Dövlət Sərhəd Xidməti Akademiyası məzunlarının buraxılışı olub
16.07.2015 [09:51]
İyulun 15-də Dövlət Bayrağı Meydanında Dövlət Sərhəd Xidməti (DSX) Akademiyası məzunlarının buraxılışına həsr olunan təntənəli mərasim keçirilib.
AZƏRTAC xəbər verir ki, mərasimdə Dövlət Sərhəd Xidmətinin komandanlığı, Bakı qarnizonu hərbi hissələrinin hərbi qulluqçuları, gənc zabitlərin valideynləri və ailə üzvləri iştirak ediblər.
DSX-nin nümunəvi hərbi orkestrinin ifasında dövlət himni səsləndirildikdən sonra məzunlara diplomlar təqdim olunub.
Sonra Akademiyanın döyüş bayrağı meydana gətirilib, Xidmətin zabit sıralarına daxil olan gənc leytenantlar “Sərhədçi andı” içiblər.
Tədbirdə gənc zabitlər adından çıxış edən Fərid Mehbalı çətin, lakin şərəfli sərhədçi peşəsini seçmələrindən qürur duyduqlarını, qarşılarına qoyulmuş tapşırıqları şərəflə yerinə yetirməyə daim hazır olduqlarını deyib. O, Vətənə ləyaqətlə xidmət edəcəklərinə, dövlət sərhədlərimizi göz bəbəyi kimi qoruyacaqlarına söz verib. Gənc leytenant sərhədçi peşəsinin sirlərinə dərindən yiyələnməkdə, Akademiyanı uğurla başa vurmaqda əməyini əsirgəməyən zabit və müəllim heyətinə dərin minnətdarlığını bildirib.
Akademiyanın rəisi, general-mayor Araz Məmmədov builki buraxılışda bu ali hərbi təhsil müəssisəsini 131 məzunun, o cümlədən ilk dəfə olaraq dənizçi və aviasiya ixtisası üzrə zabitlərin bitirdiyini vurğulayıb. O deyib ki, hərbi təhsil müəssisəsində vətənpərvər, Azərbaycan dövlətçiliyinə və Silahlı Qüvvələrin Ali Baş Komandanına sadiq, savadı və intizamı ilə seçilən zabitlərin hazırlanması, dövlət sərhədinin mühafizəsi və hərb sahəsində elmi tədqiqatların aparılması üçün mükəmməl elmi-pedaqoji potensial və maddi-texniki baza formalaşdırılıb.
A.Məmmədov bildirib ki, hər bir təhsil müəssisəsində buraxılış mərasimi həm onun, həm də məzunların həyatında əlamətdar hadisədir. Gənc zabitləri sərhədlərimizin mühafizəsinə yola salırıq. Bu münasibətlə məzunları və valideynləri təbrik edirəm. Məzunlar Akademiyada yüksək təhsil alıb, silah və sursatın sirlərini öyrənib, peşəkar zabit kimi formalaşıblar. Əlamətdar haldır ki, bu il ilk dəfə məzunlar sırasında dənizçi və aviasiya ixtisaslı zabitlər də var. Əminəm ki, gənc zabitlər sərhədlərimizi mətanətlə mühafizə edəcək, içdikləri anda sadiq qalacaqlar.
Dövlət Sərhəd Xidmətinin rəisi - Sərhəd Qoşunlarının komandanı, general-polkovnik Elçin Quliyev gənc leytenantları Ulu öndər Heydər Əliyevin dövlətçiliyə sədaqət, Vətənə məhəbbət ruhunun, müzəffərlik və yenilməzlik kimi keyfiyyətlərinin yeni nəsil daşıyıcıları olmaları münasibətilə təbrik edib. General-polkovnik Elçin Quliyev Prezident İlham Əliyevin Azərbaycan Sərhəd Mühafizəsinə ali diqqəti sayəsində əldə olunmuş xidməti nailiyyətlər barədə məzunlara məlumat verib, onlara gələcək xidmətlərində müvəffəqiyyətlər arzulayıb.
Sərhəd Qoşunlarının komandanı Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın rəhbərliyi ilə Azərbaycan dövlətinin gücünün və iqtisadi qüdrətinin tərənnümünə çevrilmiş birinci Avropa Oyunlarının təşkili və keçirilməsi zamanı xidməti vəzifələrini layiqincə yerinə yetirən sərhədçilərimizin dövlətimizin bu qələbəsini böyük ruh yüksəkliyi ilə qarşıladıqlarını xüsusi vurğulayıb. DSX rəisi hər bir sərhədçi kimi, gənc zabitlərin də dövlətçilik ənənələrinə sadiq olacaqlarına, sərhədlərimizin etibarlı mühafizəsi naminə əzmlə xidmət edəcəklərinə, Azərbaycan sərhədçisi adını daim uca tutacaqlarına əminliyini bildirib.
Sonra Akademiyanın şəxsi heyəti təntənəli marşın sədaları altında tribuna önündən keçib.
Daha sonra gənc zabitlər Fəxri xiyabana gələrək xalqımızın Ümummilli lideri, müasir müstəqil dövlətimizin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə gül dəstələri qoyublar.
Şəhidlər xiyabanına gələn gənc zabitlər ölkəmizin azadlığı və suverenliyi uğrunda mübarizədə şəhid olmuş qəhrəman Vətən övladlarının xatirəsini ehtiramla yad edib, məzarları üzərinə tər çiçəklər düzüblər.
Xəbər lenti
Hamısına baxDünya
26 İyul 14:17
Dünya
26 İyul 13:41
Dünya
26 İyul 12:20
Dünya
26 İyul 11:35
Dünya
26 İyul 10:19
Dünya
26 İyul 09:55
Dünya
26 İyul 09:24
Dünya
26 İyul 08:50
Hadisə
26 İyul 08:39
Dünya
25 İyul 23:20
Dünya
25 İyul 22:35
Dünya
25 İyul 21:19
Dünya
25 İyul 20:27
Dünya
25 İyul 19:15
Dünya
25 İyul 18:22
Dünya
25 İyul 17:45
Hadisə
25 İyul 16:31
Dünya
25 İyul 15:19
Dünya
25 İyul 14:25
Gündəm
25 İyul 14:07
Dünya
25 İyul 13:33
Gündəm
25 İyul 12:28
Gündəm
25 İyul 11:50
Gündəm
25 İyul 11:35
Siyasət
25 İyul 11:13
Sosial
25 İyul 10:52
Siyasət
25 İyul 10:34
Gündəm
25 İyul 10:18
Analitik
25 İyul 09:59
Analitik
25 İyul 09:32
Ədəbiyyat
25 İyul 09:15
Ədəbiyyat
25 İyul 08:50
Ədəbiyyat
25 İyul 08:37
YAP xəbərləri
24 İyul 23:50
YAP xəbərləri
24 İyul 23:44
Dünya
24 İyul 23:31
Sosial
24 İyul 23:17
Dünya
24 İyul 22:59
Dünya
24 İyul 22:20
İqtisadiyyat
24 İyul 22:06
Dünya
24 İyul 21:43
Dünya
24 İyul 21:33
Dünya
24 İyul 21:16
Dünya
24 İyul 20:58
Dünya
24 İyul 20:25
Dünya
24 İyul 20:10
Dünya
24 İyul 19:41
Dünya
24 İyul 19:30
Dünya
24 İyul 19:17
Dünya
24 İyul 18:32
YAP xəbərləri
24 İyul 18:12
Dünya
24 İyul 17:25
Dünya
24 İyul 16:19
Xəbər lenti
24 İyul 16:02
Dünya
24 İyul 15:22
Dünya
24 İyul 15:01
Dünya
24 İyul 14:46
YAP xəbərləri
24 İyul 14:39
YAP xəbərləri
24 İyul 14:32
Dünya
24 İyul 14:31
YAP xəbərləri
24 İyul 14:25
YAP xəbərləri
24 İyul 14:17
YAP xəbərləri
24 İyul 14:13
Siyasət
24 İyul 14:00
Dünya
24 İyul 13:59
Siyasət
24 İyul 13:59
Sosial
24 İyul 13:57
Siyasət
24 İyul 13:56
İqtisadiyyat
24 İyul 13:34
Xəbər lenti
24 İyul 13:32

