/ / DİA-da Konstitusiyamızın 20 illiyinə və Dövlət Bayrağı Gününə həsr olunan elmi-praktiki konfrans keçirilib
DİA-da Konstitusiyamızın 20 illiyinə və Dövlət Bayrağı Gününə həsr olunan elmi-praktiki konfrans keçirilib
07.11.2015 [10:20]
Noyabrın 6-da Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında (DİA) dövlət suverenliyinin əsas atributları - Azərbaycan Respublikasının ilk milli Konstitusiyasının 20 illiyinə və Dövlət Bayrağı Gününə həsr olunan elmi-praktik konfrans keçirilib. Tədbir Heydər Əliyev Mərkəzi və DİA-nın birgə təşkilatçılığı, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi və Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun dəstəyi ilə keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə DİA-da Heydər Əliyev Mərkəzinin dəstəyi ilə yaradılmış Heydər Əliyev Dövlət İdarəçiliyi Məktəbində Ulu öndərin həyat yolunu və siyasi fəaliyyətini əks etdirən ekspozisiya ilə tanış olublar.
Elmi-praktik konfransda DİA-nın rektoru, akademik Urxan Ələkbərov dahi rəhbər Heydər Əliyevin şanlı həyat yolundan, Ümummilli liderin memarı olduğu müasir müstəqil Azərbaycanın təşəkkülü və tərəqqisi yolunda fəaliyyətindən bəhs edib.
DİA-nın kafedra müdirləri Fəxrəddin Nağıyev və Oruc Məmmədov, Heydər Əliyev Mərkəzinin Heydər Əliyev irsinin tədqiqi və elmi araşdırmalar departamentinin direktoru Məhəbbət Mehdiyeva, Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun aparat rəhbəri İsaxan Vəliyev, Konstitusiya Məhkəməsinin şöbə müdiri Dürdanə Məmmədova və hakimləri Rövşən İsmayılov, Kamran Şəfiyev məruzələrlə çıxışlar ediblər.
Bildirilib ki, bütün həyatını Azərbaycanın tərəqqisi işinə həsr etmiş Ümummilli lider Heydər Əliyevin xalqımız qarşısında ən böyük xidmətlərindən biri də Onun birbaşa rəhbərliyi ilə müstəqil Azərbaycan Respublikasının ilk milli Konstitusiyasının hazırlanması olub. Ulu öndərin rəhbərliyi ilə 1995-ci ildə təsis edilmiş ilk Konstitusiya ölkəmizdə dövlətçiliyin inkişafı, hüquqi dövlət quruculuğu, demokratik dəyərlərin bərqərar olmasında mühüm rol oynayır.
Vurğulanıb ki, Ümummilli lider Heydər Əliyevin müəllifi olduğu ilk milli Konstitusiyanın qəbulu müasir tariximizin ən mühüm hadisəsi olmaqla yanaşı, həm də Ulu öndərin Azərbaycan dövlətçiliyi üçün əvəzsiz xidmətlərindən biridir. Dahi şəxsiyyət Konstitusiya layihəsini hazırlayan xüsusi komissiyaya bilavasitə sədrlik edib, dəfələrlə layihənin açıq müzakirəsini keçirməklə onun müasir dəyərləri özündə ehtiva edən ən mükəmməl formada qəbulunu təmin etmək üçün gərgin əmək sərf edib.
Diqqətə çatdırılıb ki, Konstitusiyamız ümumbəşəri ideyalara, ən qabaqcıl dünya təcrübəsinə əsaslanmaqla yanaşı, özündə tarixi ənənələrimizi, Azərbaycan xalqının milli mənəvi dəyərlərini əks etdirir. Eyni zamanda, xüsusilə qeyd olunub ki, bu gün Prezident İlham Əliyevin məqsədyönlü fəaliyyəti sayəsində bütün sahələrdə inkişaf edən Azərbaycanın daxili və xarici siyasəti, ölkəmizin dünya birliyində layiqli yer tutması, respublikamızda aparılan yeni abadlıq-quruculuq işləri Ulu öndər Heydər Əliyevin siyasi irsinin layiqli davamı kimi qiymətləndirilir.
Xəbər lenti
Hamısına baxHərbi
27 Sentyabr 23:11
Siyasət
27 Sentyabr 22:25
İdman
27 Sentyabr 21:39
Dünya
27 Sentyabr 20:18
Siyasət
27 Sentyabr 20:00
Dünya
27 Sentyabr 19:21
Dünya
27 Sentyabr 18:35
YAP xəbərləri
27 Sentyabr 17:45
Dünya
27 Sentyabr 17:18
Dünya
27 Sentyabr 16:32
Sosial
27 Sentyabr 15:17
YAP xəbərləri
27 Sentyabr 14:06
Dünya
27 Sentyabr 13:19
Dünya
27 Sentyabr 12:38
Dünya
27 Sentyabr 11:20
Siyasət
27 Sentyabr 10:46
Gündəm
27 Sentyabr 10:36
Gündəm
27 Sentyabr 09:08
Siyasət
27 Sentyabr 08:26
Formula 1
27 Sentyabr 08:15
Siyasət
27 Sentyabr 07:25
Hadisə
26 Sentyabr 23:29
MEDİA
26 Sentyabr 22:46
Sosial
26 Sentyabr 21:16
Maraqlı
26 Sentyabr 20:46
YAP xəbərləri
26 Sentyabr 20:25
Dünya
26 Sentyabr 19:20
Dünya
26 Sentyabr 18:35
Gündəm
26 Sentyabr 18:31
Gündəm
26 Sentyabr 17:44
Dünya
26 Sentyabr 17:24
Gündəm
26 Sentyabr 16:20
Dünya
26 Sentyabr 16:19
Dünya
26 Sentyabr 15:32
Dünya
26 Sentyabr 15:10
Dünya
26 Sentyabr 14:45
Dünya
26 Sentyabr 14:17
Dünya
26 Sentyabr 13:59
Dünya
26 Sentyabr 13:25
Sosial
26 Sentyabr 12:44
Siyasət
26 Sentyabr 12:42
İqtisadiyyat
26 Sentyabr 12:40
Gündəm
26 Sentyabr 12:35
Gündəm
26 Sentyabr 12:13
Gündəm
26 Sentyabr 12:11
İqtisadiyyat
26 Sentyabr 11:45
Gündəm
26 Sentyabr 11:19
Analitik
26 Sentyabr 10:57
Xəbər lenti
26 Sentyabr 10:49
Xəbər lenti
26 Sentyabr 10:44
Siyasət
26 Sentyabr 10:22
Analitik
26 Sentyabr 09:41
Analitik
26 Sentyabr 09:17
Gündəm
26 Sentyabr 09:03
Ədəbiyyat
26 Sentyabr 08:51
Ədəbiyyat
26 Sentyabr 08:33
Gündəm
26 Sentyabr 08:14
Sosial
26 Sentyabr 07:45
Siyasət
26 Sentyabr 07:24
Siyasət
26 Sentyabr 07:23
Siyasət
25 Sentyabr 23:26
Siyasət
25 Sentyabr 23:25
Dünya
25 Sentyabr 23:18
Siyasət
25 Sentyabr 22:24
Dünya
25 Sentyabr 22:15
Dünya
25 Sentyabr 21:33
Siyasət
25 Sentyabr 21:25
Dünya
25 Sentyabr 20:17
Siyasət
25 Sentyabr 19:47
YAP xəbərləri
25 Sentyabr 19:37

