Yeni mədəniyyət portalı təqdim olundu
10.09.2015 [10:12]
Kamal Abdullayev: Azərbaycan burada yaşayan bütün xalqların böyük ailəsidir
Azərbaycan Yaradıcılıq Fondu (AYF) www.sim-sim.az mədəniyyət portalı ilə çoxsaylı oxucu-izləyici auditoriyasının görüşünə gəlir. Dünən Bakı Beynəlxalq Multikulturalizm Mərkəzində Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri Kamal Abdullayevin iştirakı ilə saytın təqdimatı keçirilib.
Təqdimatda bildirilib ki, yeni mədəniyyət portalı öz izləyicilərinə gündəlik köşə, araşdırma, esse, poeziya və nəsr nümunələri, eləcə də kino, teatr, musiqi, rəssamlıq, memarlıq və incəsənətin digər sahələrinə aid əhatəli məqalələr təqdim etməyi nəzərdə tutur. Portalda həmçinin ölkəmizdə və xaricdə çap olunmuş kitablar haqqında resenziyalara, tanınmış mədəniyyət və incəsənət xadimləri ilə müsahibələrə, müzakirə və debatlara, dünya mədəni irsindən tərcümələrə də geniş yer ayrılacaq.
Qeyd edək ki, yeni portalın təsisçisi olan Azərbaycan Yaradıcılıq Fondu 1987-ci ildə Ümumittifaq Mədəniyyət Fondunun filialı kimi təsis edilib və 2008-ci ilə qədər “Azərbaycan Mədəniyyət Fondu” adı altında fəaliyyət göstərib. Qurum 2008-ci ildən etibarən Azərbaycan Yaradıcılıq Fondu adlanır. Fondun ilk fəxri sədri Azərbaycanın görkəmli ziyalısı Bəkir Nəbiyev olub. Fondun 1991-ci ildə keçirilən 2-ci konfransında professor Kamal Abdullayev qurumun yeni sədri seçilib.
Təqdimat mərasimində çıxış edən Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri Kamal Abdullayev yeni mədəniyyət portalının fəaliyyətə başlamasını təqdirəlayiq hal kimi dəyərləndirib. Dövlət müşaviri yeni saytın zəngin mədəniyyətimizin və Azərbaycanın malik olduğu multikultural dəyərlərin təbliğində vacib rol oynayacağına əminliyini ifadə edib. Dövlət müşaviri Azərbaycan multikulturalizminin ədəbi, elmi-fəlsəfi və siyasi qaynaqlarının araşdırılmasında da saytın üzərinə böyük məsuliyyət düşdüyünü diqqətə çatdırıb. Azərbaycanı burada yaşayan xalqların böyük ailəsi kimi səciyyələndirən K.Abdullayev bildirib ki, Prezident İlham Əliyevin siyasi iradəsinə uyğun olaraq ölkəmizə xas olan multikultural ənənələrin daha da zənginləşməsi üçün ardıcıl tədbirlər həyata keçirilir. “Bu gün Azərbaycan dünyaya özünü tolerantlıq, fərqli mədəniyyətlərə dözümlü yanaşma nümunəsi kimi təqdim edir. Azərbaycan mühitində biz başqa xalqlara, fərqli dinlərə düşmən münasibəti bəslənməsi kimi hallara rast gəlmirik. Biz Azərbaycanı bölmürük. Respublikamız elə bir nümunəvi tolerantlıq məkanıdır ki, burada insanlar müxtəlif milli mənsubiyyətə malik olduqlarının fərqində deyillər”, - deyə K.Abdullayev vurğulayıb. Dövlət müşaviri bildirib ki, elə Azərbaycan mədəniyyətində və ədəbiyyatında da bu gün cəmiyyətimizin üstün dəyəri kimi təbliğ olunan tolerantlığa aid çoxlu nümunələrə rast gəlmək mümkündür. Nizami Gəncəvinin, Məhəmməd Füzulinin, Saib Təbrizinin, Hüseyn Cavidin və digər şair və yazıçılarımızın əsərlərindən sitatlar gətirən K.Abdullayev onu da vurğulayıb ki, müasir Azərbaycan ədəbiyyatında da xalqımıza xas olan tolerantlıq ənənələri bədii çalarlarla oxuculara çatdırılır.
Dövlət müşaviri həmçinin Azərbaycandakı tolerantlıq mühitinin, bu sahədəki ənənələrimizin təbliği məqsədilə yaxın və uzaq perspektivdə görüləcək işlər barədə də məlumat verib. Dövlət müşaviri hazırda 3 kitab üzərində iş aparıldığını bildirib. Yaxın gələcəkdə oxuculara təqdim olunacaq birinci kitab “Azərbaycan multikulturalizmi: ədəbi-bədii qaynaqlar” adlanır.
Mübariz ABDULLAYEV
Xəbər lenti
Hamısına baxDünya
28 May 12:19
Dünya
28 May 11:25
Dünya
28 May 10:33
Siyasət
28 May 09:27
Dünya
28 May 08:49
Dünya
27 May 23:19
Gündəm
27 May 22:35
Dünya
27 May 21:40
Dünya
27 May 20:17
Dünya
27 May 19:25
Dünya
27 May 18:20
Dünya
27 May 17:31
Dünya
27 May 16:22
İdman
27 May 15:38
Hadisə
27 May 15:10
Dünya
27 May 14:59
Dünya
27 May 14:25
Mədəniyyət
27 May 13:41
Dünya
27 May 13:17
Dünya
27 May 12:59
Gündəm
27 May 12:23
Gündəm
27 May 11:35
Siyasət
27 May 11:19
Gündəm
27 May 10:52
Siyasət
27 May 10:36
Analitik
27 May 10:14
Sosial
27 May 09:57
Analitik
27 May 09:30
Analitik
27 May 09:15
Analitik
27 May 08:51
MEDİA
27 May 08:39
Siyasət
27 May 08:03
Siyasət
27 May 08:03
Sosial
27 May 07:54
Siyasət
27 May 07:44
Siyasət
27 May 07:42
Sosial
27 May 07:33
Siyasət
26 May 23:30
Siyasət
26 May 23:20
Sosial
26 May 23:19
Siyasət
26 May 22:59
Dünya
26 May 22:56
Siyasət
26 May 22:35
Siyasət
26 May 22:29
Siyasət
26 May 22:28
Siyasət
26 May 22:28
Siyasət
26 May 22:27
Dünya
26 May 22:24
Dünya
26 May 21:40
Sosial
26 May 21:38
Sosial
26 May 21:35
Sosial
26 May 21:17
Dünya
26 May 20:59
Dünya
26 May 20:25
Dünya
26 May 20:10
Dünya
26 May 19:41
Siyasət
26 May 19:32
Siyasət
26 May 19:32
YAP xəbərləri
26 May 19:28
Gündəm
26 May 19:25
İqtisadiyyat
26 May 19:13
Xəbər lenti
26 May 18:33
Gündəm
26 May 18:26
Gündəm
26 May 18:04
Siyasət
26 May 18:02
YAP xəbərləri
26 May 18:00
Dünya
26 May 17:20
Elm
26 May 17:19
Sosial
26 May 17:13
YAP xəbərləri
26 May 17:11

