Naxçıvanlı məktəblilər Bakı Olimpiya Stadionunda olublar
29.03.2016 [11:05]
“Ölkəmizi tanıyaq” devizi ilə keçirilən maarifləndirici tur-aksiya çərçivəsində paytaxtımıza gələn naxçıvanlı məktəblilər martın 26-də Bakı Olimpiya Stadionunda olublar.
AZƏRTAC xəbər verir ki, məktəbliləri arenada milli geyimli qızlar və oğlanlar qarşılayıblar. Stadiona daxil olan aksiya iştirakçıları əvvəlcə dövlət himnini dinləyib, sonra arenanın tikintisini əks etdirən videoçarxa baxıblar.
Ölkəmizdə idmana göstərilən dövlət qayğısından danışan Sabunçu rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyev naxçıvanlı məktəbliləri Bakıda salamlamaqdan məmnunluq hissi keçirdiyini ifadə edib. A.Vəliyev bildirib ki, Naxçıvan ölkəmizin ən qədim guşələrindəndir. Bu qədim diyarın tarixi, adət-ənənəsi və mədəniyyəti hamı tərəfindən öyrənilməlidir. Biz məktəbdə fərqlənən şagirdlərlə görüşürük. Siz valideynlərinizin və ölkəmizin fəxrisiniz. Ölkəmizin gələcək inkişafı məhz siz gənclərin əlindədir.
İcra başçısı deyib ki, dünya standartlarına cavab verən arena müasirliyi və möhtəşəmliyi ilə seçilir. Arena birinci Avropa Oyunlarının açılış və bağlanış mərasiminə ev sahibliyi edib. A.Vəliyev, həmçinin Sabunçu rayonunda görülən işlər barədə aksiya iştirakçılarına məlumat verib.
Naxçıvanlı məktəbli Ceyhan İmranlı AZƏRTAC-a müsahibəsində bildirib: “Bakıda bir çox tarixi məkanlarda və muzeylərdə olduq. Kitablardan oxuduqlarımızı burada əyani şəkildə görüb öyrənirik. Tur-aksiya çərçivəsində artıq Bakıya ikinci dəfədir səfər edirəm. Bakıdan xoş təəssüratlarla ayrılacağam və yenidən paytaxtımıza qayıtmağı səbirsizliklə gözləyəcəyəm”.
Tədbir bədii hissə ilə davam edib.
Sonda “Ölkəmizi tanıyaq” adlı fləşmob təqdim olunub.
Xəbər lenti
Hamısına baxSiyasət
08 İyul 09:30
İdman
08 İyul 09:27
Analitik
08 İyul 09:12
Sosial
08 İyul 08:54
Sosial
08 İyul 08:39
Dünya
08 İyul 07:43
Dünya
08 İyul 07:37
Dünya
08 İyul 07:36
Sosial
08 İyul 07:29
Müsahibə
07 İyul 23:21
Dünya
07 İyul 22:37
İdman
07 İyul 22:10
Dünya
07 İyul 21:44
Hadisə
07 İyul 21:19
Elm
07 İyul 20:41
İqtisadiyyat
07 İyul 20:17
Siyasət
07 İyul 20:09
Xəbər lenti
07 İyul 20:08
Elm
07 İyul 19:55
Dünya
07 İyul 19:50
Dünya
07 İyul 19:23
Sosial
07 İyul 18:06
Xəbər lenti
07 İyul 17:35
Siyasət
07 İyul 17:09
Siyasət
07 İyul 16:59
Sosial
07 İyul 16:45
Dünya
07 İyul 16:20
Sosial
07 İyul 16:09
Siyasət
07 İyul 16:09
Sosial
07 İyul 16:08
İqtisadiyyat
07 İyul 16:08
YAP xəbərləri
07 İyul 16:06
İqtisadiyyat
07 İyul 16:00
YAP xəbərləri
07 İyul 15:50
İqtisadiyyat
07 İyul 15:45
Siyasət
07 İyul 15:35
Xəbər lenti
07 İyul 15:25
Dünya
07 İyul 15:10
Dünya
07 İyul 14:40
Xəbər lenti
07 İyul 14:35
İqtisadiyyat
07 İyul 14:30
Dünya
07 İyul 14:10
YAP xəbərləri
07 İyul 13:07
Sosial
07 İyul 13:03
Siyasət
07 İyul 12:52
İqtisadiyyat
07 İyul 12:51
Elm
07 İyul 12:47
Sosial
07 İyul 12:08
İqtisadiyyat
07 İyul 11:54
İqtisadiyyat
07 İyul 11:54
İdman
07 İyul 11:53
Siyasət
07 İyul 11:35
Gündəm
07 İyul 11:35
Gündəm
07 İyul 11:34
Sosial
07 İyul 11:30
Siyasət
07 İyul 11:25
Siyasət
07 İyul 11:10
COP29
07 İyul 10:55
Analitik
07 İyul 10:40
YAP xəbərləri
07 İyul 10:21
YAP xəbərləri
07 İyul 10:21
Ədəbiyyat
07 İyul 09:48
Dünya
07 İyul 09:41
Analitik
07 İyul 09:39
Maraqlı
07 İyul 09:34
Maraqlı
07 İyul 09:25
Dünya
07 İyul 09:20
Dünya
07 İyul 08:58
Dünya
06 İyul 22:38
Dünya
06 İyul 22:10

