Azərbaycanlı tələbələrin Maastrixt İdarəetmə Məktəbində buraxılış mərasimi keçirilib
05.09.2015 [11:19]
Niderlandın Maastrixt İdarəetmə Məktəbində (MSM) biznesin idarə olunması ixtisası üzrə təhsil alan azərbaycanlı tələbələrin buraxılış mərasimi keçirilib.
Mərasimdə Maastrixt şəhərinin meri xanım Annemarie Penn Strakeç, Azərbaycan Diplomatik Akademiyasının (ADA) rektoru, xarici işlər nazirinin müavini Hafiz Paşayev, Azərbaycanın Niderlanddakı səfiri Mirhəmzə Əfəndiyev, Limburq vilayətinin rəsmiləri, Niderlandda akkreditə olunmuş diplomatik korpusun təmsilçiləri, biznes dairələrinin, eləcə də, səfirliyin və ADA-nın nümayəndələri iştirak ediblər.
ADA və Maastrixt İdarəetmə Məktəbi arasında əməkdaşlığın təməli 2013-cü ildə qoyulub. Həmin il mayın 24-də Maastrixtdə keçirilən Azərbaycan Günü çərçivəsində iki təhsil mərkəzi arasında imzalanmış Enerji idarəçiliyi sahəsində Biznesin idarə olunması ixtisası üzrə proqram hazırda uğurla davam etdirilməkdədir. Bu proqram üzrə təhsilini başa çatdıran tələbələr həm ADA, həm də MSM-nin diplomlarına yiyələnirlər.
Tədbiri giriş sözü ilə açan MSM-nin idarə heyətinin sədri Rene Van Der Linden qonaqları salamlayaraq, təhsil ocağındakı tədris standartları və mövcud beynəlxalq mühitdən söz açıb, məzunlara uğurlar arzulayıb. Azərbaycan ilə əməkdaşlığın perspektivlərindən danışan Rene Van Der Linden ADA-dan olan birinci MBA məzunlarının uğurlarından bəhs edib, gələcəkdə hər iki təhsil müəssisəsi arasında əməkdaşlığın daha da dərinləşəcəyinə, yeni təhsil proqramlarının əsasının qoyulacağına ümid etdiyini bildirib.
Mərasimdə çıxış edən akademik Hafiz Paşayev sözügedən proqramın ilk məzunlarını təbrik edərək yüksək səviyyəli proqramın tərtibi və uğurla həyata keçirilməsinə görə MSM rəhbərliyinə minnətdarlığını çatdırıb.
Rektor Hafiz Paşayev iqtisadiyyatı gündən-günə inkişaf edən müstəqil Azərbaycan Respublikasının zamanın tələblərinə cavab verən təhsil almış bilikli biznes idarəçiləri və liderlərinə ehtiyacı olduğunu vurğulayıb. O, ilk məzunlara gələcək biznes fəaliyyətlərində nailiyyətlər arzulayıb və onların həm Azərbaycanda, həm də beynəlxalq səviyyədə uğur qazanacaqlarına əminliyini bildirib.
Biznesin idarə olunması ixtisası üzrə proqramın Azərbaycandan olan ilk 30 məzununa MSM-nin diplomları təqdim olunub.
Xəbər lenti
Hamısına baxƏdəbiyyat
19 İyun 09:31
Ədəbiyyat
19 İyun 09:17
Sosial
19 İyun 08:50
Sosial
19 İyun 08:34
Dünya
18 İyun 23:35
Mədəniyyət
18 İyun 23:19
Dünya
18 İyun 22:41
Dünya
18 İyun 22:34
Dünya
18 İyun 22:16
İdman
18 İyun 21:58
İqtisadiyyat
18 İyun 21:22
İqtisadiyyat
18 İyun 21:09
Siyasət
18 İyun 20:45
Müsahibə
18 İyun 20:31
Dünya
18 İyun 20:17
Müsahibə
18 İyun 19:53
Analitik
18 İyun 19:22
İqtisadiyyat
18 İyun 19:20
Sosial
18 İyun 19:11
Dünya
18 İyun 18:20
Dünya
18 İyun 17:35
Dünya
18 İyun 16:29
Xəbər lenti
18 İyun 15:58
Dünya
18 İyun 15:31
İqtisadiyyat
18 İyun 15:16
Gündəm
18 İyun 15:15
Maraqlı
18 İyun 14:49
Siyasət
18 İyun 14:36
Siyasət
18 İyun 14:35
Siyasət
18 İyun 14:35
Siyasət
18 İyun 14:34
Sosial
18 İyun 14:33
Siyasət
18 İyun 14:32
Dünya
18 İyun 14:27
YAP xəbərləri
18 İyun 14:25
YAP xəbərləri
18 İyun 14:23
Sosial
18 İyun 14:16
Sosial
18 İyun 14:14
Dünya
18 İyun 13:48
Dünya
18 İyun 13:20
YAP xəbərləri
18 İyun 13:15
Gündəm
18 İyun 13:04
Siyasət
18 İyun 12:57
İqtisadiyyat
18 İyun 12:47
İqtisadiyyat
18 İyun 12:43
Sosial
18 İyun 12:43
Sosial
18 İyun 12:41
İqtisadiyyat
18 İyun 12:41
Sosial
18 İyun 12:40
Siyasət
18 İyun 12:18
Dünya
18 İyun 11:59
Analitik
18 İyun 11:25
Gündəm
18 İyun 11:23
Siyasət
18 İyun 10:47
Siyasət
18 İyun 10:46
Siyasət
18 İyun 10:45
Siyasət
18 İyun 10:44
Siyasət
18 İyun 10:44
Siyasət
18 İyun 10:43
Siyasət
18 İyun 10:43
Sosial
18 İyun 10:39
Dünya
18 İyun 10:17
İqtisadiyyat
18 İyun 09:40
Ədəbiyyat
18 İyun 09:16
Dünya
18 İyun 09:05
Analitik
18 İyun 08:53
Sosial
18 İyun 08:35
Dünya
18 İyun 08:10
Siyasət
18 İyun 07:39
Dünya
18 İyun 07:27

