Dövlət Sosial Müdafiə Fondunun daha 2 xidməti elektronlaşdırıldı
10.10.2015 [11:44]
Dövlət Sosial Müdafiə Fondunda elektron xidmətlərin keyfiyyətinin artırılması və əhatə dairəsinin genişləndirilməsi sahəsində ardıcıl işlər görülür. Bu, oktyabrın 9-da yeni istifadəyə verilən “Ailə kəndli təsərrüfatının onlayn uçota alınması” və “Kənd təsərrüfatına yararlı torpaq sahəsi olan şəxsin onlayn uçota alınması” elektron xidmətlərinin təqdimat mərasimində qeyd olunub.
Mərasimi giriş sözü ilə açan Dövlət Sosial Müdafiə Fondunun sədr müavini Zakir Babayev bildirib ki, ölkəmizdə davamlı və dayanıqlı sosial-iqtisadi inkişafın təmin edilməsi, dövlət idarəçiliyinin müasir prinsiplər əsasında həyata keçirilməsi məqsədi ilə informasiya və kommunikasiya texnologiyalarından geniş istifadə olunması dövlət siyasətinin prioritetlərindən birinə çevrilib. Dövlət orqanları tərəfindən göstərilən elektron xidmətlərin keyfiyyətinin təkmilləşdirilməsi, elektron xidmətlərdən istifadə imkanının artırılması üçün ictimai çıxış məntəqələri şəbəkəsinin genişləndirilməsi, vətəndaşların “elektron hökumət” üzrə məlumatlılıq səviyyəsinin yüksəldilməsi başlıca prinsiplərdəndir. Azərbaycanda informasiya-kommunikasiya texnologiyalarının tətbiqinin kütləviləşməsi, beynəlxalq təcrübəyə əsaslanan elektron hökumətin formalaşması və inkişafı sahəsində mühüm tədbirlər reallaşdırılıb, dövlətin ciddi dəstək və qayğısı nəticəsində əhəmiyyətli uğurlar qazanılıb.
Çoxsaylı pensiyaçı və sığortaolunanlara müasir əsaslarla xidmətin təşkili məsələlərinin həllində Dövlət Sosial Müdafiə Fondunun öz üzərinə düşən vəzifələrin öhdəsindən layiqincə gəlməyə çalışdığını deyən Z.Babayev əhaliyə göstərilən xidmətlərin, vətəndaşların müraciətlərinə baxılması işinin müasir dövrün tələblərinə uyğun şəkildə səmərəli təşkili və davamlı təkmilləşdirilməsinin Fond üçün prioritet olduğunu vurğulayıb. Hazırda Azərbaycanın sığorta-pensiya sistemi ölkə əhalisinin 45 faizdən çox hissəsini əhatə edir və Fondun məlumat bazasında 1 milyon 293 min pensiyaçı, 3 milyon 136 min sığortaolunan barədə müvafiq məlumatlar toplanıb.
“Elektron hökumət” portalının statistikasına əsasən, Dövlət Sosial Müdafiə Fondunun göstərdiyi elektron xidmətlər ən çox istifadə olunan xidmətlər sırasındadır. 2015-ci ilin 9 ayı ərzində Fondun öz saytı, “Elektron hökumət” portalı və “Hökumət ödəniş portalı” vasitəsilə əhaliyə təqdim etdiyi elektron xidmətlərdən ümumilikdə 2 milyona yaxın istifadə sayı qeydə alınıb ki, bu da 2014-cü ilin müvafiq dövrü ilə müqayisədə 2,2 dəfə artıqdır. Sosial sığorta haqlarının ödənişi və hesabatlılığı sahəsində avtomatlaşdırma nəticəsində Azərbaycan “Doing Business 2015” hesabatında 32 pillə irəliləyib. Bu sahədə ardıcıl tədbirlərin həyata keçirilməsi nəticəsində Fondun Aparatına vətəndaşlardan daxil olan müraciətlərin sayı 27 faiz azalıb.
Sonra təqdimatla çıxış edən Dövlət Sosial Müdafiə Fondunun Maliyyə şöbəsinin müdir müavini Emil Əfəndiyev xidmət barədə məlumat verərək bildirib ki, bu xidmətlər interaktiv olmaqla yanaşı, xidmətlərdən istifadə ödənişsizdir. Təqdimat mərasimində “Ailə kəndli təsərrüfatının onlayn uçota alınması” və “Kənd təsərrüfatına yararlı torpaq sahəsi olan şəxsin onlayn uçota alınması” elektron xidmətlərinin üstünlüklərindən geniş bəhs olunub. Bu xidmətlərdən istifadə kağız daşıyıcılarından istifadə ilə yanaşı vaxt itkisinin aradan qalxmasına, eyni zamanda, şəffaflığın təmin olunmasına gətirib çıxaracaq. Tədbirdə Fondun yeni elektron xidmətlərindən istifadə qaydaları da nümayiş etdirilib.
Xəbər lenti
Hamısına baxDünya
30 İyul 21:15
Dünya
30 İyul 20:48
Dünya
30 İyul 20:20
Dünya
30 İyul 19:50
Gündəm
30 İyul 19:33
Dünya
30 İyul 19:20
Dünya
30 İyul 18:40
Dünya
30 İyul 17:25
Gündəm
30 İyul 16:32
Dünya
30 İyul 16:19
Dünya
30 İyul 15:38
YAP xəbərləri
30 İyul 15:31
İqtisadiyyat
30 İyul 14:50
Sosial
30 İyul 14:33
Sosial
30 İyul 14:31
Sosial
30 İyul 14:29
YAP xəbərləri
30 İyul 14:24
Dünya
30 İyul 14:22
YAP xəbərləri
30 İyul 13:58
Elanlar
30 İyul 13:49
Dünya
30 İyul 13:41
Dünya
30 İyul 13:17
Elm
30 İyul 12:57
Sosial
30 İyul 12:57
Elm
30 İyul 12:56
Dünya
30 İyul 12:49
Sosial
30 İyul 12:31
İqtisadiyyat
30 İyul 12:20
İqtisadiyyat
30 İyul 12:19
Sosial
30 İyul 11:58
Gündəm
30 İyul 11:25
Mədəniyyət
30 İyul 11:15
Mədəniyyət
30 İyul 11:14
Siyasət
30 İyul 10:42
İqtisadiyyat
30 İyul 10:17
Siyasət
30 İyul 09:54
Sosial
30 İyul 09:30
Dünya
30 İyul 09:15
Analitik
30 İyul 08:57
Analitik
30 İyul 08:33
Elm
30 İyul 07:56
İdman
30 İyul 07:54
Dünya
30 İyul 07:45
Dünya
30 İyul 07:44
Dünya
29 İyul 23:17
Dünya
29 İyul 22:41
Dünya
29 İyul 22:19
İqtisadiyyat
29 İyul 21:50
Dünya
29 İyul 21:22
Dünya
29 İyul 21:09
Dünya
29 İyul 20:45
Xəbər lenti
29 İyul 20:32
Siyasət
29 İyul 20:27
Dünya
29 İyul 20:16
Siyasət
29 İyul 20:15
Siyasət
29 İyul 19:59
Dünya
29 İyul 19:50
Siyasət
29 İyul 19:44
Siyasət
29 İyul 19:36
Dünya
29 İyul 19:25
Dünya
29 İyul 19:10
Turizm
29 İyul 18:31
İdman
29 İyul 17:19
Sosial
29 İyul 16:25
Gündəm
29 İyul 16:13
Sosial
29 İyul 15:51
YAP xəbərləri
29 İyul 15:43
Siyasət
29 İyul 15:26
Sosial
29 İyul 15:20
Siyasət
29 İyul 14:35

