Baş nazirin müavini Ağcabədidə ictimaiyyət nümayəndələri ilə görüşüb
04.02.2016 [10:13]
Baş nazirin müavini İsmət Abasov fevralın 3-də Ağcabədi rayonunda ictimaiyyət nümayəndələri və sahibkarlarla görüşüb.
Görüşdən əvvəl Ağcabədi şəhərinin mərkəzində Ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzülüb, xatirəsi ehtiramla anılıb.
AZƏRTAC xəbər verir ki, rayon mədəniyyət evində keçirilən görüşdə ictimaiyyət nümayəndələri regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrasının ikinci ilinin yekunlarına həsr olunmuş konfransda Prezident İlham Əliyevin nitqindən irəli gələn məsələlər, verilən tapşırıqlar, nəzərdə tutulan tədbirlər barədə ətraflı məlumatlandırılıblar.
Ağcabədi rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədov son illərdə rayonda reallaşdırılan sosial-iqtisadi layihələrdən, dünyanı bürüyən maliyyə-iqtisadi böhran şəraitində Prezident İlham Əliyevin tapşırığı ilə bölgələrdə həyata keçirilən bu cür görüşlərin əhəmiyyətindən danışıb. Şahin Məmmədov bildirib ki, Prezident İlham Əliyevin regionların sosial-iqtisadi inkişafına göstərdiyi diqqət və qayğı nəticəsində Ağcabədidə bütün sahələrdə sürətli inkişafa nail olunub, geniş quruculuq işləri aparılıb, infrastruktur layihələri həyata keçirilib, yeni iş yerləri açılıb, əhalinin rifahı yaxşılaşıb.
Baş nazirin müavini İsmət Abasov çıxış edərək diqqəti Prezident İlham Əliyevin Dövlət Proqramının icrasının ikinci ilinin yekunlarına həsr edilən konfransdakı nitqinə yönəldib. Vurğulanıb ki, konfransda regionların inkişafı ilə bağlı məsələlər nəzərə alınmaqla mövcud vəziyyət dərindən təhlil edilib, yeni vəzifələr müəyyənləşdirilib. Bu vəzifələr, əsasən dinamik iqtisadi inkişafın təmin edilməsi, iqtisadiyyatın qeyri-neft sektorunda, istehsalda geriləməyə yol verilməməsi, bank-maliyyə sektorunun sağlamlaşdırılması, maliyyə bazarında tarazlığın yaranması və əhalinin milli valyutaya etimadının bərpa edilməsi, dövlət orqanlarında struktur islahatlarının aparılması, süni qiymət artımının qarşısının alınması istiqamətində çevik tədbirlərin həyata keçirilməsi, korrupsiya, rüşvətxorluq və digər bu kimi mənfi halların aradan qaldırılması, sosial təminat sahəsində tədbirlərin reallaşdırılmasından ibarətdir.
Ötən ilin dünyada dərinləşən iqtisadi və sosial böhran ili kimi yadda qaldığını və neftin qiymətinin 4 dəfə ucuzlaşdığını xatırladan İsmət Abasov bildirib ki, qarşıya qeyri-neft sektorunun inkişafı, iqtisadiyyatın neftdən asılılıqdan azad edilməsi kimi mühüm vəzifələr qoyulub. Bu sahədə dövlətimizin başçısının verdiyi konkret tapşırıqlar xalq tərəfindən də dəstəklənir.
Görüşdə “Atropatena” QSC idarə heyətinin sədri Elşad Rəsulov, “Qarabağ-Taxıl” MMC-nin layihə rəhbəri Rəcəb Orucov, eləcə də fermerlər, kiçik sahibkarlar, rayon ziyalıları, ağsaqqallar çıxış edərək Ağcabədi avtomobil təmiri zavodunun fəaliyyətinin bərpa edilməsi, pambıqçılıq və taxıl toxumçuluğu sahələrinin inkişafı, əkin sahələrinin suvarılması, gön-dəri məmulatlarının qəbulu, artezian quyularının qazılması, heyvandarlığın, arıçılığın inkişafı ilə bağlı təkliflər irəli sürüblər.
Sahibkarlar rayonda qarğıdalı, soya, taxıl və pambıqçılığın inkişafı üçün əkin sahələrini daha da genişləndirəcəklərini bildiriblər. Əkinçilikdə daha çox məhsul istehsal etmək üçün vətəndaşların öz pay torpaqlarını birləşdirməsi təklifi irəli sürülüb. Vurğulanıb ki, istifadəsiz qalan pay torpaqlarının əkinə cəlb edilməsi üçün onların birləşdirilməsi hesabına suvarılma suyuna qənaət edilmiş olar, texnikalardan səmərəli istifadə edilər, kənd sakinləri işlə təmin olunar və bol məhsul götürülə bilər.
Rayon sakinləri ölkəmizin çiçəklənməsi, xalqımızın güzəranının yaxşılaşdırılması ilə əlaqədar görülən işlərə görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.
Baş nazirin müavini İsmət Abasov təklif və müraciətləri dinləyərək qeydiyyata alıb, Ağcabədidə sahibkarlığın və kənd təsərrüfatının inkişafı, məhsul çeşidinin və həcminin artırılması, sosial-iqtisadi sahədə daha böyük uğurların qazanılması ilə əlaqədar rayon ictimaiyyətinin nümayəndələri ilə birgə fikir mübadiləsi aparıb.
Tədbirdə Milli Məclisin deputatları Aqil Abbas və Tahir Rzayev də iştirak edib.
Xəbər lenti
Hamısına baxDünya
13 Sentyabr 23:18
Dünya
13 Sentyabr 22:40
İdman
13 Sentyabr 22:01
Dünya
13 Sentyabr 21:14
Dünya
13 Sentyabr 20:31
Dünya
13 Sentyabr 19:17
Dünya
13 Sentyabr 18:25
Dünya
13 Sentyabr 17:52
Dünya
13 Sentyabr 16:19
Dünya
13 Sentyabr 15:22
Dünya
13 Sentyabr 14:33
Dünya
13 Sentyabr 13:17
Analitik
13 Sentyabr 13:02
Dünya
13 Sentyabr 12:31
Dünya
13 Sentyabr 11:29
Dünya
13 Sentyabr 10:32
Dünya
13 Sentyabr 09:18
Hadisə
13 Sentyabr 08:25
Dünya
12 Sentyabr 23:20
Dünya
12 Sentyabr 22:35
Siyasət
12 Sentyabr 21:18
Sosial
12 Sentyabr 20:47
Dünya
12 Sentyabr 20:23
Dünya
12 Sentyabr 19:35
Dünya
12 Sentyabr 18:16
Dünya
12 Sentyabr 17:28
Dünya
12 Sentyabr 16:34
Elm
12 Sentyabr 15:57
Dünya
12 Sentyabr 15:52
Dünya
12 Sentyabr 15:19
Dünya
12 Sentyabr 14:45
Dünya
12 Sentyabr 14:30
Dünya
12 Sentyabr 13:59
Dünya
12 Sentyabr 13:25
Dünya
12 Sentyabr 12:46
Gündəm
12 Sentyabr 12:18
Gündəm
12 Sentyabr 11:50
İqtisadiyyat
12 Sentyabr 11:25
İqtisadiyyat
12 Sentyabr 10:49
İqtisadiyyat
12 Sentyabr 10:21
Ədəbiyyat
12 Sentyabr 09:45
Sosial
12 Sentyabr 09:17
Ədəbiyyat
12 Sentyabr 08:50
Ədəbiyyat
12 Sentyabr 08:36
Dünya
11 Sentyabr 23:30
Dünya
11 Sentyabr 23:17
Xəbər lenti
11 Sentyabr 22:51
Dünya
11 Sentyabr 22:23
Dünya
11 Sentyabr 22:09
Elm
11 Sentyabr 21:45
Hadisə
11 Sentyabr 21:34
İqtisadiyyat
11 Sentyabr 21:19
Formula 1
11 Sentyabr 20:41
Dünya
11 Sentyabr 20:29
Dünya
11 Sentyabr 20:17
Dünya
11 Sentyabr 19:54
İqtisadiyyat
11 Sentyabr 19:20
Müsahibə
11 Sentyabr 19:07
Dünya
11 Sentyabr 18:34
YAP xəbərləri
11 Sentyabr 18:19
YAP xəbərləri
11 Sentyabr 17:44
İqtisadiyyat
11 Sentyabr 17:43
Gündəm
11 Sentyabr 17:40
Siyasət
11 Sentyabr 17:40
Sosial
11 Sentyabr 17:39
YAP xəbərləri
11 Sentyabr 17:36
YAP xəbərləri
11 Sentyabr 17:34
Dünya
11 Sentyabr 17:22
Dünya
11 Sentyabr 16:58
YAP xəbərləri
11 Sentyabr 16:23

