Yevlaxlılar 31 mart soyqırımı qurbanlarının xatirəsini ehtiramla yad ediblər
01.04.2016 [10:21]
31 mart soyqırımı qurbanlarının xatirəsi Yevlaxda da yad olunub. Yevlax şəhər İcra Hakimiyyətinin, idarə və təşkilat kollektivlərinin nümayəndələri, hüquq-mühafizə orqanlarının əməkdaşları, təhsil və səhiyyə işçiləri, gənclər və məktəblilər əvvəlcə “31 Mart - Azərbaycanlıların Soyqırımı” abidəsi və Şəhidlərin xatirə kompleksi önünə gül dəstələri düzərək, soyqırımı qurbanlarının xatirəsini dərin hüznlə yad ediblər.
Sonra abidə qarşısındakı meydanda davam etdirilən tədbirdə çıxış edən Yevlax şəhər icra hakimiyyətinin başçısı Qoca Səmədov bildirib ki, 1918-ci ilin mart qırğınları xalqımıza qarşı zaman-zaman həyata keçirilən soyqırımı siyasətinin ən dəhşətli səhifələrindən biridir. Erməni daşnakları üç gün ərzində təkcə Bakıda 12 min azərbaycanlının həyatına son qoyub, qocaları, qadınları və uşaqları amansızcasına qətlə yetirib, qiymətli tarixi abidələri məhv ediblər. Qubada, Xaçmazda, Şamaxıda, Lənkəranda, Kürdəmirdə və digər bölgələrdə də bu cür faciələr törədilib. 1918-1920-ci illərdə Azərbaycanın yüzlərlə şəhər və kəndi, o cümlədən Qarabağda azərbaycanlıların yaşadığı 150-dək kənd xarabazara çevrilib, 50 mindən çox soydaşımız qətlə yetirilib.
Natiq deyib ki, xalqımızın məruz qaldığı soyqırımı və etnik təmizləmənin faktlarla beynəlxalq ictimaiyyətə çatdırılması istiqamətində Ümummilli lider Heydər Əliyevin tarixi xidmətləri sayəsində mühüm işlər görülüb. Ulu öndərin müvafiq Fərmanına əsasən, 1998-ci ildən etibarən hər il martın 31-i Azərbaycanlıların Soyqırımı Günü kimi qeyd olunur. Eyni zamanda, bu gün erməni böhtanlarının ifşası, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması istiqamətində Prezident İlham Əliyev tərəfindən ardıcıl və prinsipial siyasət həyata keçirilir. Bu sahədə Heydər Əliyev Fondunun da misilsiz xidmətləri var.
Sonda soyqırımı qurbanlarının xatirəsinə həsr olunmuş rəsm sərgisinə baxış keçirilib.
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
23 Sentyabr 16:20
İqtisadiyyat
23 Sentyabr 16:19
Formula 1
23 Sentyabr 15:54
İqtisadiyyat
23 Sentyabr 15:43
Sosial
23 Sentyabr 15:32
Hadisə
23 Sentyabr 15:22
İqtisadiyyat
23 Sentyabr 15:21
Sosial
23 Sentyabr 15:20
İqtisadiyyat
23 Sentyabr 14:58
İdman
23 Sentyabr 14:33
Dünya
23 Sentyabr 14:10
Dünya
23 Sentyabr 13:56
İdman
23 Sentyabr 13:44
İqtisadiyyat
23 Sentyabr 13:18
Sosial
23 Sentyabr 13:11
Gündəm
23 Sentyabr 13:03
Gündəm
23 Sentyabr 12:40
Sosial
23 Sentyabr 12:33
Formula 1
23 Sentyabr 12:25
Gündəm
23 Sentyabr 12:19
Dünya
23 Sentyabr 12:08
Dünya
23 Sentyabr 12:00
Siyasət
23 Sentyabr 11:45
Elm
23 Sentyabr 11:43
Dünya
23 Sentyabr 11:41
İqtisadiyyat
23 Sentyabr 11:39
Hadisə
23 Sentyabr 11:38
İqtisadiyyat
23 Sentyabr 11:33
İqtisadiyyat
23 Sentyabr 11:32
Siyasət
23 Sentyabr 11:31
Gündəm
23 Sentyabr 11:29
YAP xəbərləri
23 Sentyabr 11:28
İqtisadiyyat
23 Sentyabr 11:26
Gündəm
23 Sentyabr 11:25
Sosial
23 Sentyabr 11:22
Elm
23 Sentyabr 11:22
İqtisadiyyat
23 Sentyabr 11:19
Mədəniyyət
23 Sentyabr 10:56
İqtisadiyyat
23 Sentyabr 10:52
İqtisadiyyat
23 Sentyabr 10:47
İqtisadiyyat
23 Sentyabr 10:45
Gündəm
23 Sentyabr 10:37
Dünya
23 Sentyabr 10:34
İqtisadiyyat
23 Sentyabr 10:28
İqtisadiyyat
23 Sentyabr 10:26
Sosial
23 Sentyabr 10:25
Sosial
23 Sentyabr 10:24
Analitik
23 Sentyabr 09:40
Analitik
23 Sentyabr 09:17
Elm
23 Sentyabr 08:59
Sosial
23 Sentyabr 08:37
Gündəm
23 Sentyabr 08:14
Dünya
22 Sentyabr 23:34
İqtisadiyyat
22 Sentyabr 23:12
Dünya
22 Sentyabr 22:53
Dünya
22 Sentyabr 22:19
Dünya
22 Sentyabr 21:42
Dünya
22 Sentyabr 21:15
Sosial
22 Sentyabr 20:58
Dünya
22 Sentyabr 20:21
İqtisadiyyat
22 Sentyabr 20:18
Elm
22 Sentyabr 20:17
Elm
22 Sentyabr 20:12
Dünya
22 Sentyabr 19:45
YAP xəbərləri
22 Sentyabr 19:37
Dünya
22 Sentyabr 19:17
Dünya
22 Sentyabr 18:35
Analitik
22 Sentyabr 18:19
Dünya
22 Sentyabr 17:26
Dünya
22 Sentyabr 16:40

