Qəbələdə məntəqə seçki komissiyaları üzvlərinin maarifləndirilməsinə başlanılıb
15.10.2015 [10:10]
Noyabrın 1-də Azərbaycan Respublikasının Milli Məclisinə keçiriləcək seçkilərə hazırlıqla əlaqədar Qəbələ rayonunda aşağı seçki komissiyalarının üzvləri üçün ixtisaslaşdırılmış treninqlərə start verilib.
AZƏRTAC xəbər verir ki, oktyabrın 13-dən başlayaraq 116 saylı Qəbələ seçki dairəsi dairə seçki komissiyasının inzibati binasında keçirilən treninqdə 54 seçki məntəqəsinin sədr, katib və üzvləri iştirak edir. Tədbirin ilk günü 12 seçki məntəqəsindən olan iştirakçılara seçkiyə hazırlıq və səsvermə günü görəcəkləri işlər barədə məlumatlar verilib, müzakirələr aparılıb. Onlar səsvermə prosesi, seçki prosesində müstəsna hallar, səslərin sayılması və protokolların doldurulması və seçki günü icra olunacaq digər prosedurlar barədə ətraflı məlumatlandırılıb, praktiki məşğələlər zamanı müxtəlif mövzular barədə müzakirələr aparılıb. Seçkiyə hazırlıq, sənədlərin saxlanılması, qeydiyyatdan çıxma vəsiqələrinin verilməsi, bildirişlərin paylanılması qaydaları, seçici siyahıları ilə işin aparılması, seçkiqabağı təşviqat üçün şəraitin yaradılması, yerli icra və bələdiyyə qurumlarının seçki komissiyaları ilə səmərəli qarşılıqlı əlaqələrinin qurulması qaydaları diqqətə çatdırılıb.
Komissiyanın sədri Ramiz Əsədov iştirakçılara seçki prosesində kütləvi informasiya vasitələrinin rolu, xarici müşahidəçilərin hüquq və vəzifələri, rəsmi seçki sənədlərinin daşınması və saxlanılmasının təhlükəsizliyinin təmin edilməsi və digər məsələlər barədə ətraflı məlumat verib, onları maraqlandıran sualları cavablandırıb. İxtisaslaşdırılmış treninqlərdə hər gün 11 və ya 12 seçki məntəqəsinin üzvləri maarifləndiriləcək. Treninqlərdə ümumilikdə aşağı seçki komissiyasının 162 üzvünün iştirakı gözlənilir. Treninqlər zamanı məntəqə seçki komissiyalarının hər bir üzvünə Mərkəzi Seçki Komissiyası tərəfindən hazırlanan “Seçki günü üçün yaddaş kitabçası”, səsvermənin nəticələri haqqında protokol nümunəsi və bir sıra digər zəruri sənədlərin nümunələri təqdim olunub.
Qeyd edək ki, 116 saylı Qəbələ seçki dairəsi dairə seçki komissiyasının əhatə etdiyi 54 seçki məntəqəsi üzrə 42 min 756 seçici qeydiyyata alınıb. Onlardan 715 nəfəri ilk dəfə səs verəcək vətəndaşlardır.
Xəbər lenti
Hamısına baxDünya
27 İyul 23:30
Dünya
27 İyul 23:15
Dünya
27 İyul 22:41
İdman
27 İyul 22:30
İqtisadiyyat
27 İyul 22:17
Dünya
27 İyul 21:59
Müsahibə
27 İyul 21:23
Sosial
27 İyul 21:05
Hadisə
27 İyul 20:45
Dünya
27 İyul 20:31
İqtisadiyyat
27 İyul 20:17
İqtisadiyyat
27 İyul 19:54
Dünya
27 İyul 19:20
Dünya
27 İyul 19:08
Elm
27 İyul 18:32
Dünya
27 İyul 18:31
Sosial
27 İyul 18:11
MEDİA
27 İyul 18:11
YAP xəbərləri
27 İyul 18:08
Dünya
27 İyul 17:20
Sosial
27 İyul 16:06
YAP xəbərləri
27 İyul 16:04
Sosial
27 İyul 15:20
YAP xəbərləri
27 İyul 14:27
Siyasət
27 İyul 14:07
Gündəm
27 İyul 14:03
Sosial
27 İyul 14:02
Sosial
27 İyul 13:35
Sosial
27 İyul 13:35
Sosial
27 İyul 13:34
Sosial
27 İyul 11:58
Dünya
27 İyul 10:54
Sosial
27 İyul 10:45
Elm
27 İyul 10:40
Xəbər lenti
27 İyul 10:32
YAP xəbərləri
27 İyul 10:29
Dünya
27 İyul 10:22
Dünya
27 İyul 09:45
Dünya
27 İyul 09:18
Dünya
27 İyul 08:52
Hadisə
27 İyul 08:36
Dünya
26 İyul 23:20
Maraqlı
26 İyul 21:34
Maraqlı
26 İyul 20:33
Dünya
26 İyul 19:17
Dünya
26 İyul 18:21
Dünya
26 İyul 17:35
Dünya
26 İyul 16:19
Dünya
26 İyul 15:30
Dünya
26 İyul 14:17
Dünya
26 İyul 13:41
Dünya
26 İyul 12:20
Dünya
26 İyul 11:35
Dünya
26 İyul 10:19
Dünya
26 İyul 09:55
Dünya
26 İyul 09:24
Dünya
26 İyul 08:50
Hadisə
26 İyul 08:39
Dünya
25 İyul 23:20
Dünya
25 İyul 22:35
Dünya
25 İyul 21:19
Dünya
25 İyul 20:27
Dünya
25 İyul 19:15
Dünya
25 İyul 18:22
Dünya
25 İyul 17:45
Hadisə
25 İyul 16:31
Dünya
25 İyul 15:19
Dünya
25 İyul 14:25
Gündəm
25 İyul 14:07
Dünya
25 İyul 13:33

