Bakıda “Bizim böyük ailəmiz” adlı xeyriyyə satış-sərgisi açılıb
05.06.2015 [10:30]
İyunun 4-də Təhsil Nazirliyinin təşkilatçılığı ilə “Bizim böyük ailəmiz” adlı xeyriyyə satış-sərgisinin açılışı olub.
AZƏRTAC xəbər verir ki, tədbirdə çıxış edən təhsil naziri Mikayıl Cabbarov ölkəmizdə uşaqların rifahının yüksəldilməsinin dövlətimizin daim diqqət mərkəzində olduğunu söyləyib.
M.Cabbarov Ümummilli lider Heydər Əliyevin uşaqların müdafiəsi sahəsində gördüyü işlərin bu gün Prezident İlham Əliyev və Azərbaycanın birinci xanımı Mehriban Əliyeva tərəfindən uğurla davam etdirildiyini bildirib.
Valideyn himayəsindən məhrum olmuş uşaqların müdafiəsi istiqamətində görülən işlərdən söz açan təhsil naziri inklüziv təhsil barədə fikirlərini diqqətə çatdırıb. Qeyd edilib ki, hazırda minlərlə uşaq ümumtəhsil müəssisələrində təhsil almaq imkanına malik deyildir. İlk dəfə olaraq bu ilin sentyabrından ümumtəhsil məktəblərində inklüziv təhsilin tətbiqinə başlanacaqdır. Bakının iki məktəbində sağlamlıq imkanları məhdud olan uşaqlar təhsil alacaqlar. Bu prosesin iki böyük elementi vardır. Bunlardan biri sosiallaşma amilidir ki, həmin şagirdlər bunun nəticəsində ümumtəhsil məktəblərində təhsil almaqla cəmiyyətə onun tamhüquqlu üzvləri kimi inteqrasiya oluna biləcəklər. Digər məsələ isə təlim-tərbiyə prosesi ilə bağlıdır. Bu istiqamətdə də məzmundan təlimədək olan sahələri əhatə edən xüsusi proqramlar hazırlanmalıdır.
Xeyriyyə sərgisinin əhəmiyyətindən danışan M.Cabbarov bunu gənclərin yaşlı nəslə vətəndaşlıq nümunəsinin təzahürü kimi dəyərləndirib.
Tədbirdə 11 nömrəli inteqrasiya təlimli internat məktəbinin direktoru Gülnarə Abdullayeva uşaqların sərgiyə xüsusi həvəslə hazırlaşdıqlarını söyləyib. Bildirilib ki, sərgidə bu məktəbin sağlamlıq imkanları məhdud şagirdlərinin əl işlərindən ibarət 200-dək rəsm və əl işləri nümayiş etdirilir. Satışdan əldə olunan vəsait Bilgəh qəsəbəsindəki qocalar evi sakinlərinin yay istirahətinin təşkili üçün həmin müəssisəyə köçürüləcək.
Daha sonra internat məktəblərinin beynəlxalq tədbirlərdə qazandıqları uğurlardan söz açılıb, uşaqların ifasında şeir, mahnı və səhnəciklər təqdim olunub.
Xəbər lenti
Hamısına baxAnalitik
18 İyun 11:25
Gündəm
18 İyun 11:23
Siyasət
18 İyun 10:47
Siyasət
18 İyun 10:46
Siyasət
18 İyun 10:45
Siyasət
18 İyun 10:44
Siyasət
18 İyun 10:44
Siyasət
18 İyun 10:43
Siyasət
18 İyun 10:43
Sosial
18 İyun 10:39
Dünya
18 İyun 10:17
Gündəm
18 İyun 09:45
İqtisadiyyat
18 İyun 09:40
Ədəbiyyat
18 İyun 09:16
Dünya
18 İyun 09:05
Analitik
18 İyun 08:53
Sosial
18 İyun 08:35
Dünya
18 İyun 08:10
Siyasət
18 İyun 07:39
Dünya
18 İyun 07:27
Dünya
17 İyun 23:42
Dünya
17 İyun 23:35
Sosial
17 İyun 23:19
Dünya
17 İyun 22:56
Dünya
17 İyun 22:20
Dünya
17 İyun 22:09
Dünya
17 İyun 21:43
Dünya
17 İyun 21:32
Elm
17 İyun 21:18
Dünya
17 İyun 21:15
Elm
17 İyun 20:58
Dünya
17 İyun 20:25
Dünya
17 İyun 20:10
Elm
17 İyun 19:42
Dünya
17 İyun 19:30
Sosial
17 İyun 19:16
Siyasət
17 İyun 18:07
YAP xəbərləri
17 İyun 17:57
YAP xəbərləri
17 İyun 17:49
Siyasət
17 İyun 17:32
Siyasət
17 İyun 17:22
Siyasət
17 İyun 17:17
Gündəm
17 İyun 16:57
Elm
17 İyun 16:54
Dünya
17 İyun 16:54
Mədəniyyət
17 İyun 16:27
YAP xəbərləri
17 İyun 16:13
Gündəm
17 İyun 16:01
Sosial
17 İyun 16:00
Gündəm
17 İyun 15:56
Mədəniyyət
17 İyun 15:42
YAP xəbərləri
17 İyun 15:18
İdman
17 İyun 15:17
İqtisadiyyat
17 İyun 15:16
Gündəm
17 İyun 15:16
Elanlar
17 İyun 15:00
Siyasət
17 İyun 14:21
Sosial
17 İyun 13:54
Sosial
17 İyun 13:54
YAP xəbərləri
17 İyun 12:40
YAP xəbərləri
17 İyun 12:39
Mədəniyyət
17 İyun 12:38
Sosial
17 İyun 12:36
Siyasət
17 İyun 12:27
Sosial
17 İyun 12:19
Elm
17 İyun 11:58
Sosial
17 İyun 11:25
Sosial
17 İyun 11:24
Gündəm
17 İyun 10:51
Sosial
17 İyun 10:48

