/ / “Azərbaycanın davamlı inkişafında vergi siyasətinin rolu” mövzusunda elmi-praktik konfrans keçirilib
“Azərbaycanın davamlı inkişafında vergi siyasətinin rolu” mövzusunda elmi-praktik konfrans keçirilib
06.06.2015 [11:08]
Tədbir çərçivəsində Vergilər Nazirliyi ilə ali məktəblər arasında əməkdaşlıq haqqında saziş imzalanıb
İyunun 5-də Vergilər Nazirliyinin təşkilatçılığı ilə Nazirliyin Şamaxıda yerləşən Tədris Mərkəzində “Azərbaycanın davamlı inkişafında vergi siyasətinin rolu” mövzusunda elmi-praktik konfrans keçirilib. Konfransda iqtisadçı alimlər, Vergilər Nazirliyinin, Milli Elmlər Akademiyasının müvafiq strukturlarının, ali təhsil müəssisələrinin, kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak edib.
Qonaqlar əvvəlcə Vergilər Nazirliyinin Tədris Mərkəzinin yeni təmirdən çıxmış inzibati binası ilə tanış olublar. Vergilər nazirinin müşaviri Ələkbər Məmmədov konfransı açaraq tədbirin əhəmiyyəti barədə iştirakçılara məlumat verib. Bildirilib ki, hazırda Azərbaycanda sosial-iqtisadi inkişafın davamlılığının təmin edilməsi və yetkin bazar iqtisadiyyatının qurulması istiqamətində sistemli işlər aparılır və Azərbaycanın hazırkı sosial-iqtisadi inkişaf səviyyəsi ona inkişafın keyfiyyətcə yeni mərhələsinə qədəm qoyması üçün böyük imkanlar yaradır. 2012-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təşəbbüsü və bilavasitə rəhbərliyi ilə hazırlanmış “Azərbaycan 2020: Gələcəyə baxış” İnkişaf Konsepsiyası məhz həmin imkanlardan səmərəli istifadə yollarını və inkişafın davamlılığının təmin edilməsi üçün strateji hədəfləri müəyyən edən əsas proqramdır. Konsepsiyada qeyd olunan hədəflərə çatmaq üçün ölkəmizin vergi sistemi qarşısında tənzimləmə məsələlərində daha aktiv vergi siyasətinə keçidin təmin edilməsi, vergi dərəcələrinin optimallaşdırılması kimi vəzifələr qoyulub. Bu hədəflər vergi siyasətinin səmərəliliyinin artırılması üçün elmi araşdırmaların aparılmasına, əsaslandırılmış nəzəri və tətbiqi xarakterli ideyalara böyük zərurət yaradır.
Tədbirdə Milli Məclisin İqtisadi siyasət komitəsinin sədri, akademik Ziyad Səmədzadə, millət vəkili, professor Xanhüseyn Kazımlı, AMEA Aşqarlar Kimyası İnstitutunun direktoru, akademik Vaqif Fərzəliyev, Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru, professor Ədalət Muradov, vergilər nazirinin müşaviri AMEA-nın müxbir üzvü, professor Akif Musayev, AMEA-nın İqtisadiyyat İnstitutunun direktoru, professor Nazim İmanov, İqtisadiyyat və Sənaye Nazirliyinin İqtisadi İslahatlar Elmi-Tədqiqat İnstitutunun direktoru, professor Vilayət Vəliyev məruzələrlə çıxış ediblər. Sonra konfrans öz işini sessiyalarda davam etdirib.
“İqtisadi inkişaf və vergi siyasəti” adı altında keçirilən birinci sessiyada vergi siyasəti və iqtisadi stimullaşdırma, iqtisadiyyatın modernləşdirilməsi və vergi qanunvericiliyinin təkmilləşdirilməsi, aktiv vergi siyasəti və vergi mexanizmləri, vergitutmada könüllülük prinsipi və partnyorluq istiqamətləri üzrə müzakirələr aparılıb, təqdimatlar dinlənilib.
“Sosial inkişaf və vergitutma” adlı ikinci sessiyada müzakirə olunan əsas mövzular isə sosial-iqtisadi bərabərsizliklərin tənzimlənməsində vergi siyasətinin rolu, sosial-əmək münasibətlərinin tənzimlənməsində vergi nəzarəti, korporativ sosial məsuliyyət və vergi öhdəlikləri, vergi mədəniyyəti, vergi vərdişlərinin formalaşmasında təhsilin rolu və s. ilə bağlı olub.
Tədbir çərçivəsində Vergilər Nazirliyi ilə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası və Azərbaycan Dövlət İqtisad Universiteti arasında əməkdaşlıq haqqında ikitərəfli sazişlər imzalanıb.
KİV nümayəndələri üçün keçirilən brifinqdə jurnalistlərin çoxsaylı sualları cavablandırılıb.
Xəbər lenti
Hamısına baxDünya
26 İyul 12:20
Dünya
26 İyul 11:35
Dünya
26 İyul 10:19
Dünya
26 İyul 09:55
Dünya
26 İyul 09:24
Dünya
26 İyul 08:50
Hadisə
26 İyul 08:39
Dünya
25 İyul 23:20
Dünya
25 İyul 22:35
Dünya
25 İyul 21:19
Dünya
25 İyul 20:27
Dünya
25 İyul 19:15
Dünya
25 İyul 18:22
Dünya
25 İyul 17:45
Hadisə
25 İyul 16:31
Dünya
25 İyul 15:19
Dünya
25 İyul 14:25
Gündəm
25 İyul 14:07
Dünya
25 İyul 13:33
Gündəm
25 İyul 12:28
Gündəm
25 İyul 11:50
Gündəm
25 İyul 11:35
Siyasət
25 İyul 11:13
Sosial
25 İyul 10:52
Siyasət
25 İyul 10:34
Gündəm
25 İyul 10:18
Analitik
25 İyul 09:59
Analitik
25 İyul 09:32
Ədəbiyyat
25 İyul 09:15
Ədəbiyyat
25 İyul 08:50
Ədəbiyyat
25 İyul 08:37
YAP xəbərləri
24 İyul 23:50
YAP xəbərləri
24 İyul 23:44
Dünya
24 İyul 23:31
Sosial
24 İyul 23:17
Dünya
24 İyul 22:59
Dünya
24 İyul 22:20
İqtisadiyyat
24 İyul 22:06
Dünya
24 İyul 21:43
Dünya
24 İyul 21:33
Dünya
24 İyul 21:16
Dünya
24 İyul 20:58
Dünya
24 İyul 20:25
Dünya
24 İyul 20:10
Dünya
24 İyul 19:41
Dünya
24 İyul 19:30
Dünya
24 İyul 19:17
Dünya
24 İyul 18:32
YAP xəbərləri
24 İyul 18:12
Dünya
24 İyul 17:25
Dünya
24 İyul 16:19
Xəbər lenti
24 İyul 16:02
Dünya
24 İyul 15:22
Dünya
24 İyul 15:01
Dünya
24 İyul 14:46
YAP xəbərləri
24 İyul 14:39
YAP xəbərləri
24 İyul 14:32
Dünya
24 İyul 14:31
YAP xəbərləri
24 İyul 14:25
YAP xəbərləri
24 İyul 14:17
YAP xəbərləri
24 İyul 14:13
Siyasət
24 İyul 14:00
Dünya
24 İyul 13:59
Siyasət
24 İyul 13:59
Sosial
24 İyul 13:57
Siyasət
24 İyul 13:56
İqtisadiyyat
24 İyul 13:34
Xəbər lenti
24 İyul 13:32
Sosial
24 İyul 13:31
YAP xəbərləri
24 İyul 13:29

