Qəbələnin füsunkar təbiəti turistləri özünə cəlb edir
10.06.2015 [09:11]
İsti yay aylarında Qəbələ rayonu gözəl təbiətinə, sıx meşələrinə, soyuq bulaqlarına, mənzərəli çay və göllərinə, həmçinin müasir turizm infrastrukturuna görə yerli və xarici turistlər üçün daha cəlbedici olur.
Rayon mədəniyyət və turizm şöbəsinin müdiri Nargilə Qafarova AZƏRTAC-a bildirib ki, Qəbələnin müasir turizm obyektlərində “Bakı-2015” birinci Avropa Oyunları ilə əlaqədar ölkəmizə çoxsaylı xarici qonaqların gələcəyi nəzərə alınaraq mühüm hazırlıq işləri görülüb.
Artıq Xorvatiya, Portuqaliya, Rusiya, BƏƏ və Türkiyədən birinci Avropa Oyunlarını izləmək üçün ölkəmizə gələn turistlər fürsətdən istifadə edərək, bu günlərdə Qəbələyə də üz tuturlar. Kanatla dağ gəzintisi, atla meşələrdə gəzintiyə çıxmaq, göllərdə qayıqla gəzmək və balıq tutmaq, meşələrdə heyvan və quş ovlamaq barədə düşünənlərin arzusu Qəbələdə gerçəkləşir. Birinci Avropa Oyunları günlərində Qəbələyə gələcək yerli və xarici turistlərin istirahətinin mənalı təşkili üçün “Qafqaz Resorte”, “Qafqaz Riverside”, “Qafqaz Karvansaray”, “Qafqaz Yengicə Termal Hotel və SPA” və “Qafqaz Sport”, “Qəbələ City” və “Yeddi Gözəl” otellərində, “Qəbələnd” istirahət və əyləncə mərkəzində yüksək şərait yaradılıb. Avropa Oyunları keçirilən günlərdə yerli və xarici turistlər Qəbələnin qədim tarixi, müasir şəhərsalma mədəniyyəti və ləziz mətbəxi ilə də yaxından tanış olmaq imkanı əldə edə biləcəklər.
Şöbə müdiri onu da qeyd edib ki, Qəbələdəki “Tufandağ” Qış-Yay Turizm İstirahət Kompleksi, Stend və Ox Atıcılığı Kompleksi, Çuxur Qəbələ kəndində yerləşən və 900 il Qafqaz Albaniyasının paytaxtı olan qədim Qəbələ şəhərinin qalıqları, Nic qəsəbəsindəki qədim “Cotari” alban kilsəsi, Vəndam qəsəbəsindəki “Yeddi gözəl” şəlaləsi, Qəbələ şəhərindəki “Beltman” piano fabriki, Qəbələ Tarix-Diyarşünaslıq Muzeyi turistlərin ən çox üz tutduqları yerlərdəndir. Həmçinin sıx meşəliklə əhatə olunan və Dəmiraparan çayının sahilində yerləşən “Qəbələ-Xanlar” İstirahət Mərkəzi ləziz təndir yeməkləri, daşarası kababı, qeyri-adi mürəbbələri və dadlı şirniyyatlarla təqdim olunan çay süfrəsi ilə yerli və xarici turistlərin marağını cəlb edir.
Nargilə Qafarova deyib ki, hazırda rayonda irili-xırdalı 100-ə yaxın turizm-istirahət obyekti fəaliyyətdədir. Həmin obyektlərdən 19-u beş, dörd və üçulduzlu otellər, müasir istirahət mərkəzləridir. Bu turizm obyektlərində gün ərzində 2500 qonağı qarşılamaq, onlara yüksək səviyyədə xidmət göstərmək mümkündür. Ötən il Qəbələyə 50 min 300-dən çox yerli və xarici turist gəlib. Bu il turistlərin sayının daha çox olacağı gözlənilir.
Xəbər lenti
Hamısına baxDünya
03 May 20:18
Maraqlı
03 May 19:25
Dünya
03 May 18:40
Sosial
03 May 18:16
İdman
03 May 18:14
Dünya
03 May 17:15
İdman
03 May 16:52
Maraqlı
03 May 16:39
Dünya
03 May 15:22
Analitik
03 May 14:54
Elm
03 May 14:31
Dünya
03 May 13:40
İqtisadiyyat
03 May 12:45
Dünya
03 May 12:17
Dünya
03 May 11:49
Dünya
03 May 11:20
İdman
03 May 10:58
Dünya
03 May 10:36
İdman
03 May 10:20
Dünya
03 May 09:43
İqtisadiyyat
03 May 09:14
İdman
03 May 08:50
Elm
03 May 08:22
İdman
03 May 07:30
Elm
03 May 07:24
İdman
02 May 23:35
Sosial
02 May 22:45
Analitik
02 May 21:56
Dünya
02 May 20:42
Dünya
02 May 19:34
YAP xəbərləri
02 May 18:39
Dünya
02 May 18:36
Sosial
02 May 17:36
Hadisə
02 May 16:29
Mədəniyyət
02 May 15:17
Sosial
02 May 14:22
İdman
02 May 13:31
Mədəniyyət
02 May 12:39
Gündəm
02 May 11:59
Gündəm
02 May 11:32
Siyasət
02 May 11:18
İqtisadiyyat
02 May 10:53
Gündəm
02 May 10:35
İqtisadiyyat
02 May 10:17
Analitik
02 May 09:56
Analitik
02 May 09:30
Sosial
02 May 09:16
Ədəbiyyat
02 May 08:54
Ədəbiyyat
02 May 08:31
Dünya
01 May 23:49
İqtisadiyyat
01 May 23:20
Sosial
01 May 22:46
Xəbər lenti
01 May 22:19
Siyasət
01 May 22:07
Dünya
01 May 21:55
Hadisə
01 May 21:23
İqtisadiyyat
01 May 20:42
Mədəniyyət
01 May 20:17
Maraqlı
01 May 19:50
Dünya
01 May 19:23
Dünya
01 May 18:25
Dünya
01 May 17:32
Gündəm
01 May 16:55
Dünya
01 May 16:55
Maraqlı
01 May 16:39
YAP xəbərləri
01 May 15:50
Dünya
01 May 15:22
Siyasət
01 May 14:53
Siyasət
01 May 14:52
YAP xəbərləri
01 May 14:52

