Bakıda “Birinci Türkiyə-Azərbaycan Onkologiya Günləri” keçirilir
12.09.2015 [11:32]
Sentyabrın 11-də Bakıdakı “Avropa” hotelində “Birinci Türkiyə-Azərbaycan Onkologiya Günləri” konqresinin rəsmi açılışı olub.
AZƏRTAC xəbər verir ki, Türkiyə Tibbi Onkologiya Dərnəyinin və Azərbaycan Səhiyyə Nazirliyi Milli Onkologiya Mərkəzinin (MOM) təşəbbüsü ilə keçirilən konqresdə onkoloji xəstəliklərin diaqnostikası və müalicəsinin ən aktual problemləri, habelə müasir onkologiyanın qarşısında duran vəzifələr müzakirə edilir.
Açılış mərasimində Azərbaycanın və Türkiyənin dövlət himnləri səsləndikdən sonra Milli Onkologiya Mərkəzinin baş direktorunun birinci müavini, professor Əziz Əliyev çıxış edərək konqresinin işinə uğurlar arzulayıb. Əziz Əliyev Milli Onkologiya Mərkəzi barədə tədbir iştirakçılarına məlumat verərək bildirib ki, Azərbaycanda əvvəlki illərlə müqayisədə onkoloji xəstəliklərin müalicəsi üçün yaradılan şərait müasir səviyyəyə çatdırılıb. Əvvəlki illərdə bütün onkoloji əməliyyatlar yalnız bir binada həyata keçirilirdi. MOM-un cərrahiyyə korpusunun inşasından sonra bu sahədə irəliləyişlər əldə olunub. Hazırda 9 bölgədə onkoloji dispanser, Bakıda isə Azərbaycan Tibb Universitetinin Onkoloji Klinikası fəaliyyət göstərir. Bununla yanaşı, MOM-da diaqnostika və poliklinika şöbələrinin tikintisi aparılır. Qeyd olunub ki, Azərbaycan Prezidentinin diqqət və qayğısının nəticəsi olaraq hazırda Milli Onkologiya Mərkəzi ən müasir tibbi texnika ilə, o cümlədən mobil diaqnostik komplekslə də təchiz edilib. Onkoloji xəstələrin şiş əleyhinə preparatlarla təminatı problemi aradan götürülüb. Zəngin maddi-texniki bazası və güclü kadr potensialı olan Milli Onkologiya Mərkəzi artıq dünyanın ən qabaqcıl onkoloji mərkəzləri ilə müqayisə oluna bilər. Mərkəzin əməkdaşları tərəfindən respublikamızın onkoloji xidmətinin strukturunun təşkili, bədxassəli şişlərin erkən diaqnostikası və bu xəstələrə müasir cərrahi, şüa və dərman müalicəsinin aparılması, mövcud müalicə metodlarının daha da təkmilləşdirilməsi istiqamətində böyük elmi araşdırmalar aparılır. Milli Onkologiya Mərkəzi ilə ABŞ-ın xərçəng xəstəliyində şüa müalicəsinin aparılması üçün ən müasir texnologiyalar layihələşdirən və istehsal edən “Varian Medikal Sistems” şirkəti arasında əməkdaşlıq sazişi imzalanıb. Bununla da Milli Onkologiya Mərkəzinə rəsmi olaraq beynəlxalq tədris və məsləhət mərkəzi statusu verilib. Eyni zamanda, Azərbaycan Milli Onkologiya Mərkəzi ilə ABŞ-ın MD Anderson Xərçəng Mərkəzi arasında qarşılıqlı əməkdaşlıq haqqında memorandumun imzalanıb və azərbaycanlı mütəxəssislər bu nüfuzlu mərkəzdə təcrübə keçirlər.
Azərbaycan Milli Onkologiya Mərkəzinin öz təchizatına görə Avropanın qabaqcıl klinikalarından geri qalmadığı və bu inkişafın akademik Cəmil Əliyevin əməyi sayəsində mümkün olduğu diqqətə çatdırılıb. Bildirilib ki, Azərbaycanda bədxassəli şişlərdən əziyyət çəkən insanların pulsuz olaraq ixtisaslaşdırılmış tibbi və sosial yardın almaları üçün tam hüquqi zəmin yaradılıb. “Hər bir xəstənin əməliyyatdan sonrakı yaşam tərzi bizim üçün çox önəmlidir. Çalışırıq ki, xəstələr əməliyyatdan sonra normal həyat fəaliyyətlərini davam etdirə bilsinlər”, - deyə Əziz Əliyev bildirib.
Türkiyə Tibbi Onkologiya Dərnəyinin rəhbəri Gökhan Demir konqresin əhəmiyyətindən danışaraq deyib ki, əsas məqsəd Azərbaycan və Türkiyə onkoloqları arasında əlaqələrin qurulması, təcrübə mübadiləsinin aparılması, eləcə də onkologiya sahəsində ən son nailiyyətlərin müzakirəsini reallaşdırmaq üçün imkan yaratmaqdır. O, həmçinin rəhbərlik etdiyi qurumun fəaliyyətindən də söhbət açıb.
Konqresin həmsədrləri Necati Alkış (Türkiyə) və Azad Kərimli (Azərbaycan), Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin əlaqələndiricisi Mustafa Haşım Polat da çıxışlarında hər iki ölkənin mütəxəssislərinin onkoloji xəstəliklərin diaqnostikası, müalicəsi və profilaktikası sahəsində öz tədqiqat və təcrübələrinin sirlərini bölüşəcəklərinə əminliklərini ifadə ediblər. Bildirilib ki, iki gün davam edəcək konqresdə onkoloji patologiyaların diaqnostikası və müalicəsinin təfərrüatları, elm, tibb və səhiyyənin müxtəlif aktual problemləri, onkologiya qarşısında duran vəzifələr və onların potensial həlli yolları da daxil olmaqla, bir çox mövzular da sessiyalarda müzakirə ediləcək. Vurğulanıb ki, türkdilli ölkələrin onkoloqlarını bir araya gətirmək “Birinci Türkiyə-Azərbaycan Onkologiya Günləri”nin əsas məqsədlərdən biridir.
Sonra konqres işini MOM-un baş direktorunun müavini Murad Məmmədovun sədrliyi ilə “Limfomalar” mövzusunda sessiya ilə davam etdirib. Gün ərzində, eləcə də sentyabrın 12-də “Yoğun bağırsaq”, “Süd vəzisi xərçəngi”, “Baş və boyun şışləri”, “Ağciyər xərçəngi” və “Ginekoloji xərçənglər” mövzularında sessiyalar keçiriləcək, müzakirələr aparılacaq.
Xəbər lenti
Hamısına baxDünya
25 İyul 15:19
Dünya
25 İyul 14:25
Gündəm
25 İyul 14:07
Dünya
25 İyul 13:33
Gündəm
25 İyul 12:28
Gündəm
25 İyul 11:50
Gündəm
25 İyul 11:35
Siyasət
25 İyul 11:13
Sosial
25 İyul 10:52
Siyasət
25 İyul 10:34
Gündəm
25 İyul 10:18
Analitik
25 İyul 09:59
Analitik
25 İyul 09:32
Ədəbiyyat
25 İyul 09:15
Ədəbiyyat
25 İyul 08:50
Ədəbiyyat
25 İyul 08:37
YAP xəbərləri
24 İyul 23:50
YAP xəbərləri
24 İyul 23:44
Dünya
24 İyul 23:31
Sosial
24 İyul 23:17
Dünya
24 İyul 22:59
Dünya
24 İyul 22:20
İqtisadiyyat
24 İyul 22:06
Dünya
24 İyul 21:43
Dünya
24 İyul 21:33
Dünya
24 İyul 21:16
Dünya
24 İyul 20:58
Dünya
24 İyul 20:25
Dünya
24 İyul 20:10
Dünya
24 İyul 19:41
Dünya
24 İyul 19:30
Dünya
24 İyul 19:17
Dünya
24 İyul 18:32
YAP xəbərləri
24 İyul 18:12
Dünya
24 İyul 17:25
Dünya
24 İyul 16:19
Xəbər lenti
24 İyul 16:02
Dünya
24 İyul 15:22
Dünya
24 İyul 15:01
Dünya
24 İyul 14:46
YAP xəbərləri
24 İyul 14:39
YAP xəbərləri
24 İyul 14:32
Dünya
24 İyul 14:31
YAP xəbərləri
24 İyul 14:25
YAP xəbərləri
24 İyul 14:17
YAP xəbərləri
24 İyul 14:13
Siyasət
24 İyul 14:00
Dünya
24 İyul 13:59
Siyasət
24 İyul 13:59
Sosial
24 İyul 13:57
Siyasət
24 İyul 13:56
İqtisadiyyat
24 İyul 13:34
Xəbər lenti
24 İyul 13:32
Sosial
24 İyul 13:31
YAP xəbərləri
24 İyul 13:29
YAP xəbərləri
24 İyul 13:27
Dünya
24 İyul 13:22
Dünya
24 İyul 12:46
Sosial
24 İyul 12:41
YAP xəbərləri
24 İyul 12:22
Elm
24 İyul 12:20
Mədəniyyət
24 İyul 12:16
Dünya
24 İyul 12:14
Gündəm
24 İyul 11:59
İqtisadiyyat
24 İyul 11:38
Sosial
24 İyul 11:37
Siyasət
24 İyul 11:26
Hadisə
24 İyul 11:24
Gündəm
24 İyul 11:20
Siyasət
24 İyul 10:43

