“Yaşıl Marafon” layihəsinə yekun vurulub
03.06.2015 [09:18]
2014-cü ilin noyabr ayında IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə başladılmış “Ümumrespublika Yaşıl Marafon” layihəsinə bu il mayın 30-da yekun vurulub.
Layihə çərçivəsində 2014-cü ilin payız və 2015-ci ilin yaz əkin mövsümləri zamanı ölkə ərazisində ümumilikdə 1,5 milyona yaxın müxtəlif cinsli ağaclar əkilib. “Yaşıl Marafon”un gedişi, həmçinin əkilmiş ağaclar barədə məlumatlar, rayon və şəhərlər üzrə hesabat və ağacəkmə aksiyalarından fotoşəkillər layihənin internet səhifəsində yerləşdirilib (http://ideacampaign.org/green_marathone/).
“Yaşıl Marafon” başlandığı ilk gündən etibarən ictimaiyyət tərəfindən geniş maraqla qarşılanıb və dövlət qurumları, özəl şirkətlər, vətəndaş cəmiyyəti nümayəndələri onun gedişatında xüsusi fəallıq nümayiş etdiriblər. Ağacəkmə aksiyalarına ölkəmizin 76 rayon və şəhər icra hakimiyyəti qoşulub.
IDEA İctimai Birliyi “Yaşıl Marafon” layihəsinin uğurla həyata keçirilməsinə və ölkəmizin ətraf mühitinə verdikləri töhfəyə görə bütün tərəfdaşlara dərin minnətdarlığını bildirir.
IDEA ölkə ərazisində yaşıllıqların qorunması və artırılması məsələsinə xüsusi həssaslıqla yanaşır. Belə ki, məhz İctimai Birliyin təşəbbüsü ilə son 4 ildə Azərbaycanda 4 milyondan artıq ağac əkilib. Bununla yanaşı, IDEA İctimai Birliyi və Heydər Əliyev Fondunun birgə təşəbbüsü ilə 2014-cü ilin may ayında təsis edilmiş “Ağacların kəsilməsinə yox” proqramı fəaliyyət göstərdiyi bir il ərzində Bakı şəhəri və ətraf rayonlarda qanunsuz ağac kəsilməsinin qarşısının alınmasına əhəmiyyətli töhfə verib. Proqram çərçivəsində yaradılmış (şəhər telefonları və bütün mobil operatorlardan) “1113” qaynar xəttinə bu günə kimi vətəndaşlardan 150 şikayət daxil olub və hər bir şikayət Proqram çərçivəsində fəaliyyət göstərən “Təbiətə təcili yardım” mobil qrupu tərəfindən yerində araşdırılıb və məhv edilmiş yaşıllıqların bərpası məqsədilə müvafiq dövlət qurumları ilə birlikdə zəruri tədbirlər görülüb. (http://ideacampaign.org/az/first_aid_to_the_nature/).
IDEA İctimai Birliyi ölkəmizdə yaşıllıqların mühafizəsi və artırılması səylərini bundan sonra da davam etdirmək niyyətindədir.
Xəbər lenti
Hamısına baxMaraqlı
18 İyun 14:49
Siyasət
18 İyun 14:36
Siyasət
18 İyun 14:35
Siyasət
18 İyun 14:35
Siyasət
18 İyun 14:34
Sosial
18 İyun 14:33
Siyasət
18 İyun 14:32
Dünya
18 İyun 14:27
YAP xəbərləri
18 İyun 14:25
YAP xəbərləri
18 İyun 14:23
Sosial
18 İyun 14:16
Sosial
18 İyun 14:14
Dünya
18 İyun 13:48
Dünya
18 İyun 13:20
YAP xəbərləri
18 İyun 13:15
Gündəm
18 İyun 13:04
Siyasət
18 İyun 12:57
İqtisadiyyat
18 İyun 12:47
İqtisadiyyat
18 İyun 12:43
Sosial
18 İyun 12:43
Sosial
18 İyun 12:41
İqtisadiyyat
18 İyun 12:41
Sosial
18 İyun 12:40
Siyasət
18 İyun 12:18
Dünya
18 İyun 11:59
Analitik
18 İyun 11:25
Gündəm
18 İyun 11:23
Gündəm
18 İyun 10:55
Siyasət
18 İyun 10:47
Siyasət
18 İyun 10:46
Siyasət
18 İyun 10:45
Siyasət
18 İyun 10:44
Siyasət
18 İyun 10:44
Siyasət
18 İyun 10:43
Siyasət
18 İyun 10:43
Sosial
18 İyun 10:39
Dünya
18 İyun 10:17
İqtisadiyyat
18 İyun 09:40
Ədəbiyyat
18 İyun 09:16
Dünya
18 İyun 09:05
Analitik
18 İyun 08:53
Sosial
18 İyun 08:35
Dünya
18 İyun 08:10
Siyasət
18 İyun 07:39
Dünya
18 İyun 07:27
Dünya
17 İyun 23:42
Dünya
17 İyun 23:35
Sosial
17 İyun 23:19
Dünya
17 İyun 22:56
Dünya
17 İyun 22:20
Dünya
17 İyun 22:09
Dünya
17 İyun 21:43
Dünya
17 İyun 21:32
Elm
17 İyun 21:18
Dünya
17 İyun 21:15
Elm
17 İyun 20:58
Dünya
17 İyun 20:25
Dünya
17 İyun 20:10
Elm
17 İyun 19:42
Dünya
17 İyun 19:30
Sosial
17 İyun 19:16
Siyasət
17 İyun 18:07
YAP xəbərləri
17 İyun 17:57
YAP xəbərləri
17 İyun 17:49
Siyasət
17 İyun 17:32
Siyasət
17 İyun 17:22
Siyasət
17 İyun 17:17
Gündəm
17 İyun 16:57
Elm
17 İyun 16:54
Dünya
17 İyun 16:54

