Mingəçevir, Şəki, Ağcabədi, Göyçay, Şirvan, Lənkəran və Xaçmazda ümumilikdə 47 binada aparılacağını diqqətə çatdırıb. İmtahanların idarə olunmasına 227 imtahan rəhbəri və orta ümumtəhsil müəssisələrindən 2.129 nəzarətçi-müəllim cəlb olunub. İmtahanda 25 min 926 abituriyentin iştirakı nəzərdə tutulur. Onlardan 22.044-ü birinci qrup üzrə, 3.912-si isə dördüncü qrup üzrə imtahan verəcək.
Abituriyentlərdən 23.540-ı Azərbaycan bölməsinin (I qrup üzrə 19995, IV qrup üzrə 3545 nəfər), 2.416-sı isə rus bölməsinin (I qrup üzrə 2049 nəfər, IV qrup üzrə 367 nəfər) məzunudur. Abituriyentlərin 15.067-si oğlan (I qrup üzrə 13873 nəfər, IV qrup üzrə 1194 nəfər), 10.889-u isə qızdır (I qrup üzrə 8171 nəfər, IV qrup üzrə 2718 nəfər). 25.457 nəfər orta ümumtəhsil məktəblərinin, 10 nəfər ali təhsil müəssisələrinin, 489 nəfər isə orta ixtisas təhsili müəssisələrinin məzunudur. 173 abituriyent xarici ölkələrin vətəndaşıdır.
Bakı şəhərində 11.516, Naxçıvanda 1097, Gəncədə 3178, Sumqayıtda 1647, Mingəçevirdə 1208, Şəkidə 1752, Ağcabədidə 876, Göyçayda 1331, Şirvanda 969, Lənkəranda 1359, Xaçmazda isə 1000 abituriyentin imtahan verəcəyi gözlənilir.
İmtahanın gedişini işıqlandırmaq üçün 60-dək KİV nümayəndəsi TQDK-da akkreditasiyadan keçib.
İmtahan başa çatdıqdan dərhal sonra müstəqil ekspertlər tərəfindən test suallarının ekspertizası aparılacaq. Həmin gün “Space” telekanalında canlı yayımlanan “Abituriyent” verilişində TQDK-nın məsul əməkdaşları və ekspertlər tərəfindən imtahanda istifadə olunmuş sualların düzgün cavabları və test tapşırıqları ilə bağlı geniş izahat veriləcək. İmtahanda istifadə olunmuş sualların düzgün cavabları, eyni zamanda, TQDK-nın internet saytında və “Facebook” səhifəsində yerləşdiriləcək.
İmtahan vermiş abituriyentlərin cavab kartlarının emalı başa çatdıqdan sonra nəticələr və hər bir abituriyentin cavab kartının qrafik təsviri TQDK-nın internet saytında yerləşdiriləcək. Abituriyentlər imtahan nəticələri barədə məlumatı, həmçinin mobil telefonla iş nömrələrini 7727 nömrəsinə göndərməklə öyrənə biləcəklər.
Sonda M.Abbaszadə jurnalistlərin suallarını cavablandırıb.
Xəbər lenti
Hamısına baxGündəm
11 İyul 15:59
Gündəm
11 İyul 15:32
Gündəm
11 İyul 15:07
Gündəm
11 İyul 12:55
Gündəm
11 İyul 12:20
Siyasət
11 İyul 11:56
Gündəm
11 İyul 11:32
Sosial
11 İyul 11:18
Gündəm
11 İyul 11:05
Hərbi
11 İyul 10:52
Gündəm
11 İyul 10:45
Siyasət
11 İyul 10:39
YAP xəbərləri
11 İyul 10:23
Sosial
11 İyul 10:13
İqtisadiyyat
11 İyul 09:58
Analitik
11 İyul 09:30
MEDİA
11 İyul 09:17
Ədəbiyyat
11 İyul 08:53
Ədəbiyyat
11 İyul 08:35
İqtisadiyyat
10 İyul 23:21
İqtisadiyyat
10 İyul 22:45
Dünya
10 İyul 22:19
Dünya
10 İyul 21:50
İqtisadiyyat
10 İyul 21:26
Dünya
10 İyul 21:13
Gündəm
10 İyul 20:49
Elm
10 İyul 20:41
Dünya
10 İyul 20:35
İqtisadiyyat
10 İyul 20:18
Maraqlı
10 İyul 19:50
Dünya
10 İyul 19:23
Dünya
10 İyul 19:07
Maraqlı
10 İyul 18:39
Dünya
10 İyul 18:03
Dünya
10 İyul 17:55
Dünya
10 İyul 17:23
Dünya
10 İyul 16:49
Dünya
10 İyul 16:20
YAP xəbərləri
10 İyul 15:50
İqtisadiyyat
10 İyul 15:39
İqtisadiyyat
10 İyul 15:38
Dünya
10 İyul 15:32
Dünya
10 İyul 15:06
Sosial
10 İyul 14:54
Sosial
10 İyul 14:43
Dünya
10 İyul 14:40
Dünya
10 İyul 14:19
Sosial
10 İyul 14:06
İqtisadiyyat
10 İyul 14:06
Elanlar
10 İyul 14:05
Sosial
10 İyul 14:04
YAP xəbərləri
10 İyul 14:03
Dünya
10 İyul 13:51
Dünya
10 İyul 13:35
Sosial
10 İyul 12:43
Sosial
10 İyul 12:43
Elm
10 İyul 12:42
Dünya
10 İyul 12:26
Dünya
10 İyul 12:10
Gündəm
10 İyul 11:50
Gündəm
10 İyul 11:48
İqtisadiyyat
10 İyul 11:47
Gündəm
10 İyul 11:35
İqtisadiyyat
10 İyul 11:35
Siyasət
10 İyul 11:25
Siyasət
10 İyul 11:14
MEDİA
10 İyul 11:13
İqtisadiyyat
10 İyul 11:05
Sosial
10 İyul 10:42
İqtisadiyyat
10 İyul 10:40

