Doqquz ayda Azərbaycanda sosial-iqtisadi inkişafın müsbət saldosu qorunub saxlanılıb
20.10.2015 [10:16]
Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda sosial-iqtisadi inkişafın müsbət saldosu qorunub saxlanılıb. Ölkədə fəaliyyət göstərən müəssisə, təşkilat və fiziki şəxslər tərəfindən 40,7 milyard manatlıq və ya 2014-cü ilin müvafiq dövründəkindən 3,7 faiz çox ümumi daxili məhsul istehsal edilib. Ümumi daxili məhsulun əhalinin hər nəfərinə düşən həcmi isə 2,5 faiz artaraq 4275,2 manata bərabər olub. AZƏRTAC xəbər verir ki, bu barədə oktyabrın 19-da Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsində 2015-ci ilin 9 ayında ölkənin sosial-iqtisadi inkişafının yekunlarına həsr olunan mətbuat konfransında məlumat verilib.
Komitənin sədri Tahir Budaqov bildirib ki, Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyası 2015-ci il 20 oktyabr tarixinin “Daha təkmil statistika - daha yaxşı həyat” şüarı altında Ümumdünya Statistika Günü elan edilməsi barədə qətnamə qəbul edib. Ölkə statistikləri üçün bu günün əhəmiyyətli olması həm də ondan ibarətdir ki, 2015-ci ildə Azərbaycanda rəsmi statistikanın 95 yaşı tamam olur.
Bildirilib ki, 1959-cu ildə Statistika İdarəsi Azərbaycan SSR Nazirlər Soveti yanında Mərkəzi Statistika İdarəsinə çevrilir və onun rəisi respublika hökumətinin tərkibinə daxil edilir. 1987-ci ildə Mərkəzi Statistika İdarəsi əsasında Dövlət Statistika Komitəsi yaradılıb. Uzun inkişaf yolu keçmiş ölkə statistika sisteminin inkişafı Ümummilli lider Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrdə daha geniş vüsət almağa başlayıb. Təsadüfi deyil ki, Dövlət Statistika Komitəsinin yeni, müasir tələblərə cavab verən inzibati binası və 40-dan çox rayon və şəhərdə statistika idarələrinin binaları məhz Onun hakimiyyəti dövründə tikilib.
T.Budaqov qeyd edib ki, müstəqil Azərbaycana rəhbərliyi dövründə də statistikanın inkişafı Heydər Əliyevin daim diqqətində olub. 1994-cü ildə “Statistika haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul edilib, beləliklə də milli statistikanın hüquqi əsasları yaradılıb. Bundan başqa, həmin dövrdə dövlət statistika sistemində islahatların aparılmasına dair ardıcıl olaraq iki beşillik Dövlət Proqramı həyata keçirilib.
Bildirilib ki, statistikanın inkişafı Prezident İlham Əliyevin ölkəyə rəhbərliyi dövründə də uğurla davam etdirilir. Yerli statistika orqanlarının işçilərinin iş şəraitinin yaxşılaşdırılması və maddi-texniki bazalarının təkmilləşdirilməsi məqsədilə 25 rayon və şəhər statistika idarəsi üçün müasir inzibati binalar inşa olunub ki, bu da ölkə rəhbərliyinin statistika əməkdaşlarına diqqətinin əyani nümunəsidir. Prezident İlham Əliyevin rəhbərliyi dövründə rəsmi statistikanın inkişafı ilə bağlı daha üç Dövlət Proqramı qəbul edilib. Bu proqramlar ölkə statistikasının yeni inkişaf mərhələsinə təkan verib. Beynəlxalq əlaqələr genişlənib, 13 ölkənin statistika orqanları ilə statistika sahəsində əməkdaşlığa dair sazişlər imzalanıb.
Tədbirdə Ümumdünya Statistika Günü ilə bağlı videoçarx nümayiş etdirilib.
Komitənin məlumatların yayılması şöbəsinin müdiri Rafael Suleymanov bu ilin yanvar-sentyabr aylarında Azərbaycanın iqtisadi və sosial inkişafının makroiqtisadi göstəriciləri barədə ətraflı məlumat verib.
Sonda Dövlət Statistika Komitəsi və Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun 20 oktyabr - Ümumdünya Statistika Günü ilə bağlı təşkil etdiyi fərdi jurnalist yazıları müsabiqəsinin qaliblərinə mükafatlar təqdim olunub. Tədbirdə həmçinin komitənin bir qrup əməkdaşına fəxri fərmanlar və hədiyyələr verilib.
Xəbər lenti
Hamısına baxDünya
25 İyul 15:19
Dünya
25 İyul 14:25
Gündəm
25 İyul 14:07
Dünya
25 İyul 13:33
Gündəm
25 İyul 12:28
Gündəm
25 İyul 11:50
Gündəm
25 İyul 11:35
Siyasət
25 İyul 11:13
Sosial
25 İyul 10:52
Siyasət
25 İyul 10:34
Gündəm
25 İyul 10:18
Analitik
25 İyul 09:59
Analitik
25 İyul 09:32
Ədəbiyyat
25 İyul 09:15
Ədəbiyyat
25 İyul 08:50
Ədəbiyyat
25 İyul 08:37
YAP xəbərləri
24 İyul 23:50
YAP xəbərləri
24 İyul 23:44
Dünya
24 İyul 23:31
Sosial
24 İyul 23:17
Dünya
24 İyul 22:59
Dünya
24 İyul 22:20
İqtisadiyyat
24 İyul 22:06
Dünya
24 İyul 21:43
Dünya
24 İyul 21:33
Dünya
24 İyul 21:16
Dünya
24 İyul 20:58
Dünya
24 İyul 20:25
Dünya
24 İyul 20:10
Dünya
24 İyul 19:41
Dünya
24 İyul 19:30
Dünya
24 İyul 19:17
Dünya
24 İyul 18:32
YAP xəbərləri
24 İyul 18:12
Dünya
24 İyul 17:25
Dünya
24 İyul 16:19
Xəbər lenti
24 İyul 16:02
Dünya
24 İyul 15:22
Dünya
24 İyul 15:01
Dünya
24 İyul 14:46
YAP xəbərləri
24 İyul 14:39
YAP xəbərləri
24 İyul 14:32
Dünya
24 İyul 14:31
YAP xəbərləri
24 İyul 14:25
YAP xəbərləri
24 İyul 14:17
YAP xəbərləri
24 İyul 14:13
Siyasət
24 İyul 14:00
Dünya
24 İyul 13:59
Siyasət
24 İyul 13:59
Sosial
24 İyul 13:57
Siyasət
24 İyul 13:56
İqtisadiyyat
24 İyul 13:34
Xəbər lenti
24 İyul 13:32
Sosial
24 İyul 13:31
YAP xəbərləri
24 İyul 13:29
YAP xəbərləri
24 İyul 13:27
Dünya
24 İyul 13:22
Dünya
24 İyul 12:46
Sosial
24 İyul 12:41
YAP xəbərləri
24 İyul 12:22
Elm
24 İyul 12:20
Mədəniyyət
24 İyul 12:16
Dünya
24 İyul 12:14
Gündəm
24 İyul 11:59
İqtisadiyyat
24 İyul 11:38
Sosial
24 İyul 11:37
Siyasət
24 İyul 11:26
Hadisə
24 İyul 11:24
Gündəm
24 İyul 11:20
Siyasət
24 İyul 10:43

