Kürçülü kəndi müasir yaşayış məntəqələrinin sırasına qoşulub
07.10.2015 [10:07]
Oktyabrın 6-da Naxçıvan Muxtar Respublikası Şərur rayonunun Kürçülü kənd tam orta məktəbinin yeni binasının açılışı olub. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Ali Məclisin Sədri Vasif Talıbov açılış tədbirində iştirak edib.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Kürçülü kənd tam orta məktəbinin istifadəyə verilməsi münasibətilə kollektivi təbrik edərək deyib: “Bu gün Azərbaycanda gənclərin təhsilinə və sağlam böyüməsinə ciddi diqqət yetirilir. Dövlət tərəfindən təhsilin inkişafı istiqamətində ardıcıl tədbirlər görülür, dövlət proqramları qəbul edilərək icra olunur. “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”na uyğun olaraq hər il ölkəmizdə müasir məktəb binaları tikilərək istifadəyə verilir, təhsil sahəsində yeni nailiyyətlər qazanılır. Artıq ümumtəhsil məktəblərini bitirən gənclər Azərbaycanın və dünyanın qabaqcıl ali məktəblərində təhsillərini davam etdirirlər. Bu tədbirlərlə yanaşı, ölkəmizdə peşə təhsilinin inkişafı da diqqət mərkəzində saxlanılır, peşə məktəbləri tikilir, gənclərin peşə sahibi olması istiqamətində ardıcıl tədbirlər görülür”.
Sonra Ali Məclisin Sədri Şərur rayon ümumtəhsil məktəblərində əla qiymətlərlə oxuyan 38 şagirdə kompüter dəsti hədiyyə edib və açılışı bildirən lenti kəsib.
Ali Məclisin Sədri sinif otaqlarında olub, dərs prosesi ilə maraqlanıb. Bildirilib ki, bu il Kürçülü kənd tam orta məktəbində birinci sinfə 14 şagird qəbul olunub.
Oktyabrın 6-da Kürçülü kəndində yeni kənd mərkəzi də istifadəyə verilib.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov kənd mərkəzinin açılışını bildirən lenti kəsib və binada yaradılan şəraitlə tanış olub.
Məlumat verilib ki, 2 mərtəbədən ibarət olan binada kənddə fəaliyyət göstərən dövlət qurumlarının hər biri üçün ayrıca iş otaqları ayrılıb. Mərkəzdə rabitə evi, polis sahə, baytarlıq və feldşer-mama məntəqələri, kitabxana, Yeni Azərbaycan Partiyası ərazi ilk təşkilatı, inzibati ərazi dairəsi üzrə nümayəndəlik, bələdiyyə, klub və 51 yerlik iclas zalı vardır.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov kənddəki xidmət mərkəzinin də açılışını edib.
Mərkəzdə bərbərxana, qadın gözəllik salonu, ət satışı yeri, ərzaq və təsərrüfat malları mağazası fəaliyyət göstərir. Burada 5 nəfər işlə təmin olunub.
Baxış zamanı qeyd olunub ki, xidmət mərkəzinin üstün cəhətlərindən biri də kənddə istehsal olunan məhsulların burada satışa çıxarılmasıdır. Bu da əhalinin keyfiyyətli məhsullarla təminatına imkan verir.
Həmin gün Ali Məclisin Sədri kənd sakinləri ilə də görüşüb.
Ali Məclisin Sədri deyib ki, Kürçülü kəndində həyata keçirilən tədbirlər, aparılan genişmiqyaslı quruculuq işləri dövlətin vətəndaşlarına göstərdiyi qayğının daha bir ifadəsidir. Kənddə insanların rahat yaşaması, öz təsərrüfatları ilə məşğul olması üçün bütün imkanlar yaradılıb. Bütün bu tədbirlərin həyata keçirilməsi ümumilikdə ölkəmizin inkişafına və daha da möhkəmlənməsinə xidmət edir. Sakinlər tikilənləri, qurulanları, kəndin bugünkü abadlığını qoruyub saxlamalı, məskunlaşma artmalıdır.
Həmin gün Kürkənd məscidi istifadəyə verilib.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov tədbirdə çıxış edərək deyib: “Bu gün Kürçülü kəndində məktəb binası, kənd və xidmət mərkəzlərinin, Kürkənddə isə məscid binası və ehsan evinin istifadəyə verilməsi ölkəmizdə bütün sahələrin inkişafına göstərilən diqqət və qayğının daha bir ifadəsidir. Kənddə şagirdlərin yaxşı təhsil alması, sakinlərin müasir rabitə xidmətindən istifadə etməsi, onların sağlamlığının qorunması və dövlət qurumlarının səmərəli fəaliyyəti üçün bütün imkanlar yaradılmışdır. Bu gün yeni məscid binasının istifadəyə verilməsi isə ölkəmizdə dini-mənəvi dəyərlərə göstərilən qayğının davamıdır”.
Ali Məclisin Sədri muxtar respublikada dini-mənəvi dəyərlərin qorunub yaşadılması sahəsində həyata keçirilən tədbirlərin bundan sonra da davam etdiriləcəyini bildirib.
Ali Məclisin Sədri məscid binasında yaradılan şəraitlə tanış olub.
Sonra Ali Məclisin Sədri Kürkənddə yeni tikilən ehsan evinə də baxıb.
Xəbər lenti
Hamısına baxSosial
28 Sentyabr 14:31
Dünya
28 Sentyabr 14:25
Din
28 Sentyabr 14:03
İdman
28 Sentyabr 13:55
Sosial
28 Sentyabr 13:41
Dünya
28 Sentyabr 13:30
Sosial
28 Sentyabr 13:06
Sosial
28 Sentyabr 12:48
Siyasət
28 Sentyabr 12:44
Sosial
28 Sentyabr 12:34
Sosial
28 Sentyabr 12:33
Dünya
28 Sentyabr 12:14
YAP xəbərləri
28 Sentyabr 12:13
Hadisə
28 Sentyabr 12:12
Sosial
28 Sentyabr 12:12
İqtisadiyyat
28 Sentyabr 11:58
Dünya
28 Sentyabr 11:26
Xəbər lenti
28 Sentyabr 11:18
YAP xəbərləri
28 Sentyabr 11:17
Mədəniyyət
28 Sentyabr 11:05
Gündəm
28 Sentyabr 11:04
Sosial
28 Sentyabr 10:40
Sosial
28 Sentyabr 10:39
Dünya
28 Sentyabr 10:39
YAP xəbərləri
28 Sentyabr 10:17
YAP xəbərləri
28 Sentyabr 10:05
YAP xəbərləri
28 Sentyabr 10:02
YAP xəbərləri
28 Sentyabr 10:00
YAP xəbərləri
28 Sentyabr 09:55
Dünya
28 Sentyabr 09:45
Hadisə
28 Sentyabr 09:17
Dünya
28 Sentyabr 08:50
Dünya
28 Sentyabr 08:23
Siyasət
28 Sentyabr 07:24
Xəbər lenti
27 Sentyabr 23:33
Hərbi
27 Sentyabr 23:11
Siyasət
27 Sentyabr 22:25
İdman
27 Sentyabr 21:39
Dünya
27 Sentyabr 20:18
Siyasət
27 Sentyabr 20:00
Dünya
27 Sentyabr 19:21
Dünya
27 Sentyabr 18:35
YAP xəbərləri
27 Sentyabr 17:45
Dünya
27 Sentyabr 17:18
Dünya
27 Sentyabr 16:32
Sosial
27 Sentyabr 15:17
YAP xəbərləri
27 Sentyabr 14:06
Dünya
27 Sentyabr 13:19
Dünya
27 Sentyabr 12:38
Dünya
27 Sentyabr 11:20
Siyasət
27 Sentyabr 10:46
Gündəm
27 Sentyabr 10:36
Gündəm
27 Sentyabr 09:08
Siyasət
27 Sentyabr 08:26
Formula 1
27 Sentyabr 08:15
Siyasət
27 Sentyabr 07:25
Hadisə
26 Sentyabr 23:29
MEDİA
26 Sentyabr 22:46
Sosial
26 Sentyabr 21:16
Maraqlı
26 Sentyabr 20:46
YAP xəbərləri
26 Sentyabr 20:25
Dünya
26 Sentyabr 19:20
Dünya
26 Sentyabr 18:35
Gündəm
26 Sentyabr 18:31
Gündəm
26 Sentyabr 17:44
Dünya
26 Sentyabr 17:24
Gündəm
26 Sentyabr 16:20
Dünya
26 Sentyabr 16:19
Dünya
26 Sentyabr 15:32
Dünya
26 Sentyabr 15:10

