Səbail rayon İcra Hakimiyyətində media nümayəndələri ilə görüş keçirilib
16.07.2015 [09:53]
Azərbaycan milli mətbuatının yaranmasının 140 illik yubileyi münasibətilə iyulun 15-də Səbail rayon İcra Hakimiyyətində media təmsilçiləri ilə ənənəvi görüş keçirilib.
AZƏRTAC xəbər verir ki, rayon icra hakimiyyətinin başçısı Asif Əsgərov görüşdə çıxış edərək mətbuatın cəmiyyətin həyatındakı rolundan danışıb.
Bildirib ki, bu il 140 illiyini qeyd edən milli mətbuatımız böyük və şərəfli yol keçərək bütün dövrlərdə qabaqcıl ideyaların carçısı olub. Mətbuat mütərəqqi ənənələri formalaşdıraraq cəmiyyət qarşısında üzərinə götürdüyü missiyanı layiqincə yerinə yetirib. Ölkəmizdə medianın inkişafı üçün hər cür şərait yaradılıb.
A.Əsgərov kütləvi informasiya vasitələri ilə Səbail Rayon İcra Hakimiyyəti arasındakı sıx əlaqələrdən də danışıb.
Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli Azərbaycan mətbuatının 140 illiyi çərçivəsində rayonlarda keçirilən tədbirlərdən söz açıb. V.Səfərli iyulun 22-də Bakıda, Gülüstan sarayında yubiley tədbirinin keçiriləcəyini diqqətə çatdırıb.
O xatırladıb ki, 2000-ci ildə Ulu öndər Heydər Əliyevin Sərəncamı ilə Milli Mətbuat Gününə həsr olunan yubiley tədbiri keçirilib və həmin tədbirdə Ümummilli lider Heydər Əliyev də iştirak edib. O vaxtdan milli mətbuatımızın yubileyləri qeyd edilməyə başlayıb. 2009-cu ildə isə Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu yaradılıb. Fond redaksiyaların maddi-texniki bazasının möhkəmləndirilməsinə dəstək verib, jurnalistlərin peşəkarlığını artırmaq üçün yazı müsabiqələri təşkil edib. Bütün bunlar dövlətin mediaya qayğısıdır. Azərbaycan dövləti jurnalistlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində də mühüm işlər görür. 2013-cü ildə jurnalistlər üçün ilk binanın istifadəyə verildiyini xatırladan icraçı direktor gələn il 17 mərtəbəli, 255 mənzildən ibarət binanın jurnalistlərin istifadəsinə veriləcəyini deyib: “Dünyanın heç bir yerində dövlət tərəfindən jurnalistlərə pulsuz ev verilməsi halı yoxdur. Jurnalistlərə 2013-cü ildə verilən mənzillər tam təmirli olub, gələn il də veriləcək mənzillər tam təmirli olacaq”.
Səbail rayon İcra Hakimiyyətinin informasiya təminatı və təhlil sektorunun müdiri İsrafil Kərimov son bir il ərzində icra hakimiyyəti tərəfindən mətbuatla bağlı görülən işlərə dair hesabatı diqqətə çatdırıb.
Daha sonra Milli Mətbuat Günü münasibətilə 80-dək KİV nümayəndəsinə Səbail rayon İcra Hakimiyyəti tərəfindən hədiyyələr təqdim olunub.
Xəbər lenti
Hamısına baxDünya
17 İyun 23:42
Dünya
17 İyun 23:35
Sosial
17 İyun 23:19
Dünya
17 İyun 22:56
Dünya
17 İyun 22:20
Dünya
17 İyun 22:09
Dünya
17 İyun 21:43
Dünya
17 İyun 21:32
Dünya
17 İyun 21:15
Elm
17 İyun 20:58
Dünya
17 İyun 20:25
Dünya
17 İyun 20:10
Elm
17 İyun 19:42
Dünya
17 İyun 19:30
Sosial
17 İyun 19:16
Siyasət
17 İyun 18:07
YAP xəbərləri
17 İyun 17:57
YAP xəbərləri
17 İyun 17:49
Siyasət
17 İyun 17:32
Siyasət
17 İyun 17:22
Siyasət
17 İyun 17:17
Gündəm
17 İyun 16:57
Elm
17 İyun 16:54
Dünya
17 İyun 16:54
Mədəniyyət
17 İyun 16:27
YAP xəbərləri
17 İyun 16:13
Gündəm
17 İyun 16:01
Sosial
17 İyun 16:00
Gündəm
17 İyun 15:56
Mədəniyyət
17 İyun 15:42
YAP xəbərləri
17 İyun 15:18
İdman
17 İyun 15:17
İqtisadiyyat
17 İyun 15:16
Gündəm
17 İyun 15:16
Elanlar
17 İyun 15:00
Siyasət
17 İyun 14:21
Sosial
17 İyun 13:54
Sosial
17 İyun 13:54
YAP xəbərləri
17 İyun 12:40
YAP xəbərləri
17 İyun 12:39
Mədəniyyət
17 İyun 12:38
Sosial
17 İyun 12:36
Siyasət
17 İyun 12:27
Sosial
17 İyun 12:19
Elm
17 İyun 11:58
Sosial
17 İyun 11:25
Sosial
17 İyun 11:24
Gündəm
17 İyun 10:51
Sosial
17 İyun 10:48
Sosial
17 İyun 10:48
Gündəm
17 İyun 10:35
Sosial
17 İyun 09:22
Sosial
17 İyun 08:49
Dünya
16 İyun 23:39
İdman
16 İyun 23:10
Dünya
16 İyun 22:56
Siyasət
16 İyun 22:49
Siyasət
16 İyun 22:48
YAP xəbərləri
16 İyun 22:28
Dünya
16 İyun 22:23
Dünya
16 İyun 21:47
Dünya
16 İyun 21:19
Dünya
16 İyun 20:53
İqtisadiyyat
16 İyun 20:25
Dünya
16 İyun 20:09
Dünya
16 İyun 19:42
Dünya
16 İyun 19:33
Dünya
16 İyun 19:17
İqtisadiyyat
16 İyun 17:35
Gündəm
16 İyun 16:33

