“Qaçqın və məcburi köçkünlər artıq “Böyük qayıdış” planının reallaşmasını istəyir”
19.06.2015 [09:36]
Əsrlərdir Türk dünyasına, xüsusilə azərbaycanlılara qarşı ermənilər tərəfindən yürüdülən genişmiqyaslı etnik təmizləmə siyasəti heç kimin diqqətindən yayınmır. Çox incə və soyuqqanlı şəkildə düşünülən və planlı olaraq həyata keçirilən bu məkrli siyasət kütləvi deportasiya və soyqırımı ilə müşayiət olunub. Hamıya yaxşı bəllidir ki, bu siyasətin ana xəttində torpaq davası, uydurma ərazi iddiaları, bir xalqın tarixini, adət-ənənəsini, mədəniyyətini və o xalqa aid olan başqa nə varsa, hamısını mənimsəmək kimi axmaq bir xülya dayanır.
Azərbaycan tarixinin qan yaddaşının ən ağrılı-acılı səhifələrindən olan deportasiya, soyqırımı və qaçqınlıq bəlaları xalqımıza çox baha başa gəlib. Son iki əsrdə Qafqazda azərbaycanlılara qarşı məqsədyönlü şəkildə həyata keçirilən etnik təmizləmə və soyqırımı siyasəti nəticəsində xalqımız milli faciə və məşəqqətlərə məruz qalıb. Mərhələ-mərhələ gerçəkləşdirilən qeyri-insani siyasət nəticəsində azərbaycanlılar indi Ermənistan adlandırılan ərazidən - min illər boyu öz doğma tarixi-etnik torpaqlarından didərgin salınaraq kütləvi qətl və qırğınlara məruz qalıb, xalqımıza məxsus minlərlə tarixi-mədəni abidə və yaşayış məskəni dağıdılaraq viran edilib.
...dünyanın ən çox qaçqın və məcburi köçkün yaşayan ölkəsi
BMT-nin Baş Məclisi 2000-ci ildə 20 iyun tarixini Ümumdünya Qaçqınlar Günü kimi müəyyən edən xüsusi qətnamə qəbul edib. Lakin təəssüf ki, indi bu mövzu biz azərbaycanlılar üçün də ən ağrılı mövzulardan biridir. Çünki Ermənistanın ölkəmizə hərbi təcavüzü Azərbaycanı dünyanın ən çox qaçqın və məcburi köçkün yaşayan ölkəsinə çevirib və bu da bütün dünyanın gözü qarşısında baş verən ədalətsizlik olub.
Bu gün ölkəmizə qarşı törədilən haqsızlıqlar, yeni tarixdə Ermənistanın Azərbaycana elan olunmamış müharibəsi nəticəsində öz yurdlarından didərgin düşən soydaşlarımızın problemlərinin həlli dövlətin qarşısında duran əsas vəzifələrdən biridir. Sözügedən problemlərin həlli istiqamətində Ümummilli lider Heydər Əliyevin bünövrəsini qoyaraq həyata keçirdiyi irimiqyaslı tədbirlər xüsusi önəm kəsb edib.
Uğurlu siyasətin davamı olaraq Prezident İlham Əliyevin “Qaçqın və məcburi köçkün problemi ölkə üçün bir nömrəli problemdir və Azərbaycan münaqişənin həllində heç bir güzəştə yol verməyəcək” sözləri Azərbaycanın tez ya da gec ərazi bütövlüyünün təmin ediləcəyini deməyə əsas verir.
Yeni tarixin fəxrli addımları olaraq azərbaycanlıların haqq səsinin dünyaya çatdırılması istiqamətində Heydər Əliyev Fondunun fəaliyyəti, eləcə də, “Xocalıya ədalət!” kampaniyasının genişmiqyaslı layihələri öz bəhrəsini verməkdədir. Artıq demək olar ki, bütün dünya azərbaycanlıların illərdir məruz qaldığı deportasiya və soyqırımından xəbərdardır.
Görülən işlər onu deməyə əsas verir ki, qaçqın və məcburi köçkünlərin doğma yurda “Böyük qayıdış”ı tezliklə gerçəyə çevrilə bilər. Çünki evindən, ata-baba yurdundan, tarixi məskənindən qovulan qaçqın və məcburi köçkünlər artıq “Böyük qayıdış” planının reallaşmasını istəyir...
Ceyhun Ələkbərov
“Soyqırımı Həqiqətlərinin
Tanıdılması” İctimai Birliyinin sədri
Xəbər lenti
Hamısına baxDünya
27 May 18:20
Dünya
27 May 17:31
Dünya
27 May 16:22
İdman
27 May 15:38
Hadisə
27 May 15:10
Dünya
27 May 14:59
Dünya
27 May 14:25
Mədəniyyət
27 May 13:41
Dünya
27 May 13:17
Dünya
27 May 12:59
Gündəm
27 May 12:23
Gündəm
27 May 11:35
Siyasət
27 May 11:19
Gündəm
27 May 10:52
Siyasət
27 May 10:36
Analitik
27 May 10:14
Sosial
27 May 09:57
Analitik
27 May 09:30
Analitik
27 May 09:15
Analitik
27 May 08:51
MEDİA
27 May 08:39
Siyasət
27 May 08:03
Siyasət
27 May 08:03
Sosial
27 May 07:54
Siyasət
27 May 07:44
Siyasət
27 May 07:42
Sosial
27 May 07:33
Siyasət
26 May 23:30
Siyasət
26 May 23:20
Sosial
26 May 23:19
Siyasət
26 May 22:59
Dünya
26 May 22:56
Siyasət
26 May 22:35
Siyasət
26 May 22:29
Siyasət
26 May 22:28
Siyasət
26 May 22:28
Siyasət
26 May 22:27
Dünya
26 May 22:24
Dünya
26 May 21:40
Sosial
26 May 21:38
Sosial
26 May 21:35
Sosial
26 May 21:17
Dünya
26 May 20:59
Dünya
26 May 20:25
Dünya
26 May 20:10
Dünya
26 May 19:41
Siyasət
26 May 19:32
Siyasət
26 May 19:32
YAP xəbərləri
26 May 19:28
Gündəm
26 May 19:25
İqtisadiyyat
26 May 19:13
Xəbər lenti
26 May 18:33
Gündəm
26 May 18:26
Gündəm
26 May 18:04
Siyasət
26 May 18:02
YAP xəbərləri
26 May 18:00
Dünya
26 May 17:20
Elm
26 May 17:19
Sosial
26 May 17:13
YAP xəbərləri
26 May 17:11
Sosial
26 May 17:11
Gündəm
26 May 17:09
Siyasət
26 May 17:08
İqtisadiyyat
26 May 17:07
Siyasət
26 May 16:59
Gündəm
26 May 16:52
Gündəm
26 May 16:51
Siyasət
26 May 16:43
YAP xəbərləri
26 May 16:29
Dünya
26 May 16:28

