/ / Heydər Əliyev Mərkəzində “Heydər Əliyev və Azərbaycan tarixi” adlı ikinci ümumrespublika bilik yarışı keçirilib
Heydər Əliyev Mərkəzində “Heydər Əliyev və Azərbaycan tarixi” adlı ikinci ümumrespublika bilik yarışı keçirilib
11.11.2015 [10:28]
Noyabrın 10-da Heydər Əliyev Mərkəzində tələbələr arasında “Heydər Əliyev və Azərbaycan tarixi” adlı ikinci ümumrespublika bilik yarışı keçirilib.
AZƏRTAC xəbər verir ki, Heydər Əliyev Mərkəzinin təşkilatçılığı və Təhsil Nazirliyinin dəstəyi ilə həyata keçirilən bu layihə Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin həyat və fəaliyyətinin öyrənilməsi, Ulu öndərin irsinin yaşadılması və gənclər arasında təbliği, eyni zamanda, gənc nəslin elmə, maarifləndirici yarışlara marağının artırılması məqsədi daşıyıb.
Yarışda ölkənin ali təhsil müəssisələrində bakalavr və magistr pilləsi üzrə təhsil alan tələbələrdən ibarət komandalar iştirak edib. Hər ali məktəbdən bir komanda olmaqla yarışda ümumilikdə 46 komanda mübarizə aparıb. Hər komandada altı əsas və iki ehtiyat iştirakçı olub.
Yarış üç turdan ibarət olub və onların hər birində 12 sual səsləndirilib. Suallar Ulu öndər Heydər Əliyevin uşaqlıq və gənclik, dövlət təhlükəsizlik orqanlarında və Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi vəzifəsində çalışdığı illər, siyasi fəaliyyətinin Moskva və Naxçıvan dövrü, eləcə də Ümummilli liderin müstəqil Azərbaycana rəhbərlik etdiyi illərlə bağlı mövzuları əhatə edib. Üç saatdan artıq davam edən yarışda səslənən suallara verilən cavablar hər bir komandanın bu layihəyə ciddi hazırlığını, eyni zamanda gənclərin Ümummilli lider Heydər Əliyev irsi ilə bağlı və Azərbaycan tarixi barədə hərtərəfli biliklərə yiyələndiklərini nümayiş etdirib.
Qalib komandalar turlar üzrə qazanılmış ümumi xallar əsasında müəyyənləşdirilib.
Yarışda Qafqaz Universiteti birinci, Daxili İşlər Nazirliyinin Polis Akademiyası ikinci, Lənkəran Dövlət Universiteti isə üçüncü yerə layiq görülüb. Qaliblər mükafatlandırılıblar.
Yarış iştirakçıları, münsiflər heyətinin üzvləri bu layihənin tələbələrə Heydər Əliyev irsi haqqında daha geniş biliyə yiyələnməyə imkan yaratdığını qeyd ediblər.
Builki yarış tələbələrin böyük fəallığı və birincilik uğrunda əzmkar mübarizəsi ilə yadda qalıb. Qeyd olunub ki, bu cür yarışlar Heydər Əliyev irsinin təbliği ilə yanaşı, gənclərin vətənpərvər ruhda tərbiyəsinə də müsbət təsir göstərir. Bu yarışma, eyni zamanda, gənclərin hərtərəfli inkişafı, onların bu cür yarışlara hazırlıqlarının və bilik səviyyələrinin artması üçün geniş imkanlar yaradır.
Qeyd edək ki, bilik yarışı ərəfəsində hazırlıq məqsədi ilə bütün komandaların Heydər Əliyev Mərkəzinə ziyarəti təşkil olunub. Tələbələr Mərkəzdə fəaliyyət göstərən Heydər Əliyev Muzeyi ilə tanış olub, Ümummilli liderin həyat və fəaliyyətinə dair məlumatlar əldə edib, foto və video ilə yanaşı, digər zəngin arxiv materialları əsasında araşdırma aparıblar.
Xatırladaq ki, Heydər Əliyev Mərkəzində “Heydər Əliyev və Azərbaycan tarixi” mövzusunda birinci ümumrespublika bilik yarışı 2014-cü il noyabrın 12-də keçirilib. Birinci bilik yarışında 44 ali məktəbin komandası iştirak edib. Bakı Slavyan Universiteti, Milli Təhlükəsizlik Nazirliyinin Heydər Əliyev adına Akademiyası və Lənkəran Dövlət Universitetindən olan komandalar müvafiq olaraq birinci, ikinci və üçüncü yerləri qazanıblar.
Xəbər lenti
Hamısına baxDünya
21 İyul 23:35
Dünya
21 İyul 22:47
Dünya
21 İyul 22:20
Dünya
21 İyul 21:50
Dünya
21 İyul 21:20
Dünya
21 İyul 20:45
Dünya
21 İyul 20:15
Dünya
21 İyul 19:45
Dünya
21 İyul 19:17
Siyasət
21 İyul 18:36
Dünya
21 İyul 18:20
Siyasət
21 İyul 17:41
YAP xəbərləri
21 İyul 17:10
YAP xəbərləri
21 İyul 16:49
Elanlar
21 İyul 16:33
Gündəm
21 İyul 16:29
Gündəm
21 İyul 15:52
YAP xəbərləri
21 İyul 15:47
Hadisə
21 İyul 15:32
Elm
21 İyul 15:32
Sosial
21 İyul 15:31
Sosial
21 İyul 15:31
Sosial
21 İyul 15:30
Siyasət
21 İyul 15:04
Gündəm
21 İyul 14:26
Gündəm
21 İyul 14:08
Gündəm
21 İyul 12:47
Müsahibə
21 İyul 12:00
İqtisadiyyat
21 İyul 11:55
Ədəbiyyat
21 İyul 11:50
Gündəm
21 İyul 11:40
Gündəm
21 İyul 11:03
Mədəniyyət
21 İyul 10:59
Turizm
21 İyul 10:54
Dünya
21 İyul 10:41
İqtisadiyyat
21 İyul 10:21
Dünya
21 İyul 10:17
Analitik
21 İyul 10:16
Dünya
21 İyul 09:53
Analitik
21 İyul 09:38
Ədəbiyyat
21 İyul 09:25
Dünya
21 İyul 09:22
Dünya
21 İyul 08:39
Dünya
20 İyul 23:41
Dünya
20 İyul 23:25
Dünya
20 İyul 22:55
Gündəm
20 İyul 22:34
Dünya
20 İyul 22:30
Dünya
20 İyul 21:55
Dünya
20 İyul 21:30
Gündəm
20 İyul 21:25
Dünya
20 İyul 21:05
YAP xəbərləri
20 İyul 20:47
Dünya
20 İyul 20:45
Elm
20 İyul 20:40
Dünya
20 İyul 20:15
Dünya
20 İyul 19:55
Dünya
20 İyul 19:30
Dünya
20 İyul 19:15
Dünya
20 İyul 18:55
Dünya
20 İyul 18:35
Dünya
20 İyul 18:24
Dünya
20 İyul 17:19
YAP xəbərləri
20 İyul 17:11
Dünya
20 İyul 16:35
Dünya
20 İyul 15:29
YAP xəbərləri
20 İyul 15:10
Sosial
20 İyul 15:10
Dünya
20 İyul 14:32
Gündəm
20 İyul 13:57

