/ / 15 saylı cəzaçəkmə müəssisəsində “Dini radikalizm və onun fəsadları” mövzusunda tədbir keçirilib
15 saylı cəzaçəkmə müəssisəsində “Dini radikalizm və onun fəsadları” mövzusunda tədbir keçirilib
26.04.2016 [09:10]
Dünən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin və Penitensiar Xidmətin birgə təşkilatçılığı ilə 15 saylı cəzaçəkmə müəssisəsində “Dini radikalizm və onun fəsadları” mövzusunda tədbir keçirilib.
Tədbiri giriş sözü ilə açan Penitensiar Xidmətin “Cəmiyyət və cəza” jurnalının baş redaktoru, ədliyyə polkovniki Mehman Sadıqov Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və Penitensiar Xidmət arasında əməkdaşlığın xüsusi əhəmiyyət kəsb etdiyini vurğulayıb. O bildirib ki, bu cür tədbirlər məhbusların cəzadan azad olunduqdan sonra sosial adaptasiyasına şərait yaradılması, eyni zamanda dini radikalizm təhlükəsindən uzaq olmaları məqsədilə keçirilir.
Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı İslam dinin yaranma tarixi, inkişafı, Azərbaycanda İslamın yayılması ilə bağlı ətraflı çıxış edib. Bildirib ki, Azərbaycanda əhalinin mütləq əksəriyyətinin İslam dininin daşıyıcıları olmasına baxmayaraq, dövlətimiz tərəfindən bütün dinlərə, konfessiyalara eyni şərait yaradılıb. Mübariz Qurbanlı ölkəmizdə dövlət-din münasibətlərinin yüksək səviyyədə olduğunu bildirib. Qeyd olunub ki, Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra xalqımızın milli-mənəvi dəyərlərinə qayıdışı daha da sürətlənib. Ümummilli lider Heydər Əliyevin milli-mənəvi dəyərlərin qorunması üçün misilsiz xidmətlər göstərdiyini vurğulayan Komitə sədri hazırda bu siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini bildirib. Diqqətə çatdırılıb ki, indi Azərbaycanda dünyaya nümunə ola biləcək tolerantlıq mövcuddur. Ölkəmizdə müxtəlif dinlərin nümayəndələri dinc, yanaşı, azad şəraitdə yaşayırlar.
Dövlət Komitəsinin dini maarifləndirmə məqsədi ilə müxtəlif tədbirlər, konfranslar və seminarlar təşkil etdiyini bildirən Mübariz Qurbanlı, bu işlərin əhalinin dinlə bağlı bilgilərinin sürətlə artırılmasına xidmət etdiyini vurğulayıb.
Komitə sədri dini radikalizmin yaranması səbəblərindən, onun yaratdığı fəsadlardan, ölkəmizdə dini radikalizmə qarşı aparılan mübarizədən danışıb. O qeyd edib ki, ölkəmizdə vicdan azadlığı ilə bağlı hüquqlar bərpa olunub, məscidlərlə yanaşı, kilsə və sinaqoqların fəaliyyətinə rəsmən icazə verilib, ölkə Konstitusiyasında bütün dini etiqadların qanun qarşısında bərabər olduğu göstərilib, insan şəxsiyyətinə və insanlıq prinsiplərinə zidd dini baxışlar qadağan edilib.
Məhbuslar arasında maarifləndirici işlərin aparılmasının onların radikal dini cərəyanların fəaliyyətinə meyil etməməsinə müsbət təsir göstərdiyini deyən Mübariz Qurbanlı qeyd edib ki, dini nifrətin salınması, milli ləyaqətin alçaldılması, dini mənsubiyyətindən asılı olaraq vətəndaşların hüquqlarının məhdudlaşdırılmasına yönələn hərəkətlərin törədilməsinə qanunlarımız yol vermir. Komitə sədri Azərbaycanda dini radikalizmə qarşı mübarizənin qanun çərçivəsində aparıldığını və bu mübarizədə ən effektiv vasitənin maarifləndirmə işi olduğunu vurğulayıb.
Aprel ayının əvvəllərində Ermənistan silahlı qüvvələrinin bölmələrinin təxribatları nəticəsində qoşunların təmas xəttində yaranan gərginlikdən danışan Komitə sədri vurğulayıb ki, ordumuz bizim qürur mənbəyimizdir. Son hadisələr bir daha göstərdi ki, Azərbaycan Ordusu istənilən vaxt torpaqlarımızı hərb yolu ilə geri qaytara bilər. Azərbaycanın hər bir vətəndaşı bilməlidir ki, bizim döyüş yerimiz, cihad meydanımız Qarabağdır.
Tədbirin sonunda məhbusları maraqlandıran suallar cavablandırılıb.
Daha sonra Mübariz Qurbanlı məhbusların ibadət otaqları ilə yaxından tanış olub və müəssisənin kitabxanasına DQİDK-nın nəşri olan kitablar hədiyyə olunub.
Görüşdə DQİDK-nın sədr müavini Səyavuş Heydərov, Penitensiar Xidmətin Tərbiyə işinin təşkili İdarəsinin rəis müavini, ədliyyə polkovnik-leytenantı İntiqam Əliyev iştirak ediblər.
Xəbər lenti
Hamısına baxDünya
14 İyul 11:24
YAP xəbərləri
14 İyul 11:18
Sosial
14 İyul 11:15
Siyasət
14 İyul 11:10
Gündəm
14 İyul 11:01
Gündəm
14 İyul 10:55
Gündəm
14 İyul 10:50
Siyasət
14 İyul 10:35
İqtisadiyyat
14 İyul 10:32
Gündəm
14 İyul 10:15
Analitik
14 İyul 10:11
Gündəm
14 İyul 10:08
MEDİA
14 İyul 10:07
Ədəbiyyat
14 İyul 09:56
Siyasət
14 İyul 09:56
Turizm
14 İyul 09:43
Maraqlı
14 İyul 09:38
Ədəbiyyat
14 İyul 09:34
Dünya
14 İyul 09:23
Dünya
14 İyul 08:47
Dünya
14 İyul 08:12
Dünya
14 İyul 07:50
Dünya
14 İyul 07:38
Elm
13 İyul 23:31
Dünya
13 İyul 23:08
İqtisadiyyat
13 İyul 22:57
Dünya
13 İyul 22:20
Dünya
13 İyul 21:49
Siyasət
13 İyul 21:39
Dünya
13 İyul 21:23
İqtisadiyyat
13 İyul 20:45
Dünya
13 İyul 20:32
Dünya
13 İyul 20:17
Siyasət
13 İyul 19:58
Gündəm
13 İyul 19:55
Siyasət
13 İyul 19:50
Dünya
13 İyul 19:24
Sosial
13 İyul 19:10
Siyasət
13 İyul 18:15
Sosial
13 İyul 18:14
YAP xəbərləri
13 İyul 17:35
İqtisadiyyat
13 İyul 17:25
İqtisadiyyat
13 İyul 17:12
Dünya
13 İyul 16:49
Siyasət
13 İyul 15:43
Siyasət
13 İyul 15:42
Siyasət
13 İyul 15:41
YAP xəbərləri
13 İyul 15:35
Elm
13 İyul 14:33
Sosial
13 İyul 14:32
Sosial
13 İyul 14:20
Elm
13 İyul 13:35
Siyasət
13 İyul 12:54
Sosial
13 İyul 12:34
YAP xəbərləri
13 İyul 12:16
Gündəm
13 İyul 11:14
Sosial
13 İyul 11:13
Siyasət
13 İyul 11:13
Dünya
13 İyul 11:10
Dünya
13 İyul 10:59
Dünya
13 İyul 10:23
Siyasət
13 İyul 10:19
Siyasət
13 İyul 10:18
Siyasət
13 İyul 10:18
Dünya
13 İyul 09:45
Siyasət
13 İyul 09:38
Siyasət
13 İyul 09:37
Siyasət
13 İyul 09:36
Dünya
13 İyul 09:17
Sosial
13 İyul 08:53

