Mətbuat Şurasının reket jurnalistikaya qarşı mübarizə komissiyasının növbəti iclası keçirilib
19.12.2015 [09:09]
Dekabrın 18-də Azərbaycan Mətbuat Şurasının (MŞ) reket jurnalistikaya qarşı mübarizə komissiyasının iclası keçirilib.
Şuradan AZƏRTAC-a bildiriblər ki, iclası komissiyanın sədri, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə açaraq müzakirəsi tövsiyə olunan məsələlər barədə məlumat verib. O bildirib ki, müzakirəyə çıxarılan məsələdən ikisi MŞ-nin şikayətlər üzrə komissiyası, digərləri isə Şura Katibliyi tərəfindən təqdim edilib.
Əvvəlcə Mətbuat Şurasının şikayətlər üzrə komissiyasının son iclasının rəyləri nəzərdən keçirilib. Bildirilib ki, istər “Bizim dövr”, istərsə də “Qərb xəbərləri” qəzeti ilə bağlı məsələyə eyni kontekstdə baxılmalıdır. Buna hər iki kütləvi informasiya vasitəsinin adının vaxtı ilə MŞ-nin “reket nəşr”lər üçün tərtib etdiyi “qara siyahı”da olması, oradan çıxarılma ilə əlaqədar qurumun “apelyasiya qrupu”nun şərtlərində irəli sürülən öhdəliklər əsas verir. Həmin qaydalarda isə belə KİV-lər barədə MŞ-də yenidən şikayətə baxıldıqda məsələnin qeyd-şərtsiz Şuranın reket jurnalistikaya qarşı mübarizə komissiyası tərəfindən araşdırılmasının da zəruriliyi göstərilib.
İclasda qeyd edilib ki, “Bizim dövr” qəzeti barədə MŞ-yə son vaxtlar daxil olan şikayətlər, eləcə də “Qərb xəbərləri” qəzetinin təsisçisinin vəfatından sonra özünü büruzə verən sui-istifadə halları, etik prinsiplərin tələblərinin mütəmadi pozulması hər iki qəzetin adının yenidən “qara siyahı”ya salınmasına əsaslar verir.
Komissiya bu barədə Mətbuat Şurasının İdarə Heyətinə təqdimat verməyi məntiqi hesab edib.
Komissiya üzvləri adları “qara siyahı”da olan bir sıra KİV-lərdən peşə fəaliyyəti ilə bir araya sığmayan hallar barədə şikayətlərin artmasına da münasibətini bildirib.
Belələrinin sırasında “Media Azərbaycan”, “Ədalət carçısı”, “Ədalət tribunası” qəzetlərinin ifrat hərəkətləri ilə seçildiklərini, həmçinin Əjdər Təzəxanoğlunun (“Dünya kriminalı”) və Azər Kazımovun (“Vətəndaş haqqı”) peşə fəaliyyəti ilə bir araya sığmayan hallara yol verdikləri barədə müraciətlərin üzərində ayrıca dayanılıb. Belə rəyə gəlinib ki, bütün bunların kökündə hüquqi müstəvidə araşdırılmalı olan cəhətlər üstünlük təşkil edir. Buna görə də məsələ MŞ-nin İdarə Heyətində müzakirə olunaraq həlli mexanizmi tapılmalıdır.
Xəbər lenti
Hamısına baxİdman
04 İyul 18:21
Dünya
04 İyul 17:33
Dünya
04 İyul 16:40
Dünya
04 İyul 15:19
Dünya
04 İyul 14:56
Dünya
04 İyul 14:22
Dünya
04 İyul 13:35
İdman
04 İyul 13:12
Dünya
04 İyul 12:43
Gündəm
04 İyul 12:20
Gündəm
04 İyul 11:59
Gündəm
04 İyul 11:25
Gündəm
04 İyul 10:57
Siyasət
04 İyul 10:53
İqtisadiyyat
04 İyul 10:31
Gündəm
04 İyul 10:30
Sosial
04 İyul 10:15
İqtisadiyyat
04 İyul 09:59
Analitik
04 İyul 09:32
Analitik
04 İyul 09:17
Ədəbiyyat
04 İyul 08:50
Sosial
04 İyul 08:34
Gündəm
04 İyul 08:13
Dünya
03 İyul 23:11
Dünya
03 İyul 22:49
Dünya
03 İyul 22:31
İqtisadiyyat
03 İyul 22:17
Elm
03 İyul 21:54
İqtisadiyyat
03 İyul 21:28
İdman
03 İyul 21:12
Dünya
03 İyul 20:42
Dünya
03 İyul 20:30
Dünya
03 İyul 20:16
Dünya
03 İyul 19:50
Siyasət
03 İyul 19:30
Dünya
03 İyul 19:23
Dünya
03 İyul 19:10
YAP xəbərləri
03 İyul 18:22
YAP xəbərləri
03 İyul 17:35
Müsahibə
03 İyul 17:19
Sosial
03 İyul 17:09
Xəbər lenti
03 İyul 16:30
Dünya
03 İyul 16:23
Elanlar
03 İyul 16:00
Dünya
03 İyul 15:32
Elm
03 İyul 15:01
YAP xəbərləri
03 İyul 14:17
Sosial
03 İyul 14:17
İqtisadiyyat
03 İyul 13:45
Siyasət
03 İyul 13:29
Siyasət
03 İyul 13:10
Sosial
03 İyul 12:53
İqtisadiyyat
03 İyul 12:52
Siyasət
03 İyul 12:50
İqtisadiyyat
03 İyul 12:45
Xəbər lenti
03 İyul 12:45
İqtisadiyyat
03 İyul 12:26
Siyasət
03 İyul 12:24
Sosial
03 İyul 12:10
Siyasət
03 İyul 11:26
Gündəm
03 İyul 11:17
Elm
03 İyul 10:58
Sosial
03 İyul 10:58
YAP xəbərləri
03 İyul 10:56
Analitik
03 İyul 10:56
YAP xəbərləri
03 İyul 10:54
YAP xəbərləri
03 İyul 10:48
İqtisadiyyat
03 İyul 10:46
Analitik
03 İyul 10:44
Sosial
03 İyul 10:25

