Azərbaycanda təhsilin inkişafı üçün dövlət tərəfindən mühüm addımlar atılır
03.12.2015 [10:27]
Ali məktəb tələbələri ölkə başçısının “Doktorantlara, ali təhsil, orta ixtisas və ilk peşə-ixtisas təhsili müəssisələrinin tələbələrinə və şagirdlərinə verilən təqaüdlərin artırılması haqqında” Sərəncamını yüksək qiymətləndirirlər
Azərbaycanda təhsilin inkişafı dövlətin diqqət mərkəzindədir. Təsadüfi deyil ki, məhz bu diqqət və qayğının fonunda təhsilin keyfiyyətinin artırılması, həmçinin bu yöndə müxtəlif dövlət və beynəlxalq əhəmiyyətli layihələrin həyata keçirilməsi birbaşa cəmiyyətimizin elmi səviyyəsinin, təfəkkürünün inkişafına xidmət edir. Daha dəqiq desək, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən sosial-iqtisadi islahatlar siyasəti nəticəsində ölkənin imkanları artdıqca, dövlət əldə olunan gəlirləri milli-intellektual potensialı reallaşdırmağa yönəldir. Bunun nəticəsidir ki, Azərbaycanda minlərlə məktəb inşa olunub, təmir edilib, azərbaycanlı gənclər təhsil almaq üçün xarici ölkələrə göndəriliblər.
Digər tərəfdən, Azərbaycanın sürətli inkişafı, ölkəmizin ictimai həyatının bütün sahələrində əldə etdiyi nailiyyətlər dövlət gənclər siyasətində də özünü bariz şəkildə göstərir. Prezident İlham Əliyevin Fərman və sərəncamları ilə bir sıra sahələr üzrə gənc kadrların məsul dövlət vəzifələrinə təyin olunması, dövlət quruculuğunda gənclərin iştirakına şərait yaradılması, gənc ailələrə kömək göstərilməsi, qaçqın və məcburi köçkün ailələrindən olan yeniyetmə və gənclərin hüquqlarının qorunması, sosial problemlərinin həlli, gənclərin hərbi vətənpərvərlik tərbiyəsi - dövlət gənclər siyasətinin əsasını təşkil edir. Gənclərin yüksək səviyyəli və keyfiyyətli təhsillə təmin olunması, onların bilikli və vətənpərvər vətəndaş kimi yetişdirilməsinə yönəlmiş addımlar da dövlət gənclər siyasətinin mühüm elementlərindən birini təşkil edir. Bir sözlə, tələbə gənclərin təqaüdlərinin artırılması, ali və orta ixtisas təhsil müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi, eyni zamanda, dövlətin böyük maddi və mənəvi dəstəyi hesabına 10 mindən artıq azərbaycanlı gəncin dünyanın aparıcı ali təhsil müəssisələrində müasir elmin sirlərinə yiyələnməsi Azərbaycanın gələcəyi olan gənclərin inkişafı üçün yaradılan yüksək şəraitin və diqqətin nəticəsidir.
Yeri gəlmişkən, noyabrın 10-da ölkə başçısı İlham Əliyevin “Doktorantlara, ali təhsil, orta ixtisas və ilk peşə-ixtisas təhsili müəssisələrinin tələbələrinə və şagirdlərinə verilən təqaüdlərin artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 30 avqust tarixli Sərəncamında dəyişikliklər edilməsi barədə imzaladığı Sərəncam da ölkəmizdə elm və təhsilin inkişafına göstərilən dövlət qayğısının növbəti ifadəsidir. Öz növbəsində respublikanın ali və orta ixtisas məktəblərində təhsil alan tələbələr bu Sərəncamı yüksək qiymətləndirməklə yanaşı, onlara göstərilən etimadı doğruldacaqlarını bildiriblər. Məsələn, qəzetimizə açıqlama verən Azərbaycan Dövlət Pedaqoji Universitetinin Tarix fakültəsinin III kurs tələbəsi Nigar Quliyeva deyib ki, ölkə başçısının imzaladığı bu Sərəncam təhsilin keyfiyyətini yüksəltməklə yanaşı, tələbələrin elmə, təhsilə marağının artmasına da səbəb olacaq: “Ölkə başçısının bu Sərəncamı biz tələbələri sevindirdi. Sərəncam tələbələr arasında rəqabət mühiti yaratmaqla yanaşı, onların tədris prosesində fəallığını artıracaq. Mən bütün bizim fakültənin, eləcə də universitetdə oxuyan tələbələrimiz adından ölkə başçısı cənab İlham Əliyevə minnətdarlığımızı bildiririk”.
Həmin Universitetin üçüncü kurs tələbəsi İradə Məmmədova da ölkə başçısının bu Sərəncamını yüksək qiymətləndirib: “Mən tarix fakültəsində oxuyuram, özü də ödənişli əsaslarla. Ona görə də təqaüd almırdım. İndi ölkə başçısının Sərəncamından sonra mən də təqaüd alacam. Bu məni, eləcə də mənim kimi yüzlərlə tələbəni sevindirir. Bu qayğıya görə Prezident İlham Əliyevə minnətdarlığımı bildirirəm”.
Öz növbəsində, həmin Universitetin kimya fakültəsinin tələbələri də ölkə başçısının məlum Sərəncamını alqışlayırlar. Həmin fakültənin III kurs tələbəsi Gövhər Əsgərova deyib ki, ölkə başçısının imzaladığı Sərəncam bütün tələbələrin sevincinə səbəb olub: “Mən Sərəncamla yaxından tanış oldum. Orada göstərilir ki, ali təhsil və orta ixtisas təhsili müəssisələrində əyani təhsil alan tələbələrə dövlət büdcəsinin vəsaiti hesabına təqaüdlər dövlət sifarişi, dövlət hesabına və ödənişli əsaslarla təhsil almalarından asılı olmayaraq, ümumi orta müvəffəqiyyət göstəricisi nəzərə alınmaqla, fənlər üzrə akademik nailiyyətlərinə görə veriləcək. Bu, biz tələbələri sevindirməyə bilməz. Hər birimiz çox sevinirik. Bilirsiniz ki, Prezident İlham Əliyev elmə, təhsilə böyük diqqət və qayğı ilə yanaşıb və hər zaman biz gənclərin yanında olub”.
Tələbə Elnurə Əliyeva isə “Mən universitetin kimya fakültəsində ödənişli əsaslarla təhsil alıram. Eşidəndə ki, ölkə başçısı belə bir Sərəncam imzalayıb, çox sevindim. Sevinirəm ki, artıq mən də təqaüd alan tələbələr sırasında olacam. Bir daha ölkə başçımız İlham Əliyevə öz minnətdarlığımı bildirirəm”, - deyib.
Azərbaycan Dövlət Pedaqoji Universitetinin Riyaziyyat fakültəsinin tələbəsi Aytən Şabanova da ölkə başçısının Sərəncamının universitetin riyaziyyat fakültəsinin bütün tələbələri, eləcə də müəllim və professor heyəti tərəfindən yüksək qiymətləndirildiyini bildirib: “Bu Sərəncam biz tələbələri çox sevindirdi. Bu bizdə daha yaxşı oxumağa stimul yaradır”.
Onun tələbə yoldaşı Şahnaz Babayeva da bu Sərəncamın Prezident İlham Əliyevin elmə, təhsilə göstərdiyi növbəti diqqəti və qayğısı olduğunu bildirib. Onun sözlərinə görə, ölkə başçısının imzaladığı Sərəncam bütün tələbələr tərəfindən yüksək qiymətləndirilir: “Biz hər birimiz ölkə başçısına təşəkkür edirik. Eyni zamanda, söz veririk ki, daha yaxşı oxumaqla Prezidentimizin bizə göstərdiyi bu diqqətə layiq olacağıq”.
“Ölkə başçısının imzaladığı bu Sərəncam hər bir tələbəyə oxumaq üçün əlavə stimul verir”. Bunu isə Azərbaycan Dövlət Pedaqoji Universitetinin III kurs tələbəsi Nərgiz Mirzəyeva deyib. Onun sözlərinə görə, bu Sərəncam tələbələr arasında rəqabəti daha da artıracaq: “Bundan sonra hər kəs çalışacaq ki, yaxşı oxusun, təqaüd ala bilsin. Hesab edirəm ki, bu Sərəncam tələbələri oxumağa, eləcə də elmli, təhsilli olmağa daha da ruhlandıracaq”.
Azərbaycan Dövlət Pedaqoji Universitetinin Biologiya fakültəsinin III kurs tələbəsi Aytac Əlizadə də ölkə başçısının imzaladığı məlum Sərəncamın təhsilin inkişafına müsbət təsir göstərəcəyini deyib. Onun sözlərinə görə, sözügedən Sərəncam onlar arasında daha yaxşı oxumaq, daha yaxşı çalışmaq həvəsi yaradacaq: “Mən ödənişli əsaslarla təhsil alıram və heç bir təqaüd almırdım. İndi isə tam fərqli olacaq. Bundan sonra mən, o cümlədən minlərlə mənim kimi ödənişli əsaslarla oxuyan tələbə də təqaüd ala biləcək. Bu da bizdə oxumağa marağı daha da artıracaq”.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxDünya
20 İyun 18:35
Dünya
20 İyun 18:12
Dünya
20 İyun 17:50
Dünya
20 İyun 17:19
Dünya
20 İyun 16:43
Dünya
20 İyun 16:21
Dünya
20 İyun 15:58
Dünya
20 İyun 15:30
Dünya
20 İyun 14:42
Dünya
20 İyun 14:17
Siyasət
20 İyun 14:08
Dünya
20 İyun 13:51
Gündəm
20 İyun 13:25
Gündəm
20 İyun 12:59
Siyasət
20 İyun 12:20
Siyasət
20 İyun 11:52
Gündəm
20 İyun 11:35
Siyasət
20 İyun 11:13
Sosial
20 İyun 10:49
Analitik
20 İyun 10:32
Ədəbiyyat
20 İyun 10:14
Sosial
20 İyun 09:58
Sosial
20 İyun 09:30
MEDİA
20 İyun 09:15
Ədəbiyyat
20 İyun 08:50
Sosial
20 İyun 08:33
İqtisadiyyat
20 İyun 07:22
Dünya
19 İyun 23:45
İqtisadiyyat
19 İyun 23:18
İdman
19 İyun 22:56
Dünya
19 İyun 22:20
Dünya
19 İyun 22:05
Xəbər lenti
19 İyun 21:49
Sosial
19 İyun 21:26
Siyasət
19 İyun 21:17
Dünya
19 İyun 21:10
İqtisadiyyat
19 İyun 20:45
Dünya
19 İyun 20:30
Sosial
19 İyun 20:17
Elm
19 İyun 19:53
Siyasət
19 İyun 19:44
Siyasət
19 İyun 19:43
Sosial
19 İyun 19:21
İdman
19 İyun 19:13
Dünya
19 İyun 18:37
İqtisadiyyat
19 İyun 18:22
Sosial
19 İyun 18:04
Sosial
19 İyun 17:19
Xəbər lenti
19 İyun 16:30
Sosial
19 İyun 16:30
Sosial
19 İyun 15:47
İqtisadiyyat
19 İyun 15:45
YAP xəbərləri
19 İyun 15:40
Dünya
19 İyun 15:34
YAP xəbərləri
19 İyun 15:34
İqtisadiyyat
19 İyun 15:31
Diaspor
19 İyun 15:21
Xəbər lenti
19 İyun 14:52
YAP xəbərləri
19 İyun 14:51
Gündəm
19 İyun 14:49
Siyasət
19 İyun 14:48
Elanlar
19 İyun 14:48
Elm
19 İyun 14:44
Sosial
19 İyun 14:40
Sosial
19 İyun 14:40
Sosial
19 İyun 14:33
Siyasət
19 İyun 14:30
Mədəniyyət
19 İyun 13:46
İqtisadiyyat
19 İyun 13:41
Hərbi
19 İyun 13:39

