Kamal Abdullayev: Yay məktəbində yaranan tanışlıqlar bir ömür boyu dostluğa çevriləcək
24.07.2015 [09:36]
Millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri, akademik Kamal Abdullayev “Multikulturalizm Azərbaycanda həyat tərzi kimi: öyrən, araşdır, paylaş” adlı beynəlxalq yay məktəbinin iştirakçıları ilə görüşüb.
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi (BBMM), Bakı Slavyan Universiteti və Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun birgə təşkilatçılığı ilə iyulun 21-dən start götürən beynəlxalq yay məktəbinin iştirakçıları əvvəlcə Fəxri xiyabanda Ümummilli lider Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət ediblər.
BBMM-dən AZƏRTAC-a bildiriblər ki, görüşdə Dövlət müşaviri müxtəlif ölkələrin müəllim və tələbə heyətini Bakıda görməkdən məmnunluğunu ifadə edib. O deyib: “Buradakı gənclərin əksəriyyəti bizim onlara təklif etdiyimiz Azərbaycan multikulturalizmi fənnini öz universitetlərində bir semestr boyu öyrənmiş tələbələrdir. Müəllimlərin və universitet rəhbərlərinin dediklərinə görə, fənnin tədrisi uğurlu keçib. Azərbaycan universitetlərindən də yay məktəbinə qatılan tələbələrimiz var. İnanıram ki, bir-birinizlə təmasınız gələcəkdə həm təhsilinizdə, həm də karyeranızda sizə yardımçı olacaq”.
Tədbirdə iştirak edən gəncləri çox maraqlı səyahət gözlədiyini xatırladan Kamal Abdullayev qeyd edib ki, Nabran, Xaçmaz, Quba, Qusar Azərbaycanın son dərəcə gözəl və maraqlı bölgələridir. Bu bölgələr təkcə azərbaycanlıların deyil, xarici qonaqların da diqqət mərkəzindədir. Azərbaycan dövləti bütün bölgələrin inkişafına xüsusi diqqət ayırır. “Mən sevinirəm ki, sizin Azərbaycanı nəzəri şəkildə öyrənməyiniz ölkəmizi öz gözlərinizlə görməyinizlə tamamlanacaq. Azərbaycan Prezidenti İlham Əliyev belə bir söz deyib: “Multikulturalizmin alternativi yoxdur”. Azərbaycanda multikulturalizm yaşayır və inkişaf edir. Siz bunu hər görüşünüzdə, hər mühazirənizdə, hər bir insanla ünsiyyətdə olacağınız zaman görəcəksiniz”.
Akademik yay məktəbinin iştirakçısı olan tələbələrin Azərbaycan multikulturalizmini daha dərindən öyrənməyə davam edəcəklərinə inandığını deyib: “Bu sizin Azərbaycanla tanışlığınızın ilkin mərhələsi olsun. Yuxarı kurslarda və hətta universiteti bitirəndən sonra da Azərbaycanla əlaqələriniz kəsilməsin. Biz sizin yeni dostlarınız olaraq bunun üçün əlimizdən gələni edəcəyik”.
Dövlət müşaviri yay məktəbinin iştirakçıları arasında dostluğun bundan sonra da davam edəcəyinə əminliyini ifadə edib: “İnanıram ki, burada yaranan tanışlıqlar bir ömür boyu dostluğa çevriləcək. Azərbaycanlı tələbələrə isə demək istəyirəm ki, onlar burada özlərini ev sahibi kimi aparmalıdırlar. Öz həmkarları, tələbə dostları ilə gələcək ünsiyyət xətlərini müəyyənləşdirməlidirlər. Bundan təkcə Azərbaycan yox, İtaliya, Litva, Türkiyə, Rusiya, Bolqarıstan, Gürcüstan, Çexiya və ümumiyyətlə, burada iştirak edən bütün tələbələr qazanacaqlar, mənəvi-intellektual xeyir götürəcəklər. Bu yay məktəbi intellektual koleydeskop kimi ən müxtəlif modifikasiyalar verə bilər. Siz bu sahədə ilk qaranquşlarsınız, pionerlərsiniz. Gələcəkdə biz artıq yay məktəblərini sizin arzularınıza uyğun şəkildə qurmağa çalışacağıq. Sizin hansı bölgələrlə, hansı dövlət strukturları ilə, hansı yaradıcı təşkilatlarla daha yaxından təmas qurmaq istəyiniz bizim üçün əhəmiyyətlidir”.
Kamal Abdullayev indiyədək Azərbaycanın bir sıra beynəlxalq tədbirlərə ev sahibliyi etdiyini vurğulayaraq birinci Avropa Oyunlarının möhtəşəm təşkilindən, bu tədbirin ölkəmizi dünyaya daha da yaxından tanıtmasından söz açıb.
Sonda akademik yay məktəbinin iştirakçılarına uğurlar arzulayıb və bildirib ki, Azərbaycan Prezidenti, dövləti, xalqı və cəmiyyəti həmişə çalışır ki, ölkəmizin dostları ilə əlaqələri bir az da möhkəmlənsin.
Görüşdə tələbə və müəllimlərin təklifləri dinlənilib, diskussiya aparılıb. Akademik Kamal Abdullayev yay məktəbinin iştirakçılarına müəllifi olduğu kitabları hədiyyə edib.
Görüşdən sonra yay məktəbinin iştirakçıları Nabrana yola düşüblər.
Xəbər lenti
Hamısına baxSosial
03 Oktyabr 22:24
Hadisə
03 Oktyabr 21:18
Sosial
03 Oktyabr 20:31
Dünya
03 Oktyabr 19:17
Dünya
03 Oktyabr 18:23
Dünya
03 Oktyabr 17:40
Siyasət
03 Oktyabr 16:56
Dünya
03 Oktyabr 16:26
Dünya
03 Oktyabr 15:32
Hadisə
03 Oktyabr 14:58
Dünya
03 Oktyabr 14:19
Dünya
03 Oktyabr 13:25
Siyasət
03 Oktyabr 13:05
Sosial
03 Oktyabr 13:02
Siyasət
03 Oktyabr 12:18
Siyasət
03 Oktyabr 11:37
Siyasət
03 Oktyabr 11:25
Gündəm
03 Oktyabr 11:03
Siyasət
03 Oktyabr 10:54
Gündəm
03 Oktyabr 10:39
Gündəm
03 Oktyabr 09:22
Siyasət
03 Oktyabr 08:57
İdman
02 Oktyabr 23:56
İdman
02 Oktyabr 23:05
Elm
02 Oktyabr 22:39
İqtisadiyyat
02 Oktyabr 22:22
Sosial
02 Oktyabr 22:04
İqtisadiyyat
02 Oktyabr 21:43
Elm
02 Oktyabr 21:29
İqtisadiyyat
02 Oktyabr 21:27
Elm
02 Oktyabr 20:52
Sosial
02 Oktyabr 20:31
Siyasət
02 Oktyabr 20:19
Siyasət
02 Oktyabr 20:17
Elm
02 Oktyabr 19:06
Elm
02 Oktyabr 18:45
Dünya
02 Oktyabr 18:34
Mədəniyyət
02 Oktyabr 18:17
Siyasət
02 Oktyabr 18:13
Siyasət
02 Oktyabr 18:11
Siyasət
02 Oktyabr 18:04
Siyasət
02 Oktyabr 18:04
Siyasət
02 Oktyabr 18:03
Siyasət
02 Oktyabr 18:01
Siyasət
02 Oktyabr 18:01
Siyasət
02 Oktyabr 18:00
Sosial
02 Oktyabr 17:56
Dünya
02 Oktyabr 17:51
Sosial
02 Oktyabr 17:44
Sosial
02 Oktyabr 17:21
Gündəm
02 Oktyabr 16:14
Dünya
02 Oktyabr 16:12
Siyasət
02 Oktyabr 15:50
Sosial
02 Oktyabr 14:53
Siyasət
02 Oktyabr 14:32
Sosial
02 Oktyabr 14:32
Siyasət
02 Oktyabr 14:26
Mədəniyyət
02 Oktyabr 14:10
Siyasət
02 Oktyabr 13:49
İqtisadiyyat
02 Oktyabr 13:48
İqtisadiyyat
02 Oktyabr 13:27
Dünya
02 Oktyabr 12:53
Gündəm
02 Oktyabr 12:38
Dünya
02 Oktyabr 12:21
Sosial
02 Oktyabr 11:50
Sosial
02 Oktyabr 11:49
Siyasət
02 Oktyabr 11:45
Gündəm
02 Oktyabr 11:43
Siyasət
02 Oktyabr 11:42
Sosial
02 Oktyabr 11:36

