ARGTMŞ Azərbaycanı Malayziyada keçirilən beynəlxalq tədbirdə təmsil edib
30.06.2015 [10:04]
Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası (ARGTMŞ) tamhüquqlu və İdarə Heyətinin üzvü olduğu Dünya Gənclər Assambleyası tərəfindən Malayziyanın Melaka şəhərində təşkil olunan “15-ci Melaka Beynəlxalq Gənclər Dialoqu” adlı tədbirdə təmsil olunub. Melaka Əyalət Hökuməti, Asiya Gənclər Şurası, Malayziya Gənclər Şurası, Malayziya Gənclər və İdman Nazirliyinin dəstəyi ilə həyata keçirilən tədbirdə ARGTMŞ-ı təşkilatın İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Pərvin Piriyev təmsil edib.
ARGTMŞ-dan AZƏRTAC-a bildiriblər ki, tədbirdə Avropa, Asiya, Avstraliya və Afrika qitələrinin ölkələrindən Dünya Gənclər Assambleyası ilə əlaqəli olan, gənclərlə sıx işləyən qurumların lider və fəalları iştirak ediblər.
Tədbir gənclərin konfliktlərin cari vəziyyəti haqqında məlumatlandırılması, gənclər şuraları və digər maraqlı tərəflərin konfliktlərin həllində töhfələrinin və rolunun təsnifləşdirilməsi, münaqişələrə qarşı mübarizədə iştirakı və rolunun artırılması məqsədilə təşkil olunub.
İki gün davam edən tədbir plenar iclaslar və işçi qruplar üzrə aparılıb. İşçi qruplar zamanı idarəetmədə gənclərin iştirakının təmin olunması, gənclərlə bağlı proqramlar və təcrübələrdən danışılıb. ARGTMŞ-ın nümayəndəsinin iştirak etdiyi işçi qrupda Azərbaycanda gənclər sahəsində görülən işlər, Dövlət Gənclər Proqramı haqqında məlumat verilib. Azərbaycanda bu istiqamətdə görülən işlər uğurlu təcrübə kimi qəbul olunub və bütün iştirakçıların yer aldığı plenar iclas zamanı qeyd edilib.
P.Piriyev, həmçinin səfər çərçivəsində Dünya Gənclər Assambleyasının icra komitəsinin birinci iclasında iştirak edib. Melaka şəhərinin (ştatın) Baş naziri Mohd Ali Rustam və Dünya Gənclər Assambleyasının sədri İdris Haronun iştirakı ilə keçən iclasda Dünya Gənclər Assambleyasının hesabatı təqdim olunub və görüləcək işlərdən danışılıb. Tədbirin sonunda işçi qruplar və plenar iclaslar zamanı fikir mübadiləsi əsasında bəyannamə qəbul olunub. Tədbir təntənəli bağlanış mərasimi ilə başa çatıb.
Məlumat üçün qeyd edək ki, Dünya Gənclər Assambleyası 1949-cu ildən fəaliyyət göstərir və BMT-nin İqtisadi və Sosial Şurasının məşvərətçi statuslu üzvüdür. Təşkilat Avropa, Asiya, Avstraliya, Afrika və Amerika qitələrindən 120-dək gənclər platformasını birləşdirir. 2014-cü il dekabrın 10-da ARGTMŞ Dünya Gənclər Assambleyasının İdarə Heyətinin üzvü seçilib.
Xəbər lenti
Hamısına baxDünya
18 İyun 09:05
Analitik
18 İyun 08:53
Sosial
18 İyun 08:35
Dünya
18 İyun 08:10
Siyasət
18 İyun 07:39
Dünya
18 İyun 07:27
Dünya
17 İyun 23:42
Dünya
17 İyun 23:35
Sosial
17 İyun 23:19
Dünya
17 İyun 22:56
Dünya
17 İyun 22:20
Dünya
17 İyun 22:09
Dünya
17 İyun 21:43
Dünya
17 İyun 21:32
Elm
17 İyun 21:18
Dünya
17 İyun 21:15
Elm
17 İyun 20:58
Dünya
17 İyun 20:25
Dünya
17 İyun 20:10
Elm
17 İyun 19:42
Dünya
17 İyun 19:30
Sosial
17 İyun 19:16
Siyasət
17 İyun 18:07
YAP xəbərləri
17 İyun 17:57
YAP xəbərləri
17 İyun 17:49
Siyasət
17 İyun 17:32
Siyasət
17 İyun 17:22
Siyasət
17 İyun 17:17
Gündəm
17 İyun 16:57
Elm
17 İyun 16:54
Dünya
17 İyun 16:54
Mədəniyyət
17 İyun 16:27
YAP xəbərləri
17 İyun 16:13
Gündəm
17 İyun 16:01
Sosial
17 İyun 16:00
Gündəm
17 İyun 15:56
Mədəniyyət
17 İyun 15:42
YAP xəbərləri
17 İyun 15:18
İdman
17 İyun 15:17
İqtisadiyyat
17 İyun 15:16
Gündəm
17 İyun 15:16
Elanlar
17 İyun 15:00
Siyasət
17 İyun 14:21
Sosial
17 İyun 13:54
Sosial
17 İyun 13:54
YAP xəbərləri
17 İyun 12:40
YAP xəbərləri
17 İyun 12:39
Mədəniyyət
17 İyun 12:38
Sosial
17 İyun 12:36
Siyasət
17 İyun 12:27
Sosial
17 İyun 12:19
Elm
17 İyun 11:58
Sosial
17 İyun 11:25
Sosial
17 İyun 11:24
Gündəm
17 İyun 10:51
Sosial
17 İyun 10:48
Sosial
17 İyun 10:48
Gündəm
17 İyun 10:35
Sosial
17 İyun 09:22
Sosial
17 İyun 08:49
Dünya
16 İyun 23:39
İdman
16 İyun 23:10
Dünya
16 İyun 22:56
Siyasət
16 İyun 22:49
Siyasət
16 İyun 22:48
YAP xəbərləri
16 İyun 22:28
Dünya
16 İyun 22:23
Dünya
16 İyun 21:47
Dünya
16 İyun 21:19
Dünya
16 İyun 20:53

