Azərbaycan mətbuatı hərtərəfli dövlət qayğısı ilə əhatə olunub
07.07.2015 [10:10]
Məzahir Süleymanzadə: Milli mətbuatımızın müasir inkişaf tarixi Ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır
Kimsəyə sirr deyil ki, şərəfli və keşməkeşli bir yol keçən Azərbaycan mətbuatı bu gün hərtərəfli dövlət qayğısı ilə əhatə olunub. Elə Prezident İlham Əliyevin “Azərbaycan milli mətbuatının 140 illik yubileyinin keçirilməsi haqqında” 2015-ci il 2 iyun tarixli Sərəncamı da milli mətbuatımızın dövlət qayğısı ilə əhatə olunmasından xəbər verir. Yeri gəlmişkən, Sərəncama əsasən, Prezident Administrasiyasına Prezident yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu və Azərbaycan Mətbuat Şurası ilə birlikdə Bakı şəhərində və respublikanın bölgələrində yubiley tədbirlərinin keçirilməsini təmin etmək, habelə jurnalist təşkilatlarının və redaksiyaların təklifləri əsasında Azərbaycan milli mətbuatının inkişafında xidmətləri olan jurnalistlərin mükafatlandırılması haqqında təkliflər vermək və Prezidentə təqdim etmək tapşırılıb. Qeyd edək ki, bu Sərəncam əsasında Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri Ramiz Mehdiyev tərəfindən xüsusi tədbirlər planı təsdiqlənib və artıq icraya yönəldilib. Bununla yanaşı, mərkəzi, yerli icra hakimiyyətləri orqanlarına Sərəncamdan irəli gələn məsələlərlə bağlı xüsusi tapşırıqlar verilib.
Biz də “Yeni Azərbaycan” qəzeti olaraq yubiley ərəfəsində ölkəmizdə söz-fikir azadlığı və plüralizmin inkişafı, mətbuata dövlət qayğısı, eləcə də, milli mətbuatımızın keçdiyi şərəfli yol haqqında dəyərli fikirlərini bölüşmək üçün ölkəmizin sayılıb-seçilən ahıl jurnalistlərinə müraciət etmək qərarına gəldik.
Beləliklə, müsahibimiz ilk əmək fəaliyyətinə keçmiş “Kommunist” qəzetində başlayan Əməkdar mədəniyyət işçisi, Azərbaycan Mətbuat Şurası Ahıl Jurnalistlər Məclisinin sədr müavini Məzahir Süleymanzadədir. Həmin qəzetdə müxbirlikdən redaktor müavinliyinə qədər yol keçən, 30 ildən artıq bir müddətdə müxtəlif mətbuat orqanlarında, idman təşkilatlarında peşəkar jurnalist kimi səmərəli fəaliyyət göstərən, müstəqil “Səhər” qəzetini nəşr etdirən, 20-dən artıq kitabın müəllifi olan M.Süleymanzadənin yaradıcılıq üfüqləri çox geniş, toxunduğu mövzular müxtəlifdir.
Tanınmış qələm sahibi bizimlə söhbətində milli mətbuatımızın müasir inkişaf tarixinin Ulu öndər Heydər Əliyevin adı ilə bağlı olduğunu deyib. Onun sözlərinə görə, müstəqilliyin ilk illərində ölkəmizdə yaşanan böhran mətbuat sahəsinə də mənfi təsir etmişdi. Həmin dövrdə ölkənin müharibə şəraitində olması, sosial-iqtisadi problemlər, senzuranın mövcudluğu mətbuatın inkişafına maneələr yaradırdı. Bütün bunlara isə Ümummilli lider Heydər Əliyevin 1993-cü ildə xalqın təkidli tələbi ilə yenidən siyasi hakimiyyətə qayıtmasından sonra son qoyuldu.
Məzahir Süleymanzadə deyib ki, Ulu öndərin diqqət və qayğısı nəticəsində mətbuat orqanlarının maddi-texniki bazası gücləndirildi. Onun sözlərinə görə, bununla yanaşı, 1998-ci ildə senzuranın ləğv edilməsi, bir sıra islahatların aparılması mətbuatın inkişafına təkan verdi: “Milli mətbuatımızın tarixinə, keçdiyi yola nəzər salanda heç şübhəsiz, Ümummilli lider Heydər Əliyevin 2000-ci ildə Azərbaycan milli mətbuatının 125 illik yubileyinin keçirilməsi haqqında imzaladığı Sərəncam xüsusi minnətdarlıq hissi ilə xatırlanır”.
Azərbaycan mətbuatında söz və fikir azadlığının olduğunu deyən Məzahir Süleymanzadə bu sahədə jurnalistlər üçün heç bir məhdudiyyətin olmadığını bildirib. Sovet dövrünün jurnalistikası ilə hazırkı jurnalistika arasında xeyli fərqin olduğunu deyən Məzahir Süleymanzadə mətbuatın inkişafı istiqamətində əsaslı irəliləyişlərin olduğunu vurğulayıb: “Hazırkı jurnalistlərimizi bizim o dövrün jurnalistləri ilə müqayisə etmək bir qədər çətindir. Təsəvvür edin ki, biz “Səhər” qəzetini nəşr edəndə hər hansı informasiyanı əldə etmək üçün nə qədər əziyyət çəkirdik. Çünki bizim dövr tamam başqa idi, Azərbaycanın müstəqilliyinin ilk illəri idi. 1990-cı il 20 Yanvar faciəsi ilə əlaqədar “Səhər” qəzeti 2 milyon tirajla nəşr olunmuşdu. İnternetin inkişafı baxımından, o dövr ilə indiki dövrü müqayisə etmək mümkün deyil. Həmin illərdə Sovet dövründən qalma metodlarla xalqı məlumatlandırmağa çalışırdıq. Amma indi zaman başqadır. İnformasiya çox tez yayılır. Hətta təəssüflə qeyd etməliyəm ki, yanlış informasiya doğru informasiyadan daha tez yayılır. İstinadlı-istinadsız eyni xəbəri bütün saytlar bir-birindən götürüb yayır. Bu da, təbii ki, ilk növbədə, jurnalistlərin peşəkarlığı ilə bağlı olan bir məsələdir. Hər şeydən əvvəl jurnalist öz ölkəsinin vətəndaşı olmalıdır. Hər yazısında, hər cümləsində öz vətəndaşlıq məsuliyyətini dərk etməlidir. Vətəndaşlıq mövqeyi olmayan jurnalist nə yazır-yazsın, lap belə cümlələri inci kimi sapa düzsün, onun yazısı ictimai rəydə lazımi reaksiya doğurmayacaq”.
M.Süleymanzadə, həmçinin, “indi şükürlər olsun, yeni texnologiyalar əsridir. Bir düyməni basmaqla bütün dünya gözünün qabağında olur. O informasiyadan geninə-boluna istifadə edirsən. Bu, bir tərəfdən yaxşıdır. Jurnalistlərimizin informasiya almasını asanlaşdırıb. Amma, digər tərəfdən, informasiya bolluğunda itib-batmaq qorxusu da var. Yəni, informasiya həddindən artıqdır və jurnalist hansının xeyirli, hansının isə zərərli olduğunu müəyyənləşdirməkdə çətinlik çəkir. Təbii ki, bu asan məsələ deyil. Hansı dəqiq və qərəsizdir. Hansı həqiqəti əks etdirir. Bu informasiyaların seçimi üçün insanda müəyyən təcrübə və mütləq vətəndaşlıq mövqeyi olmalıdır” – deyə, əlavə edib.
Vüsalə CAVANŞİR
Xəbər lenti
Hamısına baxDünya
27 May 23:19
Gündəm
27 May 22:35
Dünya
27 May 21:40
Dünya
27 May 20:17
Dünya
27 May 19:25
Dünya
27 May 18:20
Dünya
27 May 17:31
Dünya
27 May 16:22
İdman
27 May 15:38
Hadisə
27 May 15:10
Dünya
27 May 14:59
Dünya
27 May 14:25
Mədəniyyət
27 May 13:41
Dünya
27 May 13:17
Dünya
27 May 12:59
Gündəm
27 May 12:23
Gündəm
27 May 11:35
Siyasət
27 May 11:19
Gündəm
27 May 10:52
Siyasət
27 May 10:36
Analitik
27 May 10:14
Sosial
27 May 09:57
Analitik
27 May 09:30
Analitik
27 May 09:15
Analitik
27 May 08:51
MEDİA
27 May 08:39
Siyasət
27 May 08:03
Siyasət
27 May 08:03
Sosial
27 May 07:54
Siyasət
27 May 07:44
Siyasət
27 May 07:42
Sosial
27 May 07:33
Siyasət
26 May 23:30
Siyasət
26 May 23:20
Sosial
26 May 23:19
Siyasət
26 May 22:59
Dünya
26 May 22:56
Siyasət
26 May 22:35
Siyasət
26 May 22:29
Siyasət
26 May 22:28
Siyasət
26 May 22:28
Siyasət
26 May 22:27
Dünya
26 May 22:24
Dünya
26 May 21:40
Sosial
26 May 21:38
Sosial
26 May 21:35
Sosial
26 May 21:17
Dünya
26 May 20:59
Dünya
26 May 20:25
Dünya
26 May 20:10
Dünya
26 May 19:41
Siyasət
26 May 19:32
Siyasət
26 May 19:32
YAP xəbərləri
26 May 19:28
Gündəm
26 May 19:25
İqtisadiyyat
26 May 19:13
Xəbər lenti
26 May 18:33
Gündəm
26 May 18:26
Gündəm
26 May 18:04
Siyasət
26 May 18:02
YAP xəbərləri
26 May 18:00
Dünya
26 May 17:20
Elm
26 May 17:19
Sosial
26 May 17:13
YAP xəbərləri
26 May 17:11
Sosial
26 May 17:11
Gündəm
26 May 17:09
Siyasət
26 May 17:08
İqtisadiyyat
26 May 17:07
Siyasət
26 May 16:59

