Suraxanıda əhalinin pulsuz tibbi müayinəsi uğurla davam edir
08.04.2016 [09:31]
Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq əhalinin pulsuz tibbi müayinəsi Suraxanı rayonunda uğurla davam etdirilir.
AZƏRTAC xəbər verir ki, rayonda tibbi müayinənin aparıldığı səhiyyə müəssisələrindən biri də Hövsan qəsəbəsindəki 23 nömrəli Şəhər Poliklinikasıdır. Poliklinikanın baş həkimi Şərəbanı Yusifzadə bildirib ki, müayinələrin əsas məqsədi xəstəliklərin erkən aşkarlanmasıdır. Əhalinin müayinəsi tərtib edilmiş qrafikə əsasən aparılır. Poliklinikaya gələn vətəndaşlar ümumi və biokimyəvi, kardioqramm, ultrasəs və digər müayinələrdən keçirlər. Aprelin 7-dək poliklinikada 12 min 705 nəfər vətəndaş tibbi müayinədən keçib. Bunlardan 802 nəfəri rentgen, 556 nəfəri laboratoriya, 929 nəfəri USM, 408 nəfəri isə EKQ müayinəsindən keçib. Müayinədən keçən vətəndaşların 378 nəfərində müxtəlif xəstəliklər aşkar olunub. Onların 48 nəfəri stasionar müalicəyə cəlb olunub, 330 nəfər Bakı şəhərinin müxtəlif tibb müəssisələrinə göndərilib. Xəstəlik aşkar edilən şəxslərin müalicəsi istiqamətində də işlər görülür. Eyni zamanda, 23 nömrəli Şəhər Poliklinikasında işləyən həkimlərdən ibarət səyyar briqadalar yaradılıb. Bu briqadalar məktəblərdə, uşaq bağçalarında və poliklinikaya gələ bilməyən yaşlı və əlil insanlara evlərində tibbi xidmət göstərirlər. Həmçinin qrafik əsasında idarə və təşkilatların əməkdaşları da müayinə olunurlar. Aşkara çıxarılan xəstəliklər üzrə müalicə kursları təyin edilir.
Poliklinikanın tibbi heyətindən, burada yaradılan şəraitdən razılığını bildirən Hövsan qəsəbə sakini Hacəli Məlikov vətəndaşların sağlamlığının qayğısına diqqətlə yanaşdığına görə dövlət başçısına minnətdarlığını bildirib.
Hövsan qəsəbə sakini Sevda Vəzirova isə deyib: “Bütün müayinələrdən keçdim. Həkimlər və tibb bacıları məni mehribanlıqla qarşıladılar. Belə şəraiti bizə yaratdığına görə möhtərəm Prezidentimizə minnətdarlığımızı bildiririk”.
Müayinələr qrafik əsasında rayon ərazisində fəaliyyət göstərən 4 xəstəxanada, 4 poliklinikada və 1 ambulatoriyada aparılır. İndiyədək rayonda 92 minə yaxın vətəndaş və 119-dan çox kollektiv tibbi müayinədən keçib. Müayinə zamanı 3 min 457 nəfərdə müxtəlif xəstəliklər aşkarlanıb. Onlardan 132 nəfər stasionar müalicəyə və 152 nəfər Bakı şəhərinin müxtəlif xəstəxanalarına göndərilib.
Xəbər lenti
Hamısına baxDünya
20 İyul 16:35
Dünya
20 İyul 15:29
YAP xəbərləri
20 İyul 15:10
Sosial
20 İyul 15:10
Dünya
20 İyul 14:32
Gündəm
20 İyul 13:57
Gündəm
20 İyul 13:54
Dünya
20 İyul 13:42
Dünya
20 İyul 13:20
Elm
20 İyul 12:48
Sosial
20 İyul 12:46
Dünya
20 İyul 12:45
Dünya
20 İyul 12:19
YAP xəbərləri
20 İyul 12:17
Dünya
20 İyul 11:59
Dünya
20 İyul 11:25
İqtisadiyyat
20 İyul 11:07
YAP xəbərləri
20 İyul 10:56
Dünya
20 İyul 10:54
Sosial
20 İyul 10:54
Dünya
20 İyul 10:22
YAP xəbərləri
20 İyul 09:58
İqtisadiyyat
20 İyul 09:40
Dünya
20 İyul 09:17
İdman
20 İyul 08:59
İdman
20 İyul 08:45
Dünya
20 İyul 08:21
Dünya
20 İyul 08:14
İdman
20 İyul 07:42
Dünya
19 İyul 23:19
Hadisə
19 İyul 22:30
Dünya
19 İyul 21:24
Xəbər lenti
19 İyul 20:26
Dünya
19 İyul 20:17
Hadisə
19 İyul 19:34
Dünya
19 İyul 19:31
Sosial
19 İyul 18:25
Dünya
19 İyul 17:19
Dünya
19 İyul 16:21
Dünya
19 İyul 15:19
Dünya
19 İyul 14:25
Dünya
19 İyul 13:40
Sosial
19 İyul 12:31
Dünya
19 İyul 11:24
Dünya
19 İyul 10:18
Elm
19 İyul 09:32
Dünya
19 İyul 08:45
Dünya
18 İyul 23:16
Dünya
18 İyul 22:39
Mədəniyyət
18 İyul 21:40
Maraqlı
18 İyul 20:17
İqtisadiyyat
18 İyul 19:30
İdman
18 İyul 18:42
Dünya
18 İyul 18:25
Maraqlı
18 İyul 17:53
İdman
18 İyul 17:19
Elm
18 İyul 16:44
Dünya
18 İyul 16:31
Dünya
18 İyul 15:59
Dünya
18 İyul 15:24
Dünya
18 İyul 14:40
Dünya
18 İyul 14:17
Gündəm
18 İyul 13:35
Dünya
18 İyul 13:10
Siyasət
18 İyul 12:56
Siyasət
18 İyul 12:20
Gündəm
18 İyul 11:53
Dünya
18 İyul 11:39
Gündəm
18 İyul 11:24
İqtisadiyyat
18 İyul 10:55

