/ / Tərtər şəhərinin içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsinin icrasına başlanıb
Tərtər şəhərinin içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsinin icrasına başlanıb
20.05.2015 [09:48]
Azərbaycan hökuməti və İslam İnkişaf Bankı tərəfindən birgə maliyyələşdirilən “Azərbaycanın 6 rayonunda Milli Su Təchizatı və Kanalizasiya Proqramı layihəsi” çərçivəsində Tərtər şəhərinin içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsinin icrasına başlanıb. Tərtər şəhərində keçirilmiş təməlqoyma mərasimi ilə tikinti-quraşdırma işlərinə start verilib.
Təməlqoyma mərasimində çıxış edən Tərtər rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov bu əlamətdar hadisə münasibəti ilə rayon sakinlərini təbrik edib, icrasına yeni başlanan layihənin böyük əhəmiyyətə malik olduğunu diqqətə çatdırıb: “Cəbhə bölgəsində yerləşən rayonumuz Prezident İlham Əliyevin diqqət və qayğısı sayəsində özünün yeni inkişaf dövrünü yaşayır. Su təchizatı və kanalizasiya sistemlərinin təməlinin qoyulması ilə tərtərlilərin ən böyük arzularından biri gerçəkliyə çevrilir. Əminik ki, layihənin icrası operativ həyata keçiriləcək, şəhər əhalisi ilə yanaşı, ətraf kəndlərimizin sakinləri də keyfiyyətli içməli su ilə təmin olunacaqlar”.
“Azərsu” ASC-nin sədri Qorxmaz Hüseynov çıxış edərək təmas xəttində düşmən mövqelərinə yaxın ərazidə yerləşən Tərtər rayonunda su təchizatının və kanalizasiya sisteminin yenidən qurulması layihəsinə başlanılmasının rayonun sosial-iqtisadi həyatında son dərəcə əlamətdar bir hadisə olduğunu, bu layihənin bölgənin sosial-iqtisadi inkişafına öz töhfəsini verəcəyini vurğulayıb: “Cəbhə bölgəsində yerləşən Tərtər şəhərinin su təchizatının yaxşılaşdırılması həmişə aktual olmuşdur. Prezident İlham Əliyevin tapşırıqlarına əsasən sərhəd rayonlarının kommunal infrastrukturunun yaxşılaşdırılmasına xüsusi önəm verilir və çalışacağıq ki, tikinti işləri intensiv qaydada həyata keçirilsin. Ümidvarıq ki, tərtərlilər tezliklə bu layihənin imkanlarından faydalanacaq”.
Rayon Ağsaqqallar Şurasının sədri Qədir Allahverdiyev düşmənin bir addımlığında yaşayan tərtərlilərin uzun illərdir içməli su sarıdan əziyyət çəkdiyini vurğulayıb, sakinlər adından Prezident İlham Əliyevə və “Azərsu” ASC-nin kollektivinə minnətdarlığını bildirib.
Daha sonra ilk borunun xəndəyə endirilməsi ilə Tərtər şəhərində içməli su və kanalizasiya layihəsinin təməli qoyulub.
Qeyd edək ki, “Tərtər şəhərinin içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsi” 2035-ci ilə perspektiv inkişaf nəzərə alınmaqla Tərtər şəhərində 26 min nəfərin içməli su və kanalizasiya xidmətlərindən istifadəsinin yaxşılaşdırılmasına hesablanıb.
Tikinti-quraşdırma işlərinin 2017-ci ildə başa çatdırılması nəzərdə tutulur.
Xəbər lenti
Hamısına baxİdman
27 İyul 22:30
İqtisadiyyat
27 İyul 22:17
Dünya
27 İyul 21:59
Müsahibə
27 İyul 21:23
Sosial
27 İyul 21:05
Hadisə
27 İyul 20:45
Dünya
27 İyul 20:31
İqtisadiyyat
27 İyul 20:17
İqtisadiyyat
27 İyul 19:54
Dünya
27 İyul 19:20
Dünya
27 İyul 19:08
Elm
27 İyul 18:32
Dünya
27 İyul 18:31
Sosial
27 İyul 18:11
MEDİA
27 İyul 18:11
YAP xəbərləri
27 İyul 18:08
Dünya
27 İyul 17:20
Sosial
27 İyul 16:06
YAP xəbərləri
27 İyul 16:04
Sosial
27 İyul 15:20
YAP xəbərləri
27 İyul 14:27
Siyasət
27 İyul 14:07
Gündəm
27 İyul 14:03
Sosial
27 İyul 14:02
Sosial
27 İyul 13:35
Sosial
27 İyul 13:35
Sosial
27 İyul 13:34
Sosial
27 İyul 11:58
Dünya
27 İyul 10:54
Sosial
27 İyul 10:45
Elm
27 İyul 10:40
Xəbər lenti
27 İyul 10:32
YAP xəbərləri
27 İyul 10:29
Dünya
27 İyul 10:22
Dünya
27 İyul 09:45
Dünya
27 İyul 09:18
Dünya
27 İyul 08:52
Hadisə
27 İyul 08:36
Dünya
26 İyul 23:20
Maraqlı
26 İyul 21:34
Maraqlı
26 İyul 20:33
Dünya
26 İyul 19:17
Dünya
26 İyul 18:21
Dünya
26 İyul 17:35
Dünya
26 İyul 16:19
Dünya
26 İyul 15:30
Dünya
26 İyul 14:17
Dünya
26 İyul 13:41
Dünya
26 İyul 12:20
Dünya
26 İyul 11:35
Dünya
26 İyul 10:19
Dünya
26 İyul 09:55
Dünya
26 İyul 09:24
Dünya
26 İyul 08:50
Hadisə
26 İyul 08:39
Dünya
25 İyul 23:20
Dünya
25 İyul 22:35
Dünya
25 İyul 21:19
Dünya
25 İyul 20:27
Dünya
25 İyul 19:15
Dünya
25 İyul 18:22
Dünya
25 İyul 17:45
Hadisə
25 İyul 16:31
Dünya
25 İyul 15:19
Dünya
25 İyul 14:25
Gündəm
25 İyul 14:07
Dünya
25 İyul 13:33
Gündəm
25 İyul 12:28
Gündəm
25 İyul 11:50
Gündəm
25 İyul 11:35

