“Hər kağızı bir yarpağa dəyişək” layihəsi çərçivəsində 60 tondan çox kağız tullantısı toplanıb
25.07.2015 [10:16]
Xəbər verildiyi kimi, bu il martın 18-də IDEA İctimai Birliyi və Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi “Hər kağızı bir yarpağa dəyişək” layihəsinə start verib.
Layihə çərçivəsində Bakı şəhərində və regionlarda yerləşən “ASAN xidmət” mərkəzlərinin qarşısında istifadə olunmuş kağızların qəbul məntəqələri quraşdırılıb. Bununla yanaşı, “Azərsun” şirkəti tərəfindən 300 kiloqramdan artıq kağız tullantılarının ünvanlardan xüsusi nəqliyyat vasitələri ilə toplanması da təşkil edilir.
Layihənin başlandığı gündən etibarən dövlət qurumları, özəl sektor və vətəndaşlar tərəfindən ona böyük maraq müşahidə olunmaqdadır. Belə ki, “ASAN xidmət” mərkəzlərində aparılan son hesablamalara və “Azərsun” şirkəti tərəfindən verilən son məlumatlara əsasən layihə çərçivəsində artıq 60 tondan çox kağız tullantısı toplanıb.
IDEA İctimai Birliyi kağız tullantılarının təhvil verilməsində xüsusi fəallıq göstərmiş Heydər Əliyev Fonduna, Ədliyyə Nazirliyinə, Dövlət Sosial Müdafiə Fonduna, “Azərbaycan Dəmir Yolları” QSC-yə, UNICEF-in Azərbaycandakı nümayəndəliyinə, SOCAR-ın Ekologiya İdarəsinə, Azərbaycan Dövlət Pedaqoji Kollecinə, Milli Aviasiya Akademiyasına, Azərbaycan Milli Elmlər Akademiyasının Zoologiya İnstitutuna, Azad Azərbaycan Televiziyasına, Azərbaycan Dövlət Nəşriyyatı- “Azərnəşr”ə, Bakı şəhərindəki 21 və 298 nömrəli tam orta məktəblərinə, “Aselsan-Bakı” şirkətinə, “TURAN Bank” ASC-yə, Gəncə şəhəri Mədəniyyət və Turizm İdarəsinə, Gəncə şəhər Abbas Səhhət adına xəstəxanaya, Gəncə şəhəri 2 və 3 nömrəli peşə liseylərinə, Gəncə Debat Mərkəzinə, Naftalan şəhər 1 nömrəli orta məktəbinə, Gəncə Dövlət Universitetinə, Sumqayıt şəhər təhsil şöbəsinə, o cümlədən miqdarından asılı olmayaraq istifadə olunmuş kağız təhvil verən digər dövlət qurumlarına, özəl təşkilatlara və vətəndaşlara layihədə fəal iştiraka görə təşəkkürünü bildirib.
Layihəyə əsasən hər 50 kiloqram kağız qarşılığında bir ədəd ağacın alınaraq əkilməsi planlaşdırılıb. Bununla da toplanmış 60 ton kağız tullantısı qarşılığında 1200 ədəd ağacın növbəti ağacəkmə aksiyasında əkilməsi təmin edilmiş olub.
Respublika səviyyəsində həyata keçirilən bu layihənin əsas məqsədi kağız israfını azaltmaq və təkrar emalı təşviq etmək yolu ilə ağacların qorunmasına, təbiətin mühafizəsinə və ekoloji balansın saxlanılmasına nail olmaqdır. IDEA İctimai Birliyi bu məqsədə birgə çatmaq üçün kağız tullantılarını təhvil verərək layihədə iştirak etməyə dəvət edir.
Xəbər lenti
Hamısına baxDünya
26 İyul 12:20
Dünya
26 İyul 11:35
Dünya
26 İyul 10:19
Dünya
26 İyul 09:55
Dünya
26 İyul 09:24
Dünya
26 İyul 08:50
Hadisə
26 İyul 08:39
Dünya
25 İyul 23:20
Dünya
25 İyul 22:35
Dünya
25 İyul 21:19
Dünya
25 İyul 20:27
Dünya
25 İyul 19:15
Dünya
25 İyul 18:22
Dünya
25 İyul 17:45
Hadisə
25 İyul 16:31
Dünya
25 İyul 15:19
Dünya
25 İyul 14:25
Gündəm
25 İyul 14:07
Dünya
25 İyul 13:33
Gündəm
25 İyul 12:28
Gündəm
25 İyul 11:50
Gündəm
25 İyul 11:35
Siyasət
25 İyul 11:13
Sosial
25 İyul 10:52
Siyasət
25 İyul 10:34
Gündəm
25 İyul 10:18
Analitik
25 İyul 09:59
Analitik
25 İyul 09:32
Ədəbiyyat
25 İyul 09:15
Ədəbiyyat
25 İyul 08:50
Ədəbiyyat
25 İyul 08:37
YAP xəbərləri
24 İyul 23:50
YAP xəbərləri
24 İyul 23:44
Dünya
24 İyul 23:31
Sosial
24 İyul 23:17
Dünya
24 İyul 22:59
Dünya
24 İyul 22:20
İqtisadiyyat
24 İyul 22:06
Dünya
24 İyul 21:43
Dünya
24 İyul 21:33
Dünya
24 İyul 21:16
Dünya
24 İyul 20:58
Dünya
24 İyul 20:25
Dünya
24 İyul 20:10
Dünya
24 İyul 19:41
Dünya
24 İyul 19:30
Dünya
24 İyul 19:17
Dünya
24 İyul 18:32
YAP xəbərləri
24 İyul 18:12
Dünya
24 İyul 17:25
Dünya
24 İyul 16:19
Xəbər lenti
24 İyul 16:02
Dünya
24 İyul 15:22
Dünya
24 İyul 15:01
Dünya
24 İyul 14:46
YAP xəbərləri
24 İyul 14:39
YAP xəbərləri
24 İyul 14:32
Dünya
24 İyul 14:31
YAP xəbərləri
24 İyul 14:25
YAP xəbərləri
24 İyul 14:17
YAP xəbərləri
24 İyul 14:13
Siyasət
24 İyul 14:00
Dünya
24 İyul 13:59
Siyasət
24 İyul 13:59
Sosial
24 İyul 13:57
Siyasət
24 İyul 13:56
İqtisadiyyat
24 İyul 13:34
Xəbər lenti
24 İyul 13:32
Sosial
24 İyul 13:31
YAP xəbərləri
24 İyul 13:29

