/ / BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının Baş direktoru Bakı Dövlət Universitetinin fəxri doktoru seçilib
BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının Baş direktoru Bakı Dövlət Universitetinin fəxri doktoru seçilib
26.05.2015 [10:05]
Mayın 25-də Bakı Dövlət Universitetində (BDU) Birləşmiş Millətlər Təşkilatının (BMT) Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) Baş direktoru Jose Qratsiano Da Silvaya BDU-nun fəxri doktoru adının verilməsi münasibətilə tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, əvvəlcə qonaq universitetin nanoaraşdırmalar laboratoriyası və Heydər Əliyev Muzeyi ilə tanış olub.
Tədbirdə BDU-nun rektoru, Milli Məclisin deputatı, akademik Abel Məhərrəmov təhsilin və elmin inkişafında, müasir dünyada ərzaq təhlükəsizliyinin təmin edilməsində xüsusi xidmətləri olan Jose Qratsiano Da Silvanın bütün dünyada, o cümlədən Azərbaycanda yaxşı tanınan böyük şəxsiyyət, görkəmli siyasətçi olduğunu bildirib. Rektor FAO-nun Baş direktorunun bioqrafiyası barədə geniş məlumat verib. Qeyd olunub ki, Joze Qratsiano Da Silva təşkilatın 2011-ci ildə keçirilən konfransında FAO-nun Baş direktoru seçilib. 2012-ci ildən bəri o, təşkilatın daxilində böyük transformasiya dəyişikliklərinə rəhbərlik edib.
BDU-nun tarixi, beynəlxalq əlaqələri, qazandığı uğurlar barədə məlumat verən rektor bu ali təhsil müəssisəsinin çox şöhrətli məzunlarının, dünya səviyyəsində tanınan görkəmli alimlərinin olduğunu söyləyib. Bildirilib ki, Azərbaycan xalqı, dünya elmi və mədəniyyəti qarşısında, habelə xalqlar arasında dostluq, beynəlxalq əlaqələr, insan haqları, demokratiyanın inkişafı sahəsində böyük xidmətlər göstərmiş bir sıra tarixi şəxsiyyətlər universitetin fəxri doktoru adına layiq görülüb.
Akademik qeyd edib ki, BDU-nun elmi şurasının 2015-ci il 23 may tarixli iclasının qərarına əsasən elmin və təhsilin inkişafında böyük roluna, xalqlar arasında dostluq əlaqələrinin möhkəmləndirilməsində və dünyada ərzaq təhlükəsizliyinin təmin edilməsindəki əvəzsiz xidmətlərinə görə Jose Qratsiano Da Silva universitetin fəxri doktoru adına layiq görülür.
Sonra rektor fəxri doktor diplomunu və mantiyanı qonağa təqdim edib.
Jose Qratsiano Da Silva BDU-nun fəxri doktoru adına layiq görülməsindən məmnunluğunu bildirib, kollektivə uğurlar arzulayıb. O, yoxsulluqdan azad olan cəmiyyətin qurulmasında ali təhsil müəssisələri ilə birgə əməkdaşlığın vacibliyini vurğulayıb. Dünyada yoxsulluğun və aclığın qarşısının alınması üçün 2015-ci ildə artıq böyük uğurlar qazanıldığını söyləyən qonaq bildirib ki, Azərbaycan dünya ölkələri arasında milli iqtisadi məqsədlərinə nail olan dövlətlərdəndir. FAO-nun Baş direktoru Azərbaycanın əldə etdiyi bu nailiyyətlərin xüsusilə region ölkələri üçün yaxşı nümunə olacağını söyləyib.
Xəbər lenti
Hamısına baxGündəm
19 İyun 10:30
Sosial
19 İyun 10:29
Gündəm
19 İyun 10:15
Analitik
19 İyun 09:59
Ədəbiyyat
19 İyun 09:31
Ədəbiyyat
19 İyun 09:17
Sosial
19 İyun 08:50
Sosial
19 İyun 08:34
Dünya
18 İyun 23:35
Mədəniyyət
18 İyun 23:19
Dünya
18 İyun 22:41
Dünya
18 İyun 22:34
Dünya
18 İyun 22:16
İdman
18 İyun 21:58
İqtisadiyyat
18 İyun 21:22
İqtisadiyyat
18 İyun 21:09
Siyasət
18 İyun 20:45
Müsahibə
18 İyun 20:31
Dünya
18 İyun 20:17
Müsahibə
18 İyun 19:53
Analitik
18 İyun 19:22
İqtisadiyyat
18 İyun 19:20
Sosial
18 İyun 19:11
Gündəm
18 İyun 18:55
Dünya
18 İyun 18:20
Dünya
18 İyun 17:35
Dünya
18 İyun 16:29
Xəbər lenti
18 İyun 15:58
Dünya
18 İyun 15:31
İqtisadiyyat
18 İyun 15:16
Maraqlı
18 İyun 14:49
Siyasət
18 İyun 14:36
Siyasət
18 İyun 14:35
Siyasət
18 İyun 14:35
Siyasət
18 İyun 14:34
Sosial
18 İyun 14:33
Siyasət
18 İyun 14:32
Dünya
18 İyun 14:27
YAP xəbərləri
18 İyun 14:25
YAP xəbərləri
18 İyun 14:23
Sosial
18 İyun 14:16
Sosial
18 İyun 14:14
Dünya
18 İyun 13:48
Dünya
18 İyun 13:20
YAP xəbərləri
18 İyun 13:15
Gündəm
18 İyun 13:04
Siyasət
18 İyun 12:57
İqtisadiyyat
18 İyun 12:47
İqtisadiyyat
18 İyun 12:43
Sosial
18 İyun 12:43
Sosial
18 İyun 12:41
İqtisadiyyat
18 İyun 12:41
Sosial
18 İyun 12:40
Siyasət
18 İyun 12:18
Dünya
18 İyun 11:59
Analitik
18 İyun 11:25
Gündəm
18 İyun 11:23
Siyasət
18 İyun 10:47
Siyasət
18 İyun 10:46
Siyasət
18 İyun 10:45
Siyasət
18 İyun 10:44
Siyasət
18 İyun 10:44
Siyasət
18 İyun 10:43
Siyasət
18 İyun 10:43
Sosial
18 İyun 10:39
Dünya
18 İyun 10:17
İqtisadiyyat
18 İyun 09:40
Ədəbiyyat
18 İyun 09:16
Dünya
18 İyun 09:05
Analitik
18 İyun 08:53

