Həştərxandakı Heydər Əliyev adına məktəbdə mükafatlar təqdim olunub
23.02.2016 [09:38]
Fevralın 20-də Həştərxan şəhərindəki Heydər Əliyev adına məktəbdə Heydər Əliyev Fondu tərəfindən məktəbin təhsil və idmanda fərqlənən şagirdlərinə və ən yaxşı müəllimlərə mükafatlar təqdim olunub.
AZƏRTAC xəbər verir ki, tədbirdə Həştərxan Şəhər Administrasiyasının rəhbəri Oleq Polumordvinov, beynəlxalq və xarici iqtisadi əlaqələr naziri Denis Afanasyev, Həştərxanın təhsil və elm idarəsinin rəhbəri İnessa Qorina, Ümumrusiya Azərbaycanlılar Konqresinin (ÜAK) Həştərxan bölməsinin sədri Ədalət Hüseynov, Azərbaycan diasporunun nümayəndələri, şagird və valideynlər iştirak ediblər.
Tədbirdə çıxış edən D.Afanasyev bildirib ki, Azərbaycan Respublikası və Həştərxan vilayəti arasında əməkdaşlıq uğurla davam edir. Gələcəkdə bir çox sosial-iqtisadi layihələrin icrası nəzərdə tutulur.
O.Polumordvinov isə Heydər Əliyev adına Məktəbin Rusiya və Azərbaycan arasında dostluq münasibətlərinin möhkəmləndirilməsi və inkişafına istiqamətlənmiş məhsuldar fəaliyyətin parlaq nümunəsi olduğunu vurğulayıb.
İnessa Qorina Həştərxan şəhərinin təhsil sisteminin inkişafında göstərdiyi xidmətlərə görə təşəkkürnaməni Ədalət Hüseynova təqdim edib.
Daha sonra Heydər Əliyev Fondu adından məktəbin şagird və müəllimlərinə mükafatlar, direktor Tatyana Tixomirova və direktor müavini Larisa Boqdyuka hədiyyələr, ÜAK-ın təşkil etdiyi tədbirlərdə fəal iştirakına görə məktəbin müəllimləri Tatyana Klinkova və Svetlana Kirovaya təşəkkürnamələr təqdim olunub.
Sonda məktəbin “Kazaçok” ansamblı tədbir iştirakçılarına mahnı çələngi təqdim edib.
Xatırladaq ki, Həştərxan şəhərindəki Heydər Əliyev adına məktəbin təhsil və idmanda fərqlənən şagirdlərinin və ən yaxşı müəllimlərin Heydər Əliyev Fondu tərəfindən mükafatlandırılması artıq beşinci ildir keçirilir və ənənə halını alıb.
Xəbər lenti
Hamısına baxƏdəbiyyat
05 Sentyabr 08:30
Elm
04 Sentyabr 23:30
İqtisadiyyat
04 Sentyabr 23:19
YAP xəbərləri
04 Sentyabr 23:14
Elm
04 Sentyabr 22:43
Dünya
04 Sentyabr 22:14
Sosial
04 Sentyabr 21:59
Dünya
04 Sentyabr 21:23
Dünya
04 Sentyabr 20:44
İqtisadiyyat
04 Sentyabr 20:31
Dünya
04 Sentyabr 20:17
Siyasət
04 Sentyabr 19:56
Dünya
04 Sentyabr 19:50
Hadisə
04 Sentyabr 19:26
Sosial
04 Sentyabr 19:10
Maraqlı
04 Sentyabr 18:43
Dünya
04 Sentyabr 18:29
Sosial
04 Sentyabr 17:42
Dünya
04 Sentyabr 17:31
Dünya
04 Sentyabr 17:10
Dünya
04 Sentyabr 16:48
YAP xəbərləri
04 Sentyabr 16:27
Dünya
04 Sentyabr 16:24
Siyasət
04 Sentyabr 16:02
Siyasət
04 Sentyabr 15:59
Dünya
04 Sentyabr 15:41
Xəbər lenti
04 Sentyabr 15:41
Siyasət
04 Sentyabr 15:31
Siyasət
04 Sentyabr 15:31
YAP xəbərləri
04 Sentyabr 15:22
Dünya
04 Sentyabr 15:16
Dünya
04 Sentyabr 14:58
Sosial
04 Sentyabr 14:42
Sosial
04 Sentyabr 14:41
YAP xəbərləri
04 Sentyabr 14:36
Dünya
04 Sentyabr 14:20
Dünya
04 Sentyabr 13:45
Dünya
04 Sentyabr 13:29
Dünya
04 Sentyabr 12:50
Xəbər lenti
04 Sentyabr 12:50
Sosial
04 Sentyabr 12:49
Mədəniyyət
04 Sentyabr 12:48
Hadisə
04 Sentyabr 12:48
Sosial
04 Sentyabr 12:47
Gündəm
04 Sentyabr 12:37
Gündəm
04 Sentyabr 11:41
İqtisadiyyat
04 Sentyabr 11:15
Sosial
04 Sentyabr 11:10
Sosial
04 Sentyabr 10:59
Siyasət
04 Sentyabr 10:22
Gündəm
04 Sentyabr 09:55
Gündəm
04 Sentyabr 09:42
Analitik
04 Sentyabr 09:18
Sosial
04 Sentyabr 08:50
MEDİA
04 Sentyabr 08:37
Dünya
03 Sentyabr 23:18
Sosial
03 Sentyabr 22:54
Dünya
03 Sentyabr 22:20
YAP xəbərləri
03 Sentyabr 21:58
Daxili siyasət
03 Sentyabr 21:42
MEDİA
03 Sentyabr 21:29
Dünya
03 Sentyabr 21:14
Dünya
03 Sentyabr 20:58
İdman
03 Sentyabr 20:25
Dünya
03 Sentyabr 20:12
Xəbər lenti
03 Sentyabr 19:40
İdman
03 Sentyabr 19:33
YAP xəbərləri
03 Sentyabr 19:28
Dünya
03 Sentyabr 19:18
Siyasət
03 Sentyabr 18:55

