Azərbaycan Mətbuat Şurası Prezident İlham Əliyevə təşəkkür məktubu ünvanlayıb
25.07.2015 [10:39]
Azərbaycan Mətbuat Şurası Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təşəkkür məktubu ünvanlayıb. Məktubda bildirilir ki, bu günlərdə bütün ölkə ictimaiyyətində və mediasında əsl bayram ab-havası hökm sürdü. Yüzlərlə həmkarımız fəxri adlarla, diplomlarla, orden və medallarla, Prezident təqaüdü ilə təltif olunmaqla böyük sevinc hissi yaşadı. Müstəqillik illərində dördüncü dəfədir ki, belə təntənəli anlara şahidlik edildiyinin xatırlandığı məktubda bu ənənənin təməlinin Ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulduğu göstərilir. “İyulun 21-də Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin üzvləri ilə keçirdiyiniz görüşdə səsləndirdiyiniz fikirlər belə dəst-xəttin davamlılığından xəbər verir”.
Məktubda Prezident İlham Əliyevin Azərbaycan milli mətbuatının 140 illik yubileyinin keçirilməsi haqqında 2 iyun 2015-ci il tarixində imzaladığı Sərəncama xüsusi diqqət yetirilir. “Azərbaycan mətbuatının ötən 140 ildə keçdiyi yol milli şüur və düşüncə, ictimai fikir tariximizin mühüm mərhələsidir. Bu yolda xalqımız bir çox məhrumiyyətlərə də qatlaşdı, çətinliklərə də sinə gərdi. Ancaq ötən zaman kəsiyinin təhlili göstərir ki, qazandıqlarımız itirdiklərimizi xeyli üstələdi. Çünki böyük mütəfəkkir Həsən bəy Zərdabinin gərgin əməyinin məhsulu olan “Əkinçi” qəzetinin fəaliyyəti yalnız mətbu hadisə deyil, bütövlükdə xalqın gələcək taleyini müəyyənləşdirən cərəyan rolunu oynadı. 1875-ci ilin 22 iyul tarixindən başlanmış missiya 43 il sonra birinci, 116 il sonra isə ikinci zəfər taleyini yaşadı. Bu tale payının adı müstəqil Azərbaycan Respublikası idi. Azərbaycan milli mətbuatının 140 illik yubileyinin keçirilməsi haqqında Sərəncamınızı, ilk növbədə, məhz zəfər tariximizə verdiyiniz böyük dəyərin nümunəsi kimi qəbul edirik”, - deyə məktubda bildirilir.
Məktubda dövlət başçısının Mətbuat Şurasının missiyasını yüksək qiymətləndirməsi Şuraya olan etimad nümunəsi kimi yada salınır. Qurumun bu etimadı doğrultmaq üçün var gücü ilə çalışacağı bildirilir. Qeyd edilir ki, Azərbaycan dövlətinin media siyasəti həm mətbuatımızın tarixi missiyasına qiymət, həm də demokratik dövlət quruculuğu prosesində jurnalistikanın ictimai institut kimi yeri və rolunun vurğulanması baxımından önəmlidir. “Bu münasibəti təsdiqləyən bir çox konkret addımların atılmasına şahidik. Azərbaycanda mediaya dövlət dəstəyinin sistemli şəkil almasını, kütləvi informasiya vasitələri işçilərinin sosial şəraitlərini yaxşılaşdırmaq məqsədilə onlar üçün yaşayış binasının inşasını xüsusi qeyd etməliyik” kimi fikirlərin yer aldığı məktubda, həmçinin, Azərbaycanın Prezident İlham Əliyevin rəhbərliyi ilə daha böyük uğurlara imza atacağına əminlik ifadə olunur: “Sizə bu yolda möhkəm cansağlığı arzulayırıq. Uğurlarınızın, uğurlarımızın müjdəçisi olmaq qürurumuzdur”.
Xəbər lenti
Hamısına baxAnalitik
28 İyul 09:17
Sosial
28 İyul 08:50
Sosial
28 İyul 08:32
Dünya
28 İyul 07:56
Hadisə
28 İyul 07:50
Dünya
27 İyul 23:30
Dünya
27 İyul 23:15
Dünya
27 İyul 22:41
İdman
27 İyul 22:30
İqtisadiyyat
27 İyul 22:17
Dünya
27 İyul 21:59
Müsahibə
27 İyul 21:23
Sosial
27 İyul 21:05
Hadisə
27 İyul 20:45
Dünya
27 İyul 20:31
İqtisadiyyat
27 İyul 20:17
İqtisadiyyat
27 İyul 19:54
Dünya
27 İyul 19:20
Dünya
27 İyul 19:08
Elm
27 İyul 18:32
Dünya
27 İyul 18:31
Sosial
27 İyul 18:11
MEDİA
27 İyul 18:11
YAP xəbərləri
27 İyul 18:08
Dünya
27 İyul 17:20
Sosial
27 İyul 16:06
YAP xəbərləri
27 İyul 16:04
Sosial
27 İyul 15:20
YAP xəbərləri
27 İyul 14:27
Siyasət
27 İyul 14:07
Gündəm
27 İyul 14:03
Sosial
27 İyul 14:02
Sosial
27 İyul 13:35
Sosial
27 İyul 13:35
Sosial
27 İyul 13:34
Sosial
27 İyul 11:58
Dünya
27 İyul 10:54
Sosial
27 İyul 10:45
Elm
27 İyul 10:40
Xəbər lenti
27 İyul 10:32
YAP xəbərləri
27 İyul 10:29
Dünya
27 İyul 10:22
Dünya
27 İyul 09:45
Dünya
27 İyul 09:18
Dünya
27 İyul 08:52
Hadisə
27 İyul 08:36
Dünya
26 İyul 23:20
Maraqlı
26 İyul 21:34
Maraqlı
26 İyul 20:33
Dünya
26 İyul 19:17
Dünya
26 İyul 18:21
Dünya
26 İyul 17:35
Dünya
26 İyul 16:19
Dünya
26 İyul 15:30
Dünya
26 İyul 14:17
Dünya
26 İyul 13:41
Dünya
26 İyul 12:20
Dünya
26 İyul 11:35
Dünya
26 İyul 10:19
Dünya
26 İyul 09:55
Dünya
26 İyul 09:24
Dünya
26 İyul 08:50
Hadisə
26 İyul 08:39
Dünya
25 İyul 23:20
Dünya
25 İyul 22:35
Dünya
25 İyul 21:19
Dünya
25 İyul 20:27
Dünya
25 İyul 19:15
Dünya
25 İyul 18:22
Dünya
25 İyul 17:45

