/ / Akademik Roald Saqdeyev və AZAL-ın prezidenti Cahangir Əsgərov Azərbaycan Mühəndislik Akademiyasının qızıl medalı ilə təltif olunublar
Akademik Roald Saqdeyev və AZAL-ın prezidenti Cahangir Əsgərov Azərbaycan Mühəndislik Akademiyasının qızıl medalı ilə təltif olunublar
04.07.2015 [10:37]
Azərbaycan Mühəndislik Akademiyasının prezidenti və Milli Aviasiya Akademiyasının rektoru, Kosmos Şurasının sədri, akademik Arif Paşayevin rəhbərliyi ilə Azərbaycan Mühəndislik Akademiyası və Milli Aviasiya Akademiyası “Azərkosmos: Bu günü və perspektivləri” mövzusunda “dəyirmi masa” keçirib.
Mühəndislik Akademiyasının vitse-prezidenti, akademik Əhəd Canəhmədov AZƏRTAC-a bildirib ki, “dəyirmi masa”da akademiyanın üzvləri, alimlər, mütəxəssislər iştirak ediblər.
Akademik Arif Paşayev “dəyirmi masa”nı giriş sözü ilə açaraq vurğulayıb ki, bu gün “Azərspace-1”in sayəsində milyonlarla insan dayanıqlı informasiya və kommunikasiya xidmətlərinə çıxış imkanları əldə edib. “Azərspace-1” Afrika, Avropa, Mərkəzi Asiya və Yaxın Şərqdə 50-dən artıq ölkəni birləşdirən ortaq məkanda mühüm informasiya ötürücüsü funksiyasını uğurla yerinə yetirir. Yüksək ixtisaslı peşəkar heyətə və texniki imkanlara malik olan “Azərkosmos” ASC yaradılmasından ötən dövr ərzində ölkədə və bütövlükdə regionda informasiya-kommunikasiya texnologiyaları sektorunun aparıcı qüvvələrindən birinə çevrilib.
“Azərkosmos” ASC-nin son dövrlərdəki fəaliyyəti barədə cəmiyyətin sədri Rəşad Nəbiyev məlumat verib.
Sonra ABŞ-ın Merilend Universitetinin professoru, kosmik tədqiqatlar sahəsində görkəmli alim, akademik Roald Saqdeyev çıxış edib.
Mövzu ətrafında geniş müzakirələr aparılıb.
Yekunda ölkəmizin mülki hava nəqliyyatında göstərdiyi xidmətlərinə görə “Azərbaycan Hava Yolları” QSC-nin prezidenti, Mühəndislik Akademiyasının həqiqi üzvü Cahangir Əsgərov Akademiyanın “Mühəndislik Rəşadəti” qızıl medalı ilə təltif olunub.
Görkəmli alim, akademik Roald Saqdeyev ölkəmizlə kosmik sahədə faydalı əməkdaşlığına, Azərbaycan ilə ABŞ arasında beynəlxalq əlaqələrin möhkəmləndirilməsində və inkişafındakı xidmətlərinə görə akademiyanın “Mühəndislik Rəşadəti” qızıl medalı ilə təltif edilib.
Xəbər lenti
Hamısına baxSiyasət
18 İyun 10:47
Siyasət
18 İyun 10:46
Siyasət
18 İyun 10:45
Siyasət
18 İyun 10:44
Siyasət
18 İyun 10:44
Siyasət
18 İyun 10:43
Siyasət
18 İyun 10:43
Sosial
18 İyun 10:39
Dünya
18 İyun 10:17
Gündəm
18 İyun 09:45
İqtisadiyyat
18 İyun 09:40
Ədəbiyyat
18 İyun 09:16
Dünya
18 İyun 09:05
Analitik
18 İyun 08:53
Sosial
18 İyun 08:35
Dünya
18 İyun 08:10
Siyasət
18 İyun 07:39
Dünya
18 İyun 07:27
Dünya
17 İyun 23:42
Dünya
17 İyun 23:35
Sosial
17 İyun 23:19
Dünya
17 İyun 22:56
Dünya
17 İyun 22:20
Dünya
17 İyun 22:09
Dünya
17 İyun 21:43
Dünya
17 İyun 21:32
Elm
17 İyun 21:18
Dünya
17 İyun 21:15
Elm
17 İyun 20:58
Dünya
17 İyun 20:25
Dünya
17 İyun 20:10
Elm
17 İyun 19:42
Dünya
17 İyun 19:30
Sosial
17 İyun 19:16
Siyasət
17 İyun 18:07
YAP xəbərləri
17 İyun 17:57
YAP xəbərləri
17 İyun 17:49
Siyasət
17 İyun 17:32
Siyasət
17 İyun 17:22
Siyasət
17 İyun 17:17
Gündəm
17 İyun 16:57
Elm
17 İyun 16:54
Dünya
17 İyun 16:54
Mədəniyyət
17 İyun 16:27
YAP xəbərləri
17 İyun 16:13
Gündəm
17 İyun 16:01
Sosial
17 İyun 16:00
Gündəm
17 İyun 15:56
Mədəniyyət
17 İyun 15:42
YAP xəbərləri
17 İyun 15:18
İdman
17 İyun 15:17
İqtisadiyyat
17 İyun 15:16
Gündəm
17 İyun 15:16
Elanlar
17 İyun 15:00
Siyasət
17 İyun 14:21
Sosial
17 İyun 13:54
Sosial
17 İyun 13:54
YAP xəbərləri
17 İyun 12:40
YAP xəbərləri
17 İyun 12:39
Mədəniyyət
17 İyun 12:38
Sosial
17 İyun 12:36
Siyasət
17 İyun 12:27
Sosial
17 İyun 12:19
Elm
17 İyun 11:58
Sosial
17 İyun 11:25
Sosial
17 İyun 11:24
Gündəm
17 İyun 10:51
Sosial
17 İyun 10:48
Sosial
17 İyun 10:48
Gündəm
17 İyun 10:35

