Prezidentin Sərəncamı uğurla icra olunur
07.08.2015 [00:28]
Prezident İlham Əliyevin 27 noyabr 2014-cü ildə imzaladığı Sərəncama əsasən, ölkədə dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği işini daha da gücləndirmək məqsədi ilə dini icmalara maliyyə yardımı göstərmək üçün Azərbaycan Respublikasının 2014-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin Ehtiyat Fondundan Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə (DQİDK) 2,5 milyon manat vəsait ayrılıb. Həmin maliyyə vəsaiti hesabına maarifləndirmə işinin aparılması məqsədilə Dövlət Komitəsinin dəstəyi ilə tədbirlər təşkil edilir. Belə tədbirlərdən biri avqustun 5-də Şəki rayonu İnçə kənd məscidi dini icmasının “İslam dinində və cəmiyyətdə zərərli vərdişlərə münasibət” layihəsi çərçivəsində Şəki rayonunun İnçə kəndində keçirilib. Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin birinci müavini Səyyad Salahlı, ilahiyyatçı Saleh Kazımov, DQİDK-nın Şəki bölgəsi üzrə şöbə müdiri Gündüz Paşayev, şöbənin əməkdaşı Elvin Qarayev, gənclər, din xadimləri, ziyalılar və kənd ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
* * *
Avqustun 4-də Oğuz şəhəri “Cümə” məscidi dini icmasının “Ənənəvi İslam və dindarların radikal təsirlərdən qorunması” layihəsinin təqdimatı və həmin layihə çərçivəsində “İslam birlik dinidir” mövzusunda “dəyirmi masa” keçirilib. Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin birinci müavini Səyyad Salahlı, ilahiyyatçı Saleh Kazımov, dini icma sədrləri, din xadimləri, ziyalılar və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Tədbirdə çıxış edən Oğuz şəhəri “Cümə” məscidi dini icmasının sədri Şövkət Cəlilov bildirib ki, layihənin icrasının əsas məqsədi radikal fikirlərin rayon dindarları, xüsusən gənclər arasında yayılmasının qarşısının alınmasıdır. Tədbirdə müstəqil ekspert qismində çıxış edən Saleh Kazımov dindarların maarifləndirilməsi işi və İslam dininin bəşəriyyəti səslədiyi birlik və bərabərliyin təbliğ olunmasının vacibliyini vurğulayıb.
Sonda Dini Qurumlarla iş üzrə Dövlət Komitəsi sədrinin birinci müavini Səyyad Salahlı çıxış edərək ölkə rəhbərliyinin dini icmalara qayğı və diqqətlə yanaşmasının dövlət və din siyasətinin prioritet istiqamətlərindən olduğunu vurğulayıb.
* * *
Avqustun 3-də İsmayıllı şəhər “Cümə” məscidi dini icmasının “Gənclərimizin sağlam dini maariflənməsi” layihəsi çərçivəsində təxminən 40 nəfərin iştirakı ilə “Milli-mənəvi dəyərlərimiz və gənclik” adlı “dəyirmi masa” təşkil edilib. Tədbirə DQİDK-nın Şamaxı bölgəsi üzrə şöbə müdiri vəzifəsini icra edən Rəhim Rəhimli, müstəqil ekspert qismində Bakı Dövlət Universitetinin müəllimi Saleh Kazımov dəvət olunub. Milli-mənəvi, dini dəyərlər və bu mövzuda gənclərin üzərinə düşən vəzifələr barəsində ətraflı söhbətlər və fikir mübadiləsi aparılıb.
Sonda iştirakçılar bu cür tədbirlərin keçirilməsindən məmnunluq duyduqlarını bildirib, təşkilatçılara öz təşəkkürlərini çatdırıblar.
* * *
Avqustun 3-də İsmayıllı rayon Diyallı kənd məscidi dini icmasının “İnsanların əxlaq və sevgi yönümündən dini maariflənməsi” layihəsi çərçivəsində təxminən 60 nəfərin iştirakı ilə Diyallı kəndində “İslam gözəl əxlaqdır” adlı “dəyirmi masa” təşkil olunub. Tədbirdə DQİDK-nın Şamaxı bölgəsi üzrə şöbə müdiri vəzifəsini icra edən Rəhim Rəhimli, müstəqil ekspert qismində Bakı Dövlət Universitetinin müəllimi Saleh Kazımov, İsmayıllı rayon Ağsaqqallar Şurasının sədri İnqilab Həsənov, Diyallı kənd məscidi dini icmasının üzvləri, ətraf kəndlərin dini icma sədrləri və gənclər iştirak ediblər.
Şamaxı bölgəsi üzrə şöbə müdiri vəzifəsini icra edən Rəhim Rəhimli keçirilən layihənin önəm və əhəmiyyətini tədbir iştirakçılarının nəzərinə çatdırıb. Daha sonra BDU-nun müəllimi Saleh Kazımov İslamın sevgi, əxlaq, sülh və əmin-amanlıq dini olduğu haqqında geniş məruzə ilə çıxış edib. Tədbirdə, həmçinin Diyallı kənd məscidi dini icmasının sədri Hikmət Əhmədov və rayon Ağsaqqallar Şurasının sədri İnqilab Həsənov çıxış edərək dini icmalara göstərdiyi diqqətə və qayğıya görə ölkə Prezidenti İlham Əliyevə minnətdarlıq bildiriblər.
“Dəyirmi masa”da milli-mənəvi və dini dəyərlər, İslamın sülh, qardaşlıq və sevgi dini olduğu haqqında geniş söhbətlər aparılıb. Sonda ağsaqqallar, gənclər, habelə dini icma üzvləri bu formatda tədbirlərin keçirilməsindən hədsiz sevinc duyduqlarını bildirib, təşkilatçılara öz təşəkkürlərini çatdırıblar.
Xəbər lenti
Hamısına baxDünya
27 İyun 10:16
Dünya
27 İyun 09:25
Dünya
27 İyun 08:34
Dünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Sosial
26 İyun 13:06
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45
Dünya
25 İyun 22:31
Dünya
25 İyun 22:19
Gündəm
25 İyun 22:18
Sosial
25 İyun 21:53
Dünya
25 İyun 21:28
Dünya
25 İyun 21:11
Siyasət
25 İyun 20:49
Dünya
25 İyun 20:42
Dünya
25 İyun 20:33
Dünya
25 İyun 20:17
Dünya
25 İyun 19:50
Dünya
25 İyun 19:24
Dünya
25 İyun 19:10
Dünya
25 İyun 18:52
Dünya
25 İyun 18:26
YAP xəbərləri
25 İyun 17:57
Siyasət
25 İyun 17:30
Sosial
25 İyun 16:56
YAP xəbərləri
25 İyun 16:47
Sosial
25 İyun 16:41
Hadisə
25 İyun 16:34
Gündəm
25 İyun 16:29
Gündəm
25 İyun 16:27
Hərbi
25 İyun 16:25
Gündəm
25 İyun 16:23
Elm
25 İyun 16:08
Elanlar
25 İyun 16:06
Elm
25 İyun 16:05
Gündəm
25 İyun 16:03
Siyasət
25 İyun 16:03
YAP xəbərləri
25 İyun 15:53
YAP xəbərləri
25 İyun 15:51
YAP xəbərləri
25 İyun 15:48

