İtaliyalı alimlər Bilik Fondunun qonağı olublar
03.10.2015 [11:13]
İtaliya “Sandro Teti Editore” Nəşriyyat Evinin direktoru, beynəlxalq əlaqələr üzrə ekspert Sandro Teti və xanımı professor Laura Peretti Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun dəvəti ilə Azərbaycanda səfərdədirlər. Qonaqlar Fondun “İlboyu bilik” proqramı və “Dünya elmi Azərbaycanda” layihəsi çərçivəsində bir sıra görüşlər keçiriblər.
Memar Laura Peretti Azərbaycan Rəssamlıq Akademiyası və Azərbaycan Dövlət Memarlıq və İnşaat Universitetində memarlıq ixtisası üzrə təhsil alan tələbələr üçün ustad dərsləri keçib. Azərbaycanda bir sıra memarlıq layihələrinin müəllifi olan xanım Peretti landşaftşünaslıq və landşaft arxitekturası haqqında mühazirə deyib. Professor tələbələrə ölkəmizdə həyata keçirdiyi layihələr haqqında ətraflı məlumat verib, memarlığın sirlərindən danışıb.
Sandro Teti Azərbaycan Dövlət İdarəçilik Akademiyasında “Beynəlxalq münasibətlər” və “Politologiya” ixtisasları üzrə təhsil alan tələbələrə “Bir sıra Avropa dövlətlərinin Azərbaycana qarşı həyata keçirdiyi ikili standartlar siyasəti” mövzusunda mühazirə deyib. İtaliya-Azərbaycan münasibətlərinin yüksək səviyyədə olduğunu bildirən ekspert bundan sonra da müxtəlif istiqamətlərdə qarşılıqlı əlaqələrin inkişaf edəcəyinə əminliyini vurğulayıb.
Bilik Fondu beynəlxalq əlaqələr üzrə ekspert Sandro Tetinin iştirakı ilə videokonfrans təşkil edib. “Beynəlxalq aləmdə Azərbaycana qarşı həyata keçirilən ikili standartlar siyasəti” mövzusunda videokonfransa Sumqayıt, Mingəçevir, Qəbələ, Lənkəran, Şamaxı, Gəncə və Bərdədən olan gənclər, yerli ziyalıların nümayəndələri qatılıblar. İtaliya ilə Azərbaycan arasındakı dostluq münasibətlərinin tarixindən bəhs edən Sandro Teti bu əlaqələrin yüksələn xətlə inkişaf etdiyini vurğulayıb. Ekspert İtaliya Azadlıq hərəkatında yerlilərimizin göstərdikləri qəhrəmanlıqlara görə bütün Azərbaycan xalqına təşəkkürünü bildirib və onların xatirəsinə həsr etdiyi kitabı konfrans iştirakçılarına təqdim edib.
Tədbirə qatılanların çoxsaylı suallarına cavab olaraq ekspert Avropa İttifaqının Azərbaycanla bağlı qəbul etdiyi son qərəzli qətnamənin heç də bütün Avropa dövlətlərinin və onların əhalisinin mövqeyini əks etdirmədiyini bildirib.
S.Teti Bilik Fonduna geniş auditoriya ilə videokonfrans təşkil etdiyinə görə minnətdarlıq edib.
PƏRVİZ
Xəbər lenti
Hamısına baxDünya
26 İyul 18:21
Dünya
26 İyul 17:35
Dünya
26 İyul 16:19
Dünya
26 İyul 15:30
Dünya
26 İyul 14:17
Dünya
26 İyul 13:41
Dünya
26 İyul 12:20
Dünya
26 İyul 11:35
Dünya
26 İyul 10:19
Dünya
26 İyul 09:55
Dünya
26 İyul 09:24
Dünya
26 İyul 08:50
Hadisə
26 İyul 08:39
Dünya
25 İyul 23:20
Dünya
25 İyul 22:35
Dünya
25 İyul 21:19
Dünya
25 İyul 20:27
Dünya
25 İyul 19:15
Dünya
25 İyul 18:22
Dünya
25 İyul 17:45
Hadisə
25 İyul 16:31
Dünya
25 İyul 15:19
Dünya
25 İyul 14:25
Gündəm
25 İyul 14:07
Dünya
25 İyul 13:33
Gündəm
25 İyul 12:28
Gündəm
25 İyul 11:50
Gündəm
25 İyul 11:35
Siyasət
25 İyul 11:13
Sosial
25 İyul 10:52
Siyasət
25 İyul 10:34
Gündəm
25 İyul 10:18
Analitik
25 İyul 09:59
Analitik
25 İyul 09:32
Ədəbiyyat
25 İyul 09:15
Ədəbiyyat
25 İyul 08:50
Ədəbiyyat
25 İyul 08:37
YAP xəbərləri
24 İyul 23:50
YAP xəbərləri
24 İyul 23:44
Dünya
24 İyul 23:31
Sosial
24 İyul 23:17
Dünya
24 İyul 22:59
Dünya
24 İyul 22:20
İqtisadiyyat
24 İyul 22:06
Dünya
24 İyul 21:43
Dünya
24 İyul 21:33
Dünya
24 İyul 21:16
Dünya
24 İyul 20:58
Dünya
24 İyul 20:25
Dünya
24 İyul 20:10
Dünya
24 İyul 19:41
Dünya
24 İyul 19:30
Dünya
24 İyul 19:17
Dünya
24 İyul 18:32
YAP xəbərləri
24 İyul 18:12
Dünya
24 İyul 17:25
Dünya
24 İyul 16:19
Xəbər lenti
24 İyul 16:02
Dünya
24 İyul 15:22
Dünya
24 İyul 15:01
Dünya
24 İyul 14:46
YAP xəbərləri
24 İyul 14:39
YAP xəbərləri
24 İyul 14:32
Dünya
24 İyul 14:31
YAP xəbərləri
24 İyul 14:25
YAP xəbərləri
24 İyul 14:17
YAP xəbərləri
24 İyul 14:13
Siyasət
24 İyul 14:00
Dünya
24 İyul 13:59
Siyasət
24 İyul 13:59

