Avropanın Gənclər Paytaxtı Gəncə ilə tanışlıq şəhərin qonaqlarında zəngin təəssürat yaradıb
04.05.2016 [10:05]
“Gəncə - 2016 Avropa Gənclər Paytaxtı” layihəsinin açılış mərasimində iştirak etmək üçün gələn xarici qonaqlar şəhərlə tanış olublar.
AZƏRTAC xəbər verir ki, Avropanın bir sıra ölkələrinin nümayəndələri bələdçilərin müşayiəti ilə şəhərin bir sıra tarixi, mədəni abidələrini ziyarət edib, muzey və qalereyalarda sərgilənən əsərlərə baxıblar.
Xarici qonaqların Gəncə ilə tanışlığı Məhsəti Gəncəvi Mərkəzindən başlayıb. Burada onlara Gəncənin tarixi haqqında məlumat verilib.
Diqqətə çatdırılıb, şəhərin tarixi məkanında, Gəncə çayının sol sahilində yerləşən, özünün memarlıq həlli ilə şəhərə xüsusi yaraşıq verən Mərkəz Heydər Əliyev Fondunun dəstəyi ilə Məhsəti Gəncəvi yaradıcılığının UNESCO tərəfindən qeyd olunan 900 illik yubileyi ərəfəsində inşa edilib.
Mərkəz Azərbaycanın ilk qadın şairəsi, XII əsrin böyük rübai ustadı, bədii-fəlsəfi və demokratik fikirləri ilə bütün dünyada şöhrət tapan Məhsəti Gəncəvi şəxsiyyətinin və yaradıcılığının geniş təbliği məqsədilə yaradılıb. Buradakı muzeydə nümayiş olunan qədim musiqi alətləri, orta əsrlərə aid milli qadın geyimləri, eləcə də bir sıra müasir rəssamların, heykəltəraşların və xalq sənətkarlarının dekorativ tətbiqi sənət nümunələri, miniatürlər, süjetli xalçalar qonaqlarda Gəncənin qədim mədəni irsi haqqında zəngin təəssürat yaradıb.
Şəhərlə tanışlıq çərçivəsində xarici qonaqların üz tutduqları növbəti məkan dahi Azərbaycan şairi Nizami Gəncəvinin məqbərə və muzeyi olub. Onlar əvvəlcə Nizami Gəncəvinin məqbərəsini ziyarət edib, böyük şairin xatirəsinə hörmət və ehtiramlarını bildiriblər. Qonaqlar məqbərə ətrafında şairin əsərlərindəki qəhrəmanları təsvir edən heykəllərə maraqla baxıblar. Şairin ailə üzvlərinin dəfn olunduğu məqbərəni ziyarət etdikdən sonra Nizami Gəncəvi Muzeyinə gəliblər.
Muzeydə şairin Heydər Əliyev Fondu tərəfindən nəşr olunan “Xəmsə”si və monoqrafiyalar, Avstriya, Rusiya, Almaniya, Böyük Britaniya milli kitabxanalarında, Misirin İsgəndəriyyə, Fransanın Strasburq kitabxanalarında, həmçinin ABŞ-ın Metropol Muzeyində qorunan nadir “Xəmsə” əlyazmalarının və miniatürlərinin orijinalları və nüsxələrindən ibarət eksponatlar sərgilənir. Qonaqlara məlumat verilib ki, muzeydə yalnız ziyarətçilər üçün deyil, həm də elmi araşdırmalarla məşğul olmaq istəyənlər üçün də şərait yaradılıb.
Daha sonra qonaqlar “Qala” Arxeologiya və Etnoqrafiya Muzey Kompleksində olublar. Bildirilib ki, muzey Gəncənin qala divarları formasında, bişmiş qırmızı kərpicdən inşa edilib. 1063-cü ildə Şəddadi hökmdarı Əbüləsvar Şavurun göstərişi ilə hazırlanan və hazırda Gürcüstanın Helatı Monastrında saxlanan Gəncə qapılarının surəti qala divarlarında quraşdırılıb. Rəmzi olaraq Gəncənin qala divarları formasında inşa edilən tikili hazırda muzey kompleksi kimi fəaliyyət göstərir. Bu məlumatları maraqla dinləyən, eksponatlara baxan qonaqlar rəmzi qala bürcünün ən yüksək nöqtəsindən şəhərin mənzərəsini seyr ediblər.
Daha sonra avropalı qonaqlar Göygöl Milli Parkına yollanıb, bu təbiət incisi ilə tanışlıqdan böyük zövq alıblar.
Xəbər lenti
Hamısına baxMaraqlı
18 İyun 14:49
Siyasət
18 İyun 14:36
Siyasət
18 İyun 14:35
Siyasət
18 İyun 14:35
Siyasət
18 İyun 14:34
Sosial
18 İyun 14:33
Siyasət
18 İyun 14:32
Dünya
18 İyun 14:27
YAP xəbərləri
18 İyun 14:25
YAP xəbərləri
18 İyun 14:23
Sosial
18 İyun 14:16
Sosial
18 İyun 14:14
Dünya
18 İyun 13:48
Dünya
18 İyun 13:20
YAP xəbərləri
18 İyun 13:15
Gündəm
18 İyun 13:04
Siyasət
18 İyun 12:57
İqtisadiyyat
18 İyun 12:47
İqtisadiyyat
18 İyun 12:43
Sosial
18 İyun 12:43
Sosial
18 İyun 12:41
İqtisadiyyat
18 İyun 12:41
Sosial
18 İyun 12:40
Siyasət
18 İyun 12:18
Dünya
18 İyun 11:59
Analitik
18 İyun 11:25
Gündəm
18 İyun 11:23
Gündəm
18 İyun 10:55
Siyasət
18 İyun 10:47
Siyasət
18 İyun 10:46
Siyasət
18 İyun 10:45
Siyasət
18 İyun 10:44
Siyasət
18 İyun 10:44
Siyasət
18 İyun 10:43
Siyasət
18 İyun 10:43
Sosial
18 İyun 10:39
Dünya
18 İyun 10:17
İqtisadiyyat
18 İyun 09:40
Ədəbiyyat
18 İyun 09:16
Dünya
18 İyun 09:05
Analitik
18 İyun 08:53
Sosial
18 İyun 08:35
Dünya
18 İyun 08:10
Siyasət
18 İyun 07:39
Dünya
18 İyun 07:27
Dünya
17 İyun 23:42
Dünya
17 İyun 23:35
Sosial
17 İyun 23:19
Dünya
17 İyun 22:56
Dünya
17 İyun 22:20
Dünya
17 İyun 22:09
Dünya
17 İyun 21:43
Dünya
17 İyun 21:32
Elm
17 İyun 21:18
Dünya
17 İyun 21:15
Elm
17 İyun 20:58
Dünya
17 İyun 20:25
Dünya
17 İyun 20:10
Elm
17 İyun 19:42
Dünya
17 İyun 19:30
Sosial
17 İyun 19:16
Siyasət
17 İyun 18:07
YAP xəbərləri
17 İyun 17:57
YAP xəbərləri
17 İyun 17:49
Siyasət
17 İyun 17:32
Siyasət
17 İyun 17:22
Siyasət
17 İyun 17:17
Gündəm
17 İyun 16:57
Elm
17 İyun 16:54
Dünya
17 İyun 16:54

