/ / ƏƏSMN tərəfindən Türkiyəyə göndərilmiş daha bir qrup sağlamlıq imkanları məhdud olan uşaq bərpa-müalicə kursunu başa vuraraq geri dönüb
ƏƏSMN tərəfindən Türkiyəyə göndərilmiş daha bir qrup sağlamlıq imkanları məhdud olan uşaq bərpa-müalicə kursunu başa vuraraq geri dönüb
21.08.2015 [09:56]
Azərbaycan Prezidenti İlham Əliyevin sağlamlıq imkanları məhdud uşaqların tibbi-sosial reabilitasiyasına xüsusi diqqət və qayğısı bu təbəqədən olan uşaqların xaricdə bərpa-müalicəsinin təşkili işlərinin uğurla davam etdirilməsinə şərait yaradır. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) tərəfindən cari ilin ötən dövründə ümumilikdə 185 nəfər əlilliyi olan şəxs və sağlamlıq imkanları məhdud olan uşaq Türkiyənin Dənizli bölgəsindəki Nobel Tibb Mərkəzinə yola salınıb. Ümumilikdə il ərzində ötən illə müqayisədə daha çox şəxsin xaricdə bərpa müalicəsinin təşkili nəzərdə tutulub ki, bu da ölkəmizdə sosial proqramların yüksələn xətlə davam etdirildiyini bir daha təsdiq edir.
Bunu ƏƏSMN-in Əlillərin sosial müdafiəsi siyasəti şöbəsinin müdiri Saday Abdullayev nazirlik tərəfindən Türkiyəyə ixtisaslaşmış bərpa-müalicəsinə yola salınmış və artıq bərpa-müalicə kursunu başa vuraraq geri dönən daha 20 nəfər sağlamlıq imkanları məhdud olan 18 yaşadək uşağın və valideynlərinin Heydər Əliyev adına Beynəlxalq Hava Limanında qarşılanması zamanı bildirib. S.Abdullayev əlavə edib ki, Nobel Tibb Mərkəzində yerli təbii müalicəvi resurslardan geniş istifadə edilməklə, peşəkar həkim-reabilitoloq personalı tərəfindən səmərəli fizioterapevtik müalicə metodları (hidroterapiya, palçıq müalicəsi, tibbi masaj, sudaxili məşqlər, mexanoterapiya, hidroprosessor və s.) tətbiq olunur. ƏƏSMN tərəfindən göndərilən əlilliyi olan şəxslər və sağlamlıq imkanları məhdud olan uşaqlar (valideynləri ilə birgə) burada 5 ulduz oteldə yerləşdirilir, onlara səmərəli reabilitasiya xidmətləri göstərilir. Onların bərpa-müalicəsinə nəzarət etmək, habelə mərkəzin reabilitasiya təcrübəsinin öyrənilməsi üçün nazirliyin bir nəfər həkimi də Türkiyəyə ezam olunur.
Sağlamlıq imkanları məhdud uşaqların valideynləri övladlarının xaricdə bərpa-müalicəsinin təşkili işlərinə göstərilən yüksək diqqət və qayğıya görə Azərbaycan Prezidenti İlham Əliyevə dərin minnətdarlıqlarını ifadə ediblər. Valideynlər qardaş ölkənin Nobel Tibb Mərkəzində tətbiq olunan səmərəli fizioterapevtik müalicə metodlarından razılıqla söz açıblar.
Xəbər lenti
Hamısına baxDünya
27 İyun 13:30
Dünya
27 İyun 12:19
Dünya
27 İyun 11:40
Dünya
27 İyun 10:16
Dünya
27 İyun 09:25
Dünya
27 İyun 08:34
Dünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Sosial
26 İyun 13:06
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45
Dünya
25 İyun 22:31
Dünya
25 İyun 22:19
Gündəm
25 İyun 22:18
Sosial
25 İyun 21:53
Dünya
25 İyun 21:28
Dünya
25 İyun 21:11
Siyasət
25 İyun 20:49
Dünya
25 İyun 20:42
Dünya
25 İyun 20:33
Dünya
25 İyun 20:17
Dünya
25 İyun 19:50
Dünya
25 İyun 19:24
Dünya
25 İyun 19:10
Dünya
25 İyun 18:52
Dünya
25 İyun 18:26
YAP xəbərləri
25 İyun 17:57
Siyasət
25 İyun 17:30
Sosial
25 İyun 16:56
YAP xəbərləri
25 İyun 16:47
Sosial
25 İyun 16:41
Hadisə
25 İyun 16:34
Gündəm
25 İyun 16:29
Gündəm
25 İyun 16:27
Hərbi
25 İyun 16:25
Gündəm
25 İyun 16:23
Elm
25 İyun 16:08
Elanlar
25 İyun 16:06
Elm
25 İyun 16:05
Gündəm
25 İyun 16:03
Siyasət
25 İyun 16:03

