/ / POS-terminalların quraşdırılması və onlardan istifadə olunması Vergilər Nazirliyi tərəfindən ciddi nəzarətə götürülüb
POS-terminalların quraşdırılması və onlardan istifadə olunması Vergilər Nazirliyi tərəfindən ciddi nəzarətə götürülüb
28.05.2015 [11:04]
İlqar Əhmədov: Birinci Avropa Oyunlarının keçirilməsi ilə əlaqədar diqqət mərkəzində olan ən mühüm məsələlərdən biri də nağdsız əməliyyatların həcminin artırılması üçün bütün obyektlərdə, xüsusilə ticarət, xidmət və iaşə obyektlərində POS-terminalların quraşdırılması və istifadə edilməsidir
Məlum olduğu kimi, 15 gündən sonra keçiriləcək birinci Avropa Oyunları zamanı ölkəmizə çoxlu sayda idmançılar və azarkeşlər gələcək. Bu, Bakıda və ümumiyyətlə, Azərbaycanda bir sıra xidmət sahələrinin, o cümlədən, müxtəlif ticarət, əyləncə, iaşə və s. obyektlərin Avropa səviyyəsinə uyğunlaşdırılmasını tələb edir. Bu amil nəzərə alınmaqla POS-terminalların quraşdırılması və onlardan istifadə olunması Vergilər Nazirliyi tərəfindən ciddi nəzarətə götürülüb.
Vergilər nazirinin audit və operativ nəzarət sahələri üzrə müşaviri İlqar Əhmədov bildirib ki, birinci Avropa Oyunlarının keçirilməsi ilə əlaqədar diqqət mərkəzində olan ən mühüm məsələlərdən biri də nağdsız əməliyyatların həcminin artırılması üçün bütün obyektlərdə, xüsusilə, ticarət, xidmət və iaşə obyektlərində POS-terminalların quraşdırılması və istifadə edilməsidir: “Vergilər Nazirliyi tərəfindən yaradılmış qərargaha vergi ödəyicilərinə məxsus təsərrüfat subyektlərində POS-terminalların quraşdırılması, istifadəsi, işlək vəziyyətdə olması, ondan istifadə qaydalarının mənimsənilməsinin nəzarətdə saxlanılması, əhali ilə hesablaşmalar sahəsində qanunvericiliyə əməl olunması işlərini diqqətdə saxlamaq həvalə edilib. Bunun üçün vergi əməkdaşları təhkim edilib və müvafiq işlərin yerinə yetirilməsi istiqamətində operativ tədbirlərin həyata keçirilməsinə başlanılıb”.
Qeyd olunub ki, banklar tərəfindən verilmiş sifarişlər üzrə təkcə keçən ildən bəri ölkəmizə 75 min ədəd POS-terminal gətirilib: “Onların bir hissəsi “kart vasitəsilə birbaşa təmas olmadan” istifadəni nəzərdə tutan xüsusi qurğulardır ki, bunlar inkişaf etmiş ölkələrdə son illərdə tətbiq edilməkdədir. İlin əvvəlindən indiyədək respublikada POS-terminalların sayı 81,7 mindən 86 minə çatdırılıb. Fəaliyyətini dayandırmış iki minə yaxın obyekt üzrə POS-terminallar qeydiyyatdan çıxarılıb. İndiyədək quraşdırılmış POS-terminalların 62,4%-i Bakı şəhərinin, 37,6%-i isə regionların payına düşür. 2015-ci ildə əlavə quraşdırılmış POS-terminalların sayında regionların payı daha çoxdur”.
May ayından bütün respublikada, xüsusilə, Bakı və Mingəçevir şəhərində yerləşən 30287 obyekt üzrə POS-terminalların işlək vəziyyətdə olması yoxlanılıb, onlardan 1632-nin nasaz olduğu müəyyən edilib və 1430-u təmir olunaraq obyektlərə qaytarılıb. Bu qurğuların işlək vəziyyətdə olması yoxlanılan zaman POS-terminallardan istifadə qaydaları bir daha vergi ödəyicilərinə və ya onların işçilərinə əyani şəkildə göstərilib.
Statistik göstəricilərə əsasən, POS-terminalların tətbiqinin genişləndirilməsi nağdsız dövriyyənin artmasına da tədricən təsir göstərməkdədir. Nağdsız ödənişlərin həcmi 2014-cü ilin ilk rübü ərzində 154 milyon manat olduğu halda, 2015-ci ilin müvafiq dövrü üzrə bu rəqəm 172 milyon manat təşkil edib, artım həcmi 18 milyon və ya 12% olub.
Vergilər Nazirliyi tərəfindən POS-terminallardan istifadənin üstünlükləri və istifadə qaydası barədə həm əhali, həm də vergi ödəyiciləri arasında mütəmadi məlumatlandırma işləri aparılır.
Xəbər lenti
Hamısına baxDünya
26 May 20:25
Dünya
26 May 20:10
Dünya
26 May 19:41
YAP xəbərləri
26 May 19:28
İqtisadiyyat
26 May 19:13
Xəbər lenti
26 May 18:33
Gündəm
26 May 18:04
Siyasət
26 May 18:02
YAP xəbərləri
26 May 18:00
Dünya
26 May 17:20
Elm
26 May 17:19
Sosial
26 May 17:13
YAP xəbərləri
26 May 17:11
Sosial
26 May 17:11
Gündəm
26 May 17:09
Siyasət
26 May 17:08
İqtisadiyyat
26 May 17:07
Siyasət
26 May 16:59
Gündəm
26 May 16:52
Gündəm
26 May 16:51
Siyasət
26 May 16:43
YAP xəbərləri
26 May 16:29
Dünya
26 May 16:28
Sosial
26 May 16:24
Sosial
26 May 16:10
YAP xəbərləri
26 May 16:00
YAP xəbərləri
26 May 15:48
YAP xəbərləri
26 May 15:47
YAP xəbərləri
26 May 15:38
Sosial
26 May 15:35
Sosial
26 May 15:35
Sosial
26 May 15:34
Siyasət
26 May 15:30
İdman
26 May 15:29
YAP xəbərləri
26 May 15:15
Sosial
26 May 15:00
Hadisə
26 May 14:25
Siyasət
26 May 14:10
YAP xəbərləri
26 May 14:09
Sosial
26 May 14:09
Sosial
26 May 14:01
Hərbi
26 May 13:59
Xəbər lenti
26 May 13:58
Siyasət
26 May 13:56
YAP xəbərləri
26 May 13:55
Xəbər lenti
26 May 13:54
Sosial
26 May 13:53
Sosial
26 May 13:53
Sosial
26 May 13:52
Xəbər lenti
26 May 13:37
İdman
26 May 13:09
Sosial
26 May 12:55
YAP xəbərləri
26 May 12:53
Diaspor
26 May 12:30
YAP xəbərləri
26 May 12:27
Siyasət
26 May 12:27
Siyasət
26 May 12:26
Siyasət
26 May 12:01
YAP xəbərləri
26 May 11:52
Gündəm
26 May 11:51
Gündəm
26 May 11:26
Siyasət
26 May 11:12
Sosial
26 May 11:03
Sosial
26 May 11:02
Siyasət
26 May 10:42
Sosial
26 May 10:41
YAP xəbərləri
26 May 10:32
Gündəm
26 May 10:17
İqtisadiyyat
26 May 09:51
Analitik
26 May 09:35

