Sufi (təsəvvüf) fəlsəfəsində multikultural baxışlar
26.02.2016 [10:13]
Yaşadığımız dünya öz gərginlikləri, siyası və iqtisadi toqquşmaları ilə insanlar arasında sanki bir vahimə, qorxu durumu yaratmaqdadır. Əslində yalnız Yaxın Şərq deyil, bütün dünyanı sarmaqda olan radikallıq, ifrat mövqeçilik, millətçilik, ksenofobiya, antisemitizm, islamofobiya getdikcə daha böyük əraziləri bürüyür.
Dünyamızın belə bir durumunda müstəqil Azərbaycan dövləti insanlığa barış, qardaşlıq, həmrəylik, xoşgörülülük mesajı verir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2016-cı ili Azərbaycanda “Multikulturalizm ili” elan etməsi buna parlaq nümunədir. Ümummilli liderimiz Heydər Əliyev tərəfindən siyasi əsası qoyulan Azərbaycan multikulturalizmi Prezident İlham Əliyev tərəfindən müdrikcəsinə inkişaf etdirilməklə dünya üçün bir nümunəyə çevrilib. Azərbaycan tolerantlığının, multikulturalizminin özünəməxsusluğu həm də onun tarixi kökləri ilə bağlıdır. Bu mənada Azərbaycan multikulturalizminə hələ VIII əsrdən formalaşmağa başlayan sufi fəlsəfəsinin də təsirləri böyük olmuşdur.
Sufi fəlsəfəsi dini təməl üzərində qurulsa da mahiyyət etibarı ilə insanın mənəvi keyfiyyətlərini, əxlaqi dəyərlərini, təfəkkür tərzini təhlil etməkdə son dərəcə əhəmiyyətli rol oynamışdır.
Sufilik (təsəvvüf) yalnız islamla bağlı olan Şərq ölkələrində deyil, həmçinin xristian dünyasında, Qərb fəlsəfi elmində də maraqla öyrənilmiş, tədqiq edilmiş və bu gün də qiymətləndirilməkdədir. Lakin Qərb tədqiqatçıları İslam sufiliyinin əsl mahiyyəti və mənəvi özəlliklərini şərh edərkən təbii olaraq, öz prizmalarından yanaşmış və nəticədə bir sıra təhriflərə yol verərək bu fəlsəfi dünyagörüşünü gah Qərb panteizmi ilə, gah da qədim hind buddizmi, yoqa təlimi ilə eyniləşdirərək izah etmişlər. Xüsusilə də, filosof İ.Holdsiyer, C.Tirminqem, Şimmel, A.Bennihsen, A.Smirnov, E.Bertels, M.T.Stepanyans, A.Knış, N.Priqarin, İ.Belyayev və başqalarının əsərlərində Şərq sufiliyinin mahiyyəti açıqlanarkən müəyyən təhriflərə yol verilmişdir.
Əslində Sufi (təsəvvüf) fəlsəfəsinin kim tərəfindən, nə zaman yaradıldığı məlum deyildir. Görünür, o ilk başlanğıcdan mövcud olmuşdur, çünki insanda ikinci təbiət hesab edilən işıq, nur yaradılışdan var edilmişdir. Nuru isə özünün ən yüksək mənasında Allahın elmi kimi dəyərləndirmək olar. Bu mənada ilahi müdriklik elə sufiliyin özüdür.
Dini mənbələrə görə, İsa peyğəmbərin ilk dinləyiciləri arasında da sufilər var idi. Muhəmməd peyğəmbərin (s.ə.s.) dövründə isə məhz sufilər Onun çağırışına ilk səs vermiş və bu yolu davam etdirmişlər. Sonralar sufilik bütün Yaxın və Orta Şərqi əhatə etmişdir. Sufilər öz azad fikirlərini təbliğ etdikdə isə mövcud dini qurumların təqiblərinə məruz qalmışlar. Məhz buna görə də sufilik və sufi fəlsəfəsi özünü poeziya və musiqidə əks etdirməyə başlamışdır.
Nəticədə dünya Hafiz, Rumi, Şəmsi Təbrizi, Sədi Şirazi, Nizami Gəncəvi, Nəsimi, Ömər Xəyyam, Cami, Fərid və başqaları kimi dahi sufi şairlərini tanımalı olmuşdur. Bu düha sahiblərinin əsərlərini oxuyaraq dərk edən insan sanki bütün dünya fəlsəfəsi ilə tanış olur. Sufilərin həyat tərzi də öz sadəliyi və insanpərvərliyi ilə heyrətamizdir. Sufilər Quranı Allahın hikməti hesab etdiklərindəndir ki, həyatlarını da Quran əxlaqı üzərində qurmağa çalışırdılar. Peyğəmbərlərin sonuncusu olan Həzrəti Muhəmməd (s.ə.s.) səhabələrinə buyururdu ki: “Mən gözəl əxlaqı tamamlamaq üçün göndərilmişəm”. İslam dünyasında Həzrəti Peyğəmbərdən sonra ilk böyük sufilərdən hesab olunan Həzrəti Əli (r.a.) isə buyururdu ki, “Şərafət elm və ədəblədir, əsil və nəcabətlə deyil”.
Sufiliyin (təsəvvüfün) özünəməxsus məziyyətləri ilə seçilən digər bir məkanı isə Hindistandır. Məlumdur ki, bu ölkə hələ qədimlərdən “ruhlar diyarı” kimi tanınır. Hələ qədimlərdən hindlilər üçün mistika elm və həyatın ilk obyekti kimi təsəvvür olunurdu. Bu mənada yoqaların həyatı xüsusı diqqət çəkir. Sufilər və yoqalar tarixən bir-birinə həmişə hörmətlə yanaşmışlar. Onlar arasındakı başlıca fərq onunla bağlıdır ki, yoqalar əsasən ruhlar, sufilər isə insanlar üçün qayğı göstərirlər. Yoqa Tanrı olmağı, sufi isə insan olmağı üstün tutur. Sufi fəlsəfəsinə görə, insanda Allahın bütün cizgiləri öz əksini tapmışdır. Bu mənada böyük sufi şairi İmadəddin Nəsimi yazırdı:
“Həqqin kəlamı məndədir, sanma məni həqdən iraq,
Çünki könüldür ərşi-həq, bəs ərşi-rəhman olmuşam”.
Sufi hesab edir ki, bədənin və hisslərin tələbatı varsa, onlar ödənilməlidir. Lakin bunu etmək mümkün deyilsə, qəm çəkməyə dəyməz. Müdriklikdə fərqlilik olmur, əgər varsa belə bu fərqlilik yalnız formada özünü əks etdirir. Sufi düşüncəsinə görə, sevinc ayrı-ayrılıqda ruhi və maddi dünyada təşəkkül tapa bilməz, sevinc onların birliyində və ittifaqındadır.
Sufi həyatının mərkəzi mövzusu - ruhun azadlığıdır. Bu mənada Rumi yazırdı: “Yerdəki ruh məhbusdur və nə qədər ki, o yerdə yaşayacaq, elə məhbus olaraq da qalacaqdır”.
Hər bir insanın ruhunda bu məhbusluqdan azad olmaq, qurtulmaq arzusu vardır. Bu arzunu, bu istəyi gerçəkləşdirmək üçün yeganə yol ruhun kamilləşdirilməsidir. Digər dini baxışlardan fərqli olaraq sufilik həqiqətin haradan gəldiyini deyil, onun gerçəkliyini önə çəkir. Sufi üçün həqiqətin atəşpərəstlikdənmi, buddizmdənmi və ya xristianlıqdanmı gəldiyi vacib deyil. Sufi hər bir dində həqiqəti arayır və bütün dinlərə hörmətlə yanaşır. Sufidən xahiş etsələr ki, o, xristian kilsəsində və ya buddist məbədində ibadət etsin o, buna hazır olduğunu bildirərdi. Çünki sufi üçün həqiqi məscid Allahın da orada var olduğu öz qəlbidir.
Sufilik - əgər insan dini öyrənmək istəyirsə elə dinin özüdür, əgər insan müdrikliyi arayırsa, o zaman fəlsəfədir, əgər qəlbini dinləmək istəyirsə təsəvvüfdür.
Sufilik qəlbin nuru, canın həyatıdır. O, ölümü ölməzliyə qaldırır. O, məhəbbət, ahəngdarlıq və gözəllik nəsihətnaməsidir. O, zamanın xəbərçisi, zamanın xəbəri isə hər bir qəlbin harayına verilən cavabdır. Sadəcə olaraq bu xəbər özünü sözlərdə deyil, qəlbi paklaşdıran ilahi nur və həyatda göstərir.
Sufizm heç kimə prinsip təlqin etmir, amma bu heç də o demək deyil ki, o prinsipsizdir. Bəziləri sadəcə başa düşmürlər ki, prinsipsiz mövqedə duran sufiliyin ardınca necə getmək olar. Bunun cavabı isə çox sadədir. Belə ki, bir adam üçün yaxşı olan bir şey təbii olaraq başqa birisi üçün pis ola bilər. Deyək ki, biri üçün rahib kimi bütün günü məbəddə qalmaq xoşdursa, digəri üçün bu mənasız bir əməl kimi qiymətləndirilir, başqa birisi hesab edir ki, əyləncə mərkəzlərinə gedərək yaşadıqlarını orada mənalandırmaq daha məqbuldur.
Şərqdə başqalarına hörmət əlaməti olaraq baş geyimləri daşımaq məqbul sayıldığı halda, Qərbdə müvafiq yerlərdə başı açıq gəzmək daha üstün sayılır. Söz yox ki, bunlar qütblü prinsiplərdir. Deyək ki, Şərq ölkələrində məbədə və ya məscidə girərkən ayaqqabılar mütləq soyunulduğu halda, Qərbdə kilsəyə ayaqyalın girmək hətta qadağandır. Dini prinsiplər insanlara zaman və məkan nəzərə alınmaqla verilmişdir. İnsanlar isə prinsipləri üzündən bir-biriləri ilə savaşmış, bir-birilərinə düşmən mövqelərində dayanmışlar. Sufilər üçünsə yaxşı və ya pis prinsip yoxdur. Onun mənəviyyatı başqalarına qarşı xeyirxahlıqla bağlıdır. Sufi dini məhəbbət və yalnız məhəbbətdir. Odur ki, bütün dinlərin prinsipləri onun üçün bir heçdir. Böyük sufi alimi Cüneydi Bağdadi yazırdı ki, “Məhəbbət Allahın əmanətidir”. Şair Yunus Əmrə isə yazırdı: “Adumuz miskindir bizim, düşmanımız kindir bizim,
Biz kimsəyə kin tutmaruz, qamu aləm birdir bizə”.
Sufi (təsəvvüf) fəlsəfəsinin çalarlarına dünyanın müxtəlif bölgələrində rast gəlmək mümkün olsa da, onun ən yetkin, ən kamil fəlsəfi dünyagörüşü kimi formalaşmasını biz məhz Azərbaycanda görürük. Şübhə yoxdur ki, ölkəmizdə qərarlaşmış və Prezident İlham Əliyevin söylədiyi kimi, həyat tərzinə və dövlət siyasətinə çevrilmiş multikultural ənənələrin formalaşmasında sufi dünyagörüşü özünəməxsus rol oynamışdır. Fikrimizcə, tolerantlıq və multikultural dəyərlərlə formalaşmış bu fəlsəfi dünyagörüşünün daha geniş miqyasda öyrənilməsinə böyük ehtiyac vardır.
Vidadi Rzayev,
Azərbaycan Respublikasının
Prezidenti yanında
Bilik Fondunun əməkdaşı
Xəbər lenti
Hamısına baxXəbər lenti
10 May 23:34
Dünya
10 May 22:12
Siyasət
10 May 22:06
Dünya
10 May 21:43
Sosial
10 May 19:23
Sosial
10 May 18:45
Siyasət
10 May 17:59
YAP xəbərləri
10 May 17:46
YAP xəbərləri
10 May 17:15
Siyasət
10 May 16:19
Siyasət
10 May 15:24
Gündəm
10 May 13:59
Siyasət
10 May 13:23
Siyasət
10 May 13:22
Gündəm
10 May 12:57
Gündəm
10 May 12:51
Siyasət
10 May 12:32
Siyasət
10 May 12:20
Hadisə
10 May 12:02
Siyasət
10 May 11:57
İdman
10 May 10:19
Gündəm
10 May 09:13
Siyasət
10 May 00:24
Gündəm
09 May 23:53
Dünya
09 May 23:21
Dünya
09 May 22:40
Dünya
09 May 21:15
Dünya
09 May 20:33
Gündəm
09 May 19:40
Dünya
09 May 19:18
Maraqlı
09 May 18:30
Gündəm
09 May 17:54
Gündəm
09 May 17:43
Dünya
09 May 17:41
Gündəm
09 May 17:18
Gündəm
09 May 17:10
Dünya
09 May 16:22
Dünya
09 May 15:38
Dünya
09 May 15:10
Dünya
09 May 14:54
Gündəm
09 May 14:46
Dünya
09 May 14:17
Siyasət
09 May 13:49
İdman
09 May 13:22
YAP xəbərləri
09 May 12:55
YAP xəbərləri
09 May 12:31
Gündəm
09 May 12:15
Xəbər lenti
09 May 12:09
Gündəm
09 May 12:01
İqtisadiyyat
09 May 11:54
Gündəm
09 May 11:52
Siyasət
09 May 11:31
İqtisadiyyat
09 May 11:17
İqtisadiyyat
09 May 10:54
Analitik
09 May 10:35
Siyasət
09 May 10:33
Analitik
09 May 10:12
Ədəbiyyat
09 May 09:57
Analitik
09 May 09:32
Sosial
09 May 09:15
Ədəbiyyat
09 May 08:51
Ədəbiyyat
09 May 08:39
Siyasət
09 May 08:17
Gündəm
09 May 08:10
Gündəm
09 May 07:42
Dünya
09 May 07:17
Xəbər lenti
09 May 06:36
Dünya
09 May 06:35
Dünya
08 May 23:34
Dünya
08 May 23:04

